Payız küləyi
Ah payız küləyi a...h.
Əs özləm bağçamıza,
Əs əlçatmaz ağaclara, quşlara, insanlara.
Əs yurdumun qocaman ardıclarına,
Ardıcıl salamlar söylə yorulmadan.
Və lirik bir mahnı oxu
Tayı-oxşarı tapılmaz sevgililərə.
Söylə, mən də bir Tanrı ardınca gəlmişdim buraya
Söylə, qırx beş il Tanrı axtarışında
Gəlib bir qocaman ardıc tapmışdım
Və bilmirdim
İnsandımmı, quşdummu?
Yarı insan yarı quş.
Yoxsa dünyanın ən böyük lirik dizgəsiydimmi?..
Artıq ayrılıqlar uzun sürdü, uzun,
İllər 1390-cıda qaldı.
Aylar qızaran ayında,
Günlər ara günündə
Və saatların hamısı
Bizi bundan daha artıq yaşadacaq
Qolayca bir 24 saata görə işlədi...
Ah, payız küləyi,
a...h.
24 saat borcum var
sevgilimə,
Söylə, onu unutmasın
Söylə, qıpqırmızı geysin Naxçıvan buluzunu
Və getsin kölgəsini
Təbrizin tərsə işləyən
saatına salsın.
Sonra Araz qırağında
Gələn yeldə gedən
yarpaqları düşünsün
dursun,
Bir də sarı alma ağacımız yenə də bu il
Bir tək alma gətirib
Görürsənmi?
Dəymə ona,
O da dəyməz, yetişməz və düşməz sevgi yoxluğunda!
Söylə, günün günorta
çağında gəlsin,
Söylə, gecə paltarıyla
gəlsin ancaq
Və gətirdiyi qıpqızıl
kımızın
Son istəkanını da özü içsin!...
Ah payız küləyi,
a...h
Qanadsız quşlarının
Türküsü də tükənəcək,
Könlü yox insanlarının
Göz yaşı
da quruyacaq.
Yalqızlar öz yalqızlıq
çərçivəsində öləcəklər,
Ölüb-diriləcəklər
Və yenidən yenə də yenidən yenə
Öləcəklər,
Diriləcəklər,
Oxuyacaqlar.
Daha sonra sevgi üçün
Dünyanın ən böyük
lirik dizgəsi olacaqlar
Və susənbər yarpaqları
pozulan çağda
Bir kərtinin qırağında
oturub
Siqaret tüstülədərək
ağlayacaqlar.
Bax, mən indi ağlayıram
Dışımda yaşam ağlayır,
içimdə ölüm
Və hardasa iki köhrə
arasında
Bir zinə
bulaq çağlayır.
Ah payız küləyi a...h
Bu an gözlərim deyil ki,
Göz yaşlarım ağlayır!...
Özgür qadın
Barmaqları büyüləyici olsa
da,
Barmaqlarıyla gəl deyə danışa biləndən
qorxma, get.
Dodaqları büyüləyici olsa
da,
Dodaqları gəl deyə yaza biləndən qorxma, get.
Sorma üzünə dağılmış
ağ kirli
sular kimdən
Yardım
et dursun yerindən anlam tərəzisi arasın,
Qoysun tərəzinin iki gözünə
Ən cılız xəstə böcəklər ağır
gəlsə belə,
insan dəyərindən
sev, dinmə.
Əllərinə pis qoxulu bir
yığın ət
yükləsə də,
sev, danışma.
Şəhər-şəhər bazara çıxartsalar da, sev
Ən cılız xəstə böcəklər bu ucuz bir fahişədir
deyə car çəksələr
də sev.
Qoy böcəklər
sənə baxıb ağızdolusu gülsünlər.
Sən ağla, sən düşünərək ağla
sevdiyin qadını ürəyində
Tərəzidə ədalət yoxsulluğuna
ağla və sorma
Qadının üzünə dağılmış
ağ kirli
sular nədən
Ən cılız xəstə böcəklər insan arxasınca güləcəklər
Nədən, nədən, nədən,
nədən,
Burax onlar kirli sularını sunsunlar qadına.
Sunsun onlara ağzını, dilini, əllərini
Versin bütün
orqanlarını qadın
da sən sev, dinmə.
Qadınlar birər büyüləyici
barmaqlarıyla
danışa bilirlər sev, danışma.
Birər
büyüləyici dodaqlarıyla
yaza bilirlər sev, yazma,
Qoy pıçıldasınlar sənə
böcəklər bizi
dünyaya tanımlayırlar
deyə
Dünya
qadına qıymayıb
Və özgür bir qadındır sevdiyin qadın, bunu düşün,
Gəl dedi, get sənin olsun gecəyə yaxın zamanlar.
Get dedi, get özgürlüyü
düşünərək.
Gəl dedi, get sənin olsun ömürdən qalan bütün son saatlar,
Get dedi, get özgürlüyü
düşünərək.
Bütün filmlər bitmiş:
son
Gəl
son planda öp məni və qal desə, get öp və qal,
Get desə, get özgürlüyü
düşünərək.
