Jeton Kelmendi
SABAHIN BEŞİNDƏ PEJA
Atam üçün
Şəhər yuxuda.
Gecə
və insanlar uyuyarkən,
Yenə
dinlənmədə səssizlik,
dünənin yorgunluğunda.
Beləcə, Pejada şəfəq
saçmağa başlar
Sabahın beşindən sonra.
12 aprel
günü,
Yox, o qədər asan deyil
hər
röyanı anlada bilmək.
Bəziləri röyasında baharı
görür,
Bəziləri çox şeyi:
Xərcini-borcunu,
arzularını.
Röyalar olmadan yuxu yox
bundan sonra.
Mən də
uyuyurdum
və röyamda
Atamın
gedişini gördüm,
Dağlara,
Nə qədər
erkən olsa da,
dağlara getmək.
Atamın
Qaydasıdır hər işi erkən görmək.
Amma bu səfər çox erkən
oldu.
Oyanmışdı,
bir sonrakı dünyaya
bağlayan körpünü
keçmək üçün.
Ruqovada,
gözəgəlimli kişilər
erkən ölür,
Belə
gərəkdirir təbiət
Söylərdi atam,
Qəbilələr, soylar haqqında danışardı.
Onlar arzularını-əsərlərini gerçəkləşdirir
bir ömür boyu.
Sonra qəlbə yenilib
sonsuzluğa qarışırlar.
Atamı
xatırlayıram,
hər bitirdiyi iş
Özünə zövq verərdi
əylənərək
keçirərdi bütün
günü.
Cümə günüydü o gün.
Və atam
hər zamankı kimi səssiz,
bütün xəyallarını
təslim etmiş,
Röyaları olmadan yxuya getmişdi.
Azad vətənini tərk
edirdi.
Oyandı,
saysız şikayətləriylə,
yanına çağırdı
oğullarını:
Bu üzdən gözü qapalı,
özgür ilk baharı
görə bilmədi
Atam.
Ah, bahar!
Belə
gözəl bir gündə
geri dönüşün
əvəzini alırdı,
amma bu səfər
atamı aldı.
Bundan sonra bizi rahatsız
edər,
çox mal-mülk,
çox xatirələr,
hekayələr...
Hər şey daha çox.
Sadəcə, nəsihətlər azalmış
Çünki artıq atamız yox.
ONUN RÖYASI
Bütün
görüntüləri dördnala gəlib aldı,
misrada çörək
kimi o gözəl qadın.
Özü bir şeir
ya da bir söz kimi o gənç
qadın.
Mənaları dəyişdirən kraliça…
Daş da bilir
Üzünü ağartdıqca
günəşim
qəlbimin səsini
arayar.
Bunca zamandır
məni o şəkildə
sevər.
Misranın təbii ki atəşi
vardır.
BÖYÜK AYRILIĞIN QIŞI
İbrahim Rugovaya
Görmədim
Heç
bir zaman
bu qədər səssiz
qızıl heykəlimizin
özündən uzağa
gedişini.
Uzaqlarda
bir başqa gün tapmadımı?
Şəhidlər təpəsində
dinləndiyin
sürə içərisində
xəyal et.
Və dua et Dardaniya
üçün.
Qaşların
arasına
qış yalnızlığı
düşmüş.
Hər şey göz yaşıyla gəldi
böyük göy üzündən
ayrılıq günü
yaslı ocaqdan.
Danışmayanların
mizrağı,
kəlmələrin və xəyallarn devi
rüzgarları necə
toplayıb
sərhədləri aşdın
o gün?
Dağlı
kəlimələrin nə qədər ağırlığı
vardı.
Yeton Kelmendi
Tərcümə etdi: Məmməd
İsmayıl
Ədəbiyyat qəzeti.- 2017.-
25 noyabr.- S.21.