Yesenin davam edir

 

XX əsr rus poeziyasının daim bərq vuran ulduzu Sergey Yeseninin yaradıcılığı  Azərbaycan şairlərini, bədii təfəkkür sahiblərini 90 ilə yaxındır ki, ardıcıl olaraq özünə cəzb etməkdə, maraqlandırmaqdadır.  S.Yeseninin dünyanı tərk etməsindən 93 il keçsə , o, sanki yenə yazmaqda, yaratmaqda, Bakı  buxtasından boylanıb Xəzəri seyr etməkdə, Bakımıza nəğmə qoşmaqdadır. S.Yesenin cəmi 30 il ömür sürsə , onun  poetik düşüncə məhsulları nəinki rus, dünya, həm Azərbaycan oxucularını, mütərcimlərini, tədqiqatçılarını zaman-zaman özünə cəlb etməkdədir yəqin bundan sonra da cəlb edəcəkdir.

Elə buna görə bütün dünyada olduğu kimi, Azərbaycanda da onun əsərlərinə maraq münasibət heç zaman səngimir. S.Yeseninin əsərləri Süleyman Rüstəmdən başlamış Ə.Ziyatay, Ə.Cəmil, R.Zəka, S.Sadiq, Ə.Kürçaylı, F.Qoca, Anar, S.Məmmədzadə, N.Kəsəmənli, E.Borçalı, E.Nəsib Sibirel, T.Bayram, H.İsaxanlı, İ.İsaxanlı,  F.Mustafa,  G.Paçxataşvili,  M.Qarayev, C.Xalid, R.Rövşən, K.Aslan, R.Qudyalçaylı başqaları tərəfindən dilimizdə səsləndirilmiş nəticədə S.Yeseninin əsərləri müxtəlif   interpretasiyalarda öz pərəstişkarlarını qazanmışdır.

Bundan başqa, S.Yeseninin Azərbaycan tərcümələri, onun əsərlərinin çeşidli keyfiyyətləri alimlərimiz tərəfindən araşdırılmışdır. Bu tərcümələrin bədii-estetik keyfiyyəti barədə Ə.Xəlilov, R.Novruzov, P.Məmmədova, Y.Quluzadə, H.Orucov, S.Məmmədov başqaları xeyli dəyərli fikirlər söyləmişlər.

Bu yay Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu Mərdəkanda yerləşən Dendroparkda (bura indi AMEA-nın İnstitutu kimi fəaliyyət göstərməkdədir), daha doğrusu, Sergey Yeseninin ev muzeyində əməkdaşların bədii yaradıcılığına həsr olunmuş kitabların təqdimatını keçirirdi. Burada olduğumuz zaman AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstutunun Türkologiya şöbəsinin aparıcı elmi işçisi Rəşid Təhməzoğlu ilə fikir mübadiləsi apardıq. Məlum oldu ki, Rəşid müəllim təkcə Türkiyə ədəbiyyatı ilə bağlı araşdırmalar aparmır, o, tərcümə işləri ilə yaxından məşğul olan ziyalılarımızdandır. Bundan başqa o, eyni zamanda, çoxsaylı  bədii-poetik kitablara  da həyat vəsiqəsi vermişdir.

Söhbət əsnasında Rəşid muəllimin həm   S.Yeseninin şeirlərinə müraciəti bizi çox maraqlandırdı. Ondan xahiş etdik ki, S.Yesenindən etdiyi tərcümələri bizə gətirsin. O da məşhur rus lirikinin iki şeirinin tərcüməsini orijinalla birlikdə bizə təqdim etdi.

Bizə bu da məlumdur ki, S.Yeseninin elə şeirləri var ki, onlar dilimizə on dəfə, bir neçə dəfə hətta on altı dəfə tərcümə olunub. Belə olduqda biz mütərcimlərimizin, bir tərəfdən, orijinal müəllifinin, digər tərəfdən özləri ilə öz aralarında poetik yarışmalarının şahidi oluruq.  Nümunə üçün deyək ki, S.Yesenin " Ïðîùàé, Áàêó! Òåáÿ ÿ íå óâèæó"  şeirini müxtəlif illərdə (ehtiyac duysaydıq, biz, heç şübhəsiz ki, bu tərcümələrdən hər birini oxucuların diqqətinə təqdim edə bilərdik) səkkiz mütərcim - Ə.Ziyatay, Ə.Cəmil, R.Zəka, Ə.Kürçaylı, K.Aslan, F.Mustafa, E.Nəsib Sibirel, H.İsaxanlı dilimizdə səsləndirmişlər. İkinci " Êë¸í òû ìîé îïàâøèé, êë¸í çàëåäåíåëûé" şeirinə gəldikdə isə bizə onun Ə.Kürçaylı tərəfindən tərcümə olunduğu bəllidir. Məlum olduğu kimi, mütərcim nəsrdə qul, poeziyadasa orijinal müəllifinin rəqibidir. Bu baxımdan biz R.Təhməzoğlunun orijinal müəllifinə necə rəqiblik etməsini göstərmək üçün onun çevirməsini orijinalla birlikdə oxucuların, tədqiqatçıların, mütəxəssislərin mütərcimlərin diqqətinə təqdim edirik. Poeziya tərcüməsinin eyni zamanda, belə bir qızıl qaydası da var ki, sözbəsöz, söz birləşməsinin tərcüməsi yox, mənanın, məzmunun estetik təsir gücü, müəllif fikrinin oxucuya adekvat catdırılması zəruridir. Dəyər vermək oxucuların ixtiyarındadır.

 

Nizami Tağısoy

ədəbiyyatşünas-tənqidçi, professor

 

Ədəbiyyat qəzeti.- 2017.- 25 noyabr.- S.30.