Ömürdən ötəki saatlarda
da
Ağ kirli sulardan üzü tanınmır kimilərinin!...
Bir adam kimi gələcək kefində
Quşluğumu unuduram,
Qızıl qanadlarımı qırıb
tökürəm torpağa.
Adam kimi bir adam
Yerin üstünə basarkən
ayaqlarımı
Səni
səndən sənə
yazıram
Təməl qonum sən deyilkən.
Yox,
Mən sənin şairin deyiləm
Sən eeeey prensip olaraq
İlk və son şeirim mənim!
Sən qonusu
Şeir qonusu olmağı buraxdı çoxdan.
Sən eeeey qolayca yaşamın
bir parçası olaraq
Var olmağı sürdürən
mənə içimdə!
Şeirlərimdə xəta var, səndə yox,
Barmaqlarımda xəta var, səndə yox.
Nə xəta varsa bu vətən adlı ölkəmizdədir
Və sən mənim vətənimsən, sığınıram
Yabancı markalı qələm ucuma.
Üzüntülü bir andayam
Çilə
Dramatikdəyəm.
Otağım hər an
Duman- duman
Xain gözlərinin şəkiliylə
bəzənir,
Çıraqlar necə də işıq
İşıqlar necə də zəngin düzənir.
Səndəmi bu görkəmlilik,
Məndəmi?
Yoxsa xəyalımda
gizəmli üzünün
anlam bəzəyində?
Və nəşəli bir gecə yatağında sən
Romantikdəsən
Roz gülləri arasında
quylanırsan qucuma.
Trajedi sərgilənir
Sarı
işıqlar altında
ağarır saçlarımız
Və kin dolu anlar var aramızda.
Daş var,Öc duyğuları
var,
Edam var.
Açmaq belə istəsək,
açılmır qanad
Quşlar qışdan ölürlər.
Quşluğumu unuduram,
Adam kimi bir adam
Yapyalnızca yürüyürəm qışın
dibində soyuqda.
Bəlkə tapışdıq bu
gecə,
Ay dolunay olanda.
Bəlkə tapışdıq bu
gecə,
Gömüldük ulduzların giz-gizəminə.
Ah, gecənin ən gecə çağları
a...h
İnsana
giz-gizəm olan bir dəm gecə
çağları
Ay duman dənizinə batar-çıxar
Və ulduzlar bizdən uzaq sıra-sıra.
Ulduzlar ölüm karvanı
Bizi qatmış
qabağına aparar qaranlıqlarda.
A...h, adam kimi
bir adam
Min bir öyküsüz
gecəyə dönüşür
yalnızlığım.
Adam kimi bir adam
Aclığımı basdırmağa
Köksündən bir tikə çörək verən
mənə
Anam yox,
Sən yox.
Sən Səmərqənd səfərində,
Anam dönüşü
olmayan yollarda.
Sizə
gələn yollar görünmür, yollar duman dənizi,
Mən yasda, isyanda, qrev, baykotdayam
Gələcək, yaaaa gəlməyəcək
bir gələcək var beynimdə,
Kölgəsiz və boyasız
daşdan imgələr,
Adınla boy atan azman nazlıcam.
İştar tapınağında lilit qadınlar
"I am
one of many" deyən kanformistlər,
Xoş görülü demokrat daynasorların partiyası
Əti qanlı faşist işid
Təpəgözlər və təpəsində gözü
ac tüfənglər,
Səsli-səssiz terror saldırıları.
Biləklərindən səkkiz il bağlanacaq
qaranquşlar,
Boyunlarından doqquz il
büküləcək bənövşələr,
Bir də sonsuz susuzluq var qısır
buludlar altında
Yox, mən
su istəmirəm, dən istəmirəm.
Quşluğumu unuduram
Adam kimi bir adam
Ac və susuz qalıram
anama, sənə, hər kəsə
Siz yoxsunuz gözlərim var.
Qoy düşsün daş imgələri bu donmuş ucqar göllərin içinə
Gözlərim yaşı duruldur
gələcəyin kefini!..
Ölüm (ə) namə
Dağlarını göstər mənə,
Uçurumunun ağzını aç.
Ayaqlarını açmağa,
Qanadlarını uçmağa sınayan
ətcəbala kimi
Bir gözü ağlağan,
bir gözü güləş
Hazıram sənə gəlməyə
Ey mavi günəş!
Məzar daşıma
Xiyov çayının üstündə
durnalar qatar
gedirlər dumanda,
Soyuq bir yel sızır payız almalarından içimizin dibinə.
Burda nə çox ikindinin ağacları üstümüzə əyilir,
Hay-küydədir min bir boya içində hələ də şəhər duvarları
Və
biz gecə quşu iydə ağaclarından cığır alaraq
Gecənin ən gecə çağının dağlarına
varırıq
Burda dünya qalabalığından
uzaq
gen-geniş bir mavi dəniz üzərində
Necə
də yellənir gümüş bir qayıqda
gövdəmiz
gözəlcə yalqız!..
Kiyan Xiyav
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.21.