Ziya Osman SABA
İSTANBUL TÜRKÜSÜ
Səni görürəm yenə, İstanbul,
uzaqdan, gözlərimlə
qucaqlayırmış kimi:
minarə-minarə,
ev-ev,
yol-yol,
meydan-meydan...
Gəlir
Boğaziçindən -
limandan qalxan gəmilərin səsi,
Mavi sular üstündə yenə
xatirələr qədər
bəmbəyaz
Qız kuləsi.
Bir yanda
səhər-səhər
günəşlə bərabər
doğulduğum sahil - Beşiktaşım.
Bir yanda səmt-səmt, yer-yer
beş yaşım,
on beş yaşım,
ah, iyirmi yaşım...
Durur o təpəcikdə
oxuduğum məktəb,
Əsgərlik çağımda
qışla idi obir üzü.
Bir gün bir qızını
verdi mənə
Hüsnünə doymadığım Rumelihisarı.
Mənim
deyilmi oralar -
Babamın yatdığı Kiçiksu,
Anamın
yatdığı Eyubsultan...
Hər belə kövrəldikcə,
Sanki çocuqmuşum kimi,
Tutar əllərimdən İstanbul...
GƏLƏR AĞLIMA
Harda tariximdən bir nişan görsəm,
Əski gün, zaman gələr ağlıma.
Şərqdən Qərbə axan
bir kükrəyən
sel,
At, qılınc və
qalxan gələr ağlıma.
Malazgirt
savaşı... Zəfər
türküsü...
Şübhəsiz, Alparslan gələr ağlıma.
Ana bildiyimiz bu ana
məkan -
Burcu-burcu vətən gələr ağlıma.
Ərtoğrul bəy kimi dövlət banisi,
Cəddim Qazi Osman gələr
ağlıma.
Başı səmalarda bir ulu çinar -
Fateh Mehmet
Sultan gələr ağlıma.
Üç qitəyə dalğa-dalğa
yayılan
Nəhayətsiz ümman gələr ağlıma.
Eşq ilə, vəcd ilə, ədalət ilə
Elm gələr, ürfan
gələr ağlıma.
Cəzayir dastanı bir həzin ağı,
Fəryad ilə fəğan gələr ağlıma.
Məndəki yaranı kimsələr
bilməz,
Bir yaralı
ceyran gələr ağlıma.
Kor kimi dalaram hey xəyallara,
Övladi-Fatihan gələr ağlıma.
Kosovayla
Dumlupınar diz-dizə,
Qeyb olan şərəf-şan gələr
ağlıma.
Bu dünyanı yenə başdan saracaq
Bir hökm, bir fərman gələr ağlıma!
KİM ANLAR
Mürgü döyən gölə
Ay işığında
Sevginin rəsmini cizsəm kim anlar?
Tumurcuq çırtlayıb, gül
açdığında
Yağışın saçını
çözsəm kim anlar?
Eşq
- süd bəyazı,
kin - kömür qarası,
Könlümü göynədir hər
dost yarası...
Ət oldum, bıçaqla sümük arası,
Cəlladla əhdimi pozsam,
kim anlar?
Doğumda yalan var, ölümdə gerçək,
Nəyə işarədir, balıq, quş, böcək?
Qırıq könülləri toplayıb
tək-tək,
Köksümün üstünə düzsəm,
kim anlar?
Yazlamı açılır qışın
düyünü,
Haqlamı çözülür işin
düyünü?
Ağlımdan keçəni - düşündüyümü
Oxusam kim anlar,
yazsam, kim anlar?
DƏYMƏYİN, QALSIN
Çoxa
kədərlənər, aza
gülərəm,
Ülgüc ağzındakı düşüncələrəm,
Dəlilikdir bəlkə... dəyməyin,
qalsın.
Sevdam böyüdükcə dünyam
dar olur,
Zamandan çıxdığım zamanlar
olur,
Və elə gözəl ki... dəyməyin, qalsın.
Saatlar ya geri, ya
da irəli,
Qıran
yox hiyləli tərəziləri,
Öfkələr ürəkdə... dəyməyin,
qalsın.
Nə bütünüm bütün,
nə yarım yarı,
Nə çiçək - çiçəkdi,
nə arı - arı,
Ümidlər uzaqda... dəyməyin, qalsın.
Nə olsa, yırtılar ən qalın pərdə,
Hesaba çəkilər dünya
məhşərdə,
Nə
son - son, nə ilk - ilk...
dəyməyin, qalsın.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.16.