UNUTDUĞUN QIZ
MƏNƏM
Unutdum mən, sevdiyim, məni unutduğunu,
Demirəm ümidimiz bitən yerdən başlayaq.
Yollara səpmişəm mən ümidimi yenidən,
Yenidən ümidimiz bitən yerdən başlayaq.
Özümü yada salım, yaddaşın təzələnsin,
Dayandığın o cığır, getdiyin o iz mənəm.
Mən çoxdan unutmuşam məni unutduğunu,
Axı mən necə deyim, unutduğun qız mənəm.
Mən necə deyim axı, naxışı gözəl deyib,
Üzümə baxa-baxa, unutduğun qız mənəm.
Mən necə deyim axı baxışı gözəl deyib,
Gözümə baxa-baxa, unutduğun qız mənəm.
Aldatdın
neçə kərə, yenidən aldat məni,
Sev məni
gəl yenidən, gəl, yenidən
at məni.
Unut
məni yenidən, sevirəm deyə-deyə,
Öldür
məni yenidən, yenidən
yarat məni.
Yenidən
asıl mənim üzümdən yuxu kimi,
Od
tökülsün gözümə közündən yuxu
kimi.
Yenidən
asıl mənim gözümdən
yuxu kimi,
Yeniləşsin sevgimiz, yenidən tanış olaq.
Yenidən tanış olaq, tanıyaq bir-birmizi,
Səp könlümə, sevdiyim, yenidən, unut məni.
Bitməsin, tükənməsin sevgimizin ömürü,
Yenidən sevim səni, yenidən unut məni.
BU
ŞEİRİ BU GECƏ EDAM EYLƏYİN
Mən özüm yazmışam, əlim qurusun,
Doğru günahımdır, düz günahımdir.
Mən özüm yazmışam, öz günahımdır,
Bu şieri bu gecə edam eyləyin.
El köçər üstündən, köç ola bilər,
Hələ dediklərin heç
ola bilər.
Sabah açılanda gec ola bilər,
Bu gecə bu şeiri
edam eyləyin.
Özgə havadadı, özgə
haldadır,
Qaynayıb-qarışıb, qanıma yatmır.
Havası
bu gecə canıma yatmır,
Bu gecə bu şeiri edam eyləyin.
Bütün günahları yıxın
boynuna,
Bir yerə
baxsın qoy, bir göyə sarı.
Döndərin üzünü qibləyə
sarı,
Bu şeiri bu gecə edam eyləyin.
Ağrımdan, acımdan, ahımdan
asın,
Çıxın o göylərə, ruhumdan asın.
Gözlərim görməsin, yuxumdan
asın,
Bu şeiri bu gecə
edam eyləyin.
Başıma dolanır, dönür
başıma
Dumanı bu gecə, çəni
bu gecə.
Məndən ayırmamış məni
bu gecə -
Bu gecə bu şeiri edam eyləyin.
SÖZÜN BİTDİYİ
YERDİR
Pozmadım mən sükutun
sərhədini, səddini,
Nə biləydim
zamanın ötüb
getdiyi yerdi.
Ağlayıram indi də deyilməmiş sözümü,
Ağlayıram, sonunda sözün bitdiyi yerdi.
Yuyuram göz yaşımla tikələnmiş torpğı,
Köynəyimə bükürəm bükələnmiş
torpağı.
Kündəsi bölüm-bölüm kökələnmiş torpağı
Gözlərimə köçürüb, gözümü
ağlayıram.
Ağlayıram, görənlər ağlağansan
deyirlər,
Güldürənlər, gülənlər ağlağansan
deyirlər.
Gözüm üstə ölənlər
ağlağansan deyirlər,
Döyürəm axşam-səhər dizimi,
ağlayıram.
HƏLƏ OXUNMAMIŞ BİR
MƏKTUBUM VAR
Özüm öz əlİmlə
yola salmışam,
Keçibdir üstündən neçə
qış-bahar.
Gedib ünvanına çatmayıb
hələ,
Hələ oxunmamış bir məktubum var.
Bir ömür boyunca axtarmışam mən,
Yoxdur bu dünyada kimi-kimsəsi.
Bəlkə də yalandı
yaranmayıbdır,
Gəlmir qulağıma poçtalyon
səsi.
Bu məktub nağlını
çıxart yadından.
Nə sən gələnlərin
yolunu gözlə,
Nə də gedənlərin arxasınca
bax.
Mən ki, gördüyümü
belə görürəm,
O məktub heç zaman oxunmayacaq.
Nə səndən əvvəl
var...
Sökül zülmətlərdən, sökül dan kimi,
Doğul
ümidimdə, doğul
an kimi.
Apar ayağına bir qurban kimi,
Başına dolandır məni vətənin.
Sən vətən qəmini, vətən dərdini
Mənim
ürəyimə sar, mənə gəlsin.
Dolandır başına məni
vətənin,
Nə dərdi-bəlası
var, mənə gəlsin.
Başına dolandır məni
vətənin,
Hər şəhid
bu yolda bir tarix yazdı.
Uğrunda bir kərə ölmək nədir ki,-
Bir anda min kərə ölsəm də azdı.
Dolandır başına məni
vətənin,
Üzünə-üz tutum haqqın, düzlüyün.
Baş əyim önündə şəhid ruhların,
Öpüm qədəmini olümsüzlüyün.
Bir vəfa borcum var, adına
qurban,
Bir anın borcunu verim barı
mən.
Gedim saçlarıma büküm,
bələyim
Yuvası dağılmış yavruları
mən.
Gedim laylay deyım körpəliyimə,
Sıxım gözlərimə yaş
beşikləri.
Gedib harayına çata bilmədim,
Gedim yırğalayım
böş beşikləri.
Gül açsın üzündə
ötən günlərin,
İllərin ömrünə il calayım mən.
Silim gözlərimlə göz
yaşlarını,
Qanlı güllələrə gül
bağlayım mən.
Gəzdir
səngərini, səmasını
gəl,
Gəzdir qanadında məni illərin.
Gedim ürəyinə su çiləyim mən
Bağrı qana dönmüş qərənfillərin.
Başına dolandır məni
vətənin,
Əridim köksümdə qürbət
qarını.
Sarıla-sarıla öpüm, oxşayım,
Didərgin quşların qanadlarını.
Başına dölandır məni
vətənin,
Deyim cismim, canım, sənlə ruhum tən.
Sən varsan ki, varam,
sən yoxsan-yoxam,
Nə səndən
əvvəl var, nə sonra, vətən.
Gülayə
Ədəbiyyat qəzeti.- 2017.- 18
noyabr.- S.21.