Arif
NİHAT ASYA
BAYRAQ
Ey mavi göylərin
bəyaz və qızıl süsü,
Bacımın gəlinlik paltarı,
şəhidimin üz
örtüsü,
İşıq-işıq, dalğa-dalğa
bayrağım!
Sənin
dastanını oxudum,
sənin
dastanını yazacağam!
Sənə mənim gözümlə
baxmayanın
Məzarını qazacağam.
Səni
salamlamadan
ötən quşun
Kefini pozacağam?
Dalğalandığın yerdə
nə qorxu, nə kədər,
Kölgəndə mənə də,
mənə də yer ver.
Sabah olmasın, günəş
doğmasın,
nə olar:
Yurduma
Ay-ulduzunun
işığı yetər.
Savaş
bizi
qarlı dağlara
apardığı gün
Qızılı nurunda qızındıq;
Dağlardan
düzlərə
endiyimiz gün
Kölgənə sığındıq.
Sən ey süzgün,
rüzgarlarda dalğalı;
Barışın göyərçini, savaşın qartalı, -
Ən yüksək yerlərdə
açan çiçəyim,
Sənin
altında doğuldum,
Sənin altında öləcəyəm.
Tarixim, şərəfim, şeirim,
hər şeyim,
Yer üzündə yer bəyən,
Hara sancılmaq istəsən,
Söylə, səni ora sancım!
ALPARSLAN
Nəvələrin dörd yana qol-qol getsin,
Malazgirtdən İstanbula yol getsin!
Güclüyəm deyənə gücünü
göstər,
Anlamasa,
Yer üzündən sil getsin!..
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə
bal getsin!
Taclarını bir şey sanan gavurlar,
Taxtlı gəlib, taclı gəlib, qul getsin.
Fəqət, hərb bu: qalmaq da var,
ölmək də;
Əsir olub qalmaqdansa, öl getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə
bal getsin!
Döyüş vaxtı dim-dik dayan ayaqda,
İki yandan sağ yüyürsün,
sol getsin.
Olsa da son saatın, son anın,
Səndən aman diləyəni sal, getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə
bal getsin!
Və könlündən keçib,
bizə bir yarpaq,
Bir tumurcuq göndərənə gül
getsin.
Toy-düyündə səsi coşsun davulun,
Qızlarıma duvaq getsin, tel
getsin.
Şəhidlərim Tanrıya al-al getsin,
Yaralıma su verənə
bal getsin!
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 11
noyabr.- S.17.