Azərbaycanlılar
Siz ki hamıdan gözəl, hamıdan məğrursunuz,
Bədənlərə bürünən bir ilahi nursunuz.
Qəlblərə, ağıllara işıq
sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar.
Dünya
dönər, dəyişər,
siz haqq ilə birsiniz,
Tarixin qatlarında
açılmamış sirsiniz.
Yer üzünə səpilən
bərəkət, xeyirsiniz
-
Azərbaycanlılar, azərbaycanlılar.
Bu yurd, bu torpaq
sizin, siz bu torpağınsınız,
Sonsuzluğa yürüyən müqəddəs
axınsınız.
Siz elə yaranışdan Allaha yaxınsınız,
Azərbaycanlılar, azərbaycanlılar.
Tarix nələr görmədi,
nə simalar, nə canlar,
Bəşərə güzgü oldu gəlib keçən zamanlar.
Adam kimi adamlar, insan
oğlu insanlar -
Azərbaycanlılar, azərbaycanlılar.
Yondu, cilaladı ki, tarix bu ürəkləri
Siz daşıyasınız
məhşərə gerçəkləri.
Göy üzü insanları, yer üzü mələkləri -
Azərbaycanlılar, azərbaycanlılar.
Yığılın, ey zərrələr, bir işığa yığılın,
Bir ürəyə
boşalın, bir yumruğa sıxılın.
Bitməsin bu dünyanın
Azərbaycan nağılı!
Azərbaycanlılar, azərbaycanlılar.
Azərbaycan dəyişir
Zaman axır, durulur, hər şey əslinə varır,
Varlığından süstlüyü,
ətaləti qoparır,
Qəlbləri, beyinləri bir
istək, bir hiss sarır,
Ruhunda bir çırpınış,
bir həyəcan, dəyişir,
Azərbaycan dəyişir!
Cəsarəti, idrakı nəsillərdən
irs alıb,
Səadəti əlində bir
götürüb, bir
salıb,
Yıxılıb, qalxıb, durub,
dünənindən dərs
alıb,
Addım-addım dəyişir, insan-insan
dəyişir,
Azərbaycan dəyişir!
Elə bil hər tərəfə
bir sehrli əl dəyir,
Bu yurdu, bu vətəni başdan-başa
süsləyir.
Millətimin haqqıdır bolluq,
bərəkət, xeyir,
İl-ildən rəvan gəlir,
gün-güzəran dəyişir,
Azərbaycan dəyişir!
Xocalıda təkləyib düşmən
bizi qıranda,
Tarixin bir küncünə sıxılıb hıçqıranda,
Bağırıb yerə-göyə "haqq hardadır" - soranda,
Elə
o vaxt, o zaman bildik dövran dəyişir,
Azərbaycan dəyişir!
Qırılır, parçalanır modernizm
bütləri,
Sıyrılır buxovundan bəşərin
ümidləri.
Qurulur əllərində əsrin
dinamitləri,
Üzdən, qabıqdan deyil,
ruhdan, candan dəyişir,
Azərbaycan dəyişir!
Bu dövlət bu vətənin, bu xalqın varlığıdır,
O mənim göz-bəbəyim,
düşmənə göz
dağıdır.
İndi
qeyrət dəmidir, indi hünər çağıdır -
Dərk
edir bu tələbi
qoca, cavan dəyişir,
Azərbaycan dəyişir!
Kim qıracaq bu əzmi, kim
sarsacaq bu ruhu,
Bir ruh ki, sevdasından nə dönür, nə yorulur.
Gözlərimiz önündə yeni
dünya qurulur,
Tarix soyulur, çıxır qabığından, dəyişir,
Azərbaycan dəyişir!
Məscidi, meyxanəsi, kilsəsi,
sinaqoqu -
Hərəsində bir tarix, hərəsində
bir toxu.
Hanı
o peyğəmbərə ilk səda gəldi: "Oxu!"
Oxuduq,
biz anladıq insan, zaman dəyişir,
Azərbaycan dəyişir!
Bakı
- günəşdən qopan
yurdumun almaz payı,
Əllərində xalqımın cilalanır,
parlayır.
Bu nə şəfəqdir saçır, bu nə işıqdır yayır -
Gözdə nur, bədəndə
ruh, cisimdə can dəyişir,
Azərbaycan dəyişir!
Bakı-əzmin, hünərin, vüqarın
şah əsəri,
Sevginin,
qardaşlığın, dostluğun
baş şəhəri,
Səadətə can atan bir ruhun pöhrələri -
Dəyişdikcə siması varlıq, məkan dəyişir,
Azərbaycan dəyişir!
O daha tək deyildir
meydanların içində,
Torpağına göz dikən şeytanların içində.
Bir inam, bir yüksəliş
insanların içində,
Qoca tarix oyanır, bütün Turan dəyişir.
Azərbaycan dəyişir!
Sönməz, haqdan yanırsa,
o işıq bir də sönməz,
Dönməz, qəlbdən gəlirsə,
qəlb o sevdadan dönməz,
Bir kərə yüksəlirsə,
o bayraq bir də enməz,
Nə o
sevda dəyişir, nə o peyman dəyişir,
Azərbaycan dəyişir!
Dalğalan, bayrağım, dalğalan!
Dalğalan, bayrağım, dalğalan!
Sənə nə gözlər baxır.
Tarix zamanda deyil,
Sənin dalğalanmalarında axır.
Dalğalan, bayrağım,
Bu göylər sənindir,
Çəkinmə heç nədən,
dalğalan!
Nə vaxtdır tarixin buxovlarında
Bu millət gücünü
saxlar içində,
Dalğalan, baxıb da bayraqdarına
qürurla deyim:
Var millətimin
bayrağı bayraqlar
içində.
Dalğalan, bayrağım, dalğalan!
Üstünə Ay-ulduz əks edən,
Qoynunda ürəklər rəqs edən
ey sonsuz okean, dalğalan!
Parla, yan!
Köksündə şəhadət nurları
parlayan,
cənnətdən bir
parçam, dalğalan!
Ruhumun libası,
Bu dünyada geyinəcəyim
kəfənim - son parçam,
Dalğalan!
Arzu Əsədov
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.25.