Bədri Rəhmi EYUBOĞLU
SƏNİ DÜŞÜNDÜM…
Susadım,
Üç
alma soydular,
üç
də portağal,
Şirələrini çəkdim başıma,
Bir fincan suyun
yerini
vermədi -
Yatmadı susuzluğum…
Acdım,
Quş südü,
bir də
kişmiş gətirdilər,
Ye dedilər,
Gözümə təpdim,
Bir tikə kömbənin
yerini
vermədi -
Keçmədi aclığım…
Səni
düşündüm, sevdiyim,
şükredərək,
Su kimi əziz,
Çörək kimi mübarək olasan.
YARADANA MƏKTUB
Ulduzların cilvələndikləri yerdədirlər,
Buludların, əskik olmasınlar,
Eyni minval ilə
səndən
gəlib, sənə gedirlər…
Dənizlərin
doldurduğun
kasalarda çalxalanırlar -
Nə bir damcı artmış,
nə
bir damcı əksilmişlər.
Dağların
ayaqlarımıza
çox,
çox böyük gəldi,
Onları, bir dəfə də olsun, geyən olmadı.
Daha dünən əlindən
çıxmış kimi
hamısı
yepyeni, təptəzədi,
Köhnələn bir şey varsa,
ömrümüzdü,
ömrümüz.
Biz hər ölən ağacdan
məscidlərimizə
dirək düzəldirik,
Maraq üçün soruşuram:
Bəs sən, sən ölən insanlardan
nə düzəldirsən?
* * *
Sənə böyük səhərlərdən
bəhs
edəcəyəm, tosunum,
ən böyük məscidlər orda tikilir,
ən kiçik məzarlar orda
qazılır,
ən qara yazılar orda
yazılır…
Böyük
şəhərlərə uyma, tosunum,
Elə bir yerdə yaşa ki,
kiçik,
amma sənin olsun.
Hər qarış torpağına
alnımın
təri düşsün,
Hər ağacımın hər budağına
əlin çatsın,
Küçələrində tanımadığın
üz olmasın,
Ən uzaq məhəlləsində
də
xəbərin
olmadan kimsə ölməsin.
QARA SEVDA
… gözləməkdən
gözlərimin
kökü saralmışdı,
nəhayət
ki, gəlib çıxdı -
bir dilimi zəhər, zəqqum,
bir dilimi candan şirin.
Nağıl
kimi endi göy üzündən,
Üstələdi
cümlə
eşq hekayələrini.
Madam ki,
gəldi qara sevda,
Əlvida
sevincə,
Əlvida
uçan quşa,
Əlvida
dosta, əlvida,
Çox
şükür,
çox
şükür, gəlib çıxdı -
Nə bilim,
Bir dilimi zəhər, zəqqum,
Bir dilimi candan şirin.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.16-17.