Ömrü uzadan sözlər

 

Türk dilinin önəmli şairlərindən biri olan Məmməd İsmayıl iyirmi ildən çoxdur ki, vətəni Azərbaycandan uzaqda - Türkiyədə yaşayır Çanaqqala 18 Mart Universitetində dərs deyir. Belə demək doğru olardı ki, o, yazı masasından qalxmadan şeirlərini iki dildə - Azərbaycan Türkiyə türkcəsi ilə yazır.

Mən yaxşı şahidəm ki, azərbaycanlı  yazıçılar onlara zorla qəbul etdirilən kiril əlifbasından latın əlifbasına keçid üçün səksəninci illərin sonlarına doğru necə böyük mücadilə edirdilər. 1920-ci illərdə Qafqaz ölkəsi olan Azərbaycan bolşeviklər tərəfindən işğal edilib zorla Sovetlər birliyinin tərkibinə daxil edilmiş bir çox haqları kimi əlifbaları da əllərindən alınmışdı.Azərbaycan yazıçıları istəyirdilər ki, yenidən 1929-1939-cu illər arasında istifadə etdikləri dillərinə uyğun olan latın əlifbasına keçsinlər.Biz Moldovada hələ 1989-cu ildən latın əlifbasına keçmişdik.Bizdən fərqli olaraq onlar latın əlifbasından yalnız 1991-ci ildən istifadə etməyə başladılar.

Məmməd İsmayıl iftixarla özünün latın əlifbasıyla çap olunan kitabını mənə bağışlayanda: "Sanki ümumi əlifba bizim dillərimizi yaxınlaşdırır" demək istəyirdi.Mən latın əlifbasına keçid məsələsində Məmməd İsmayılın qədər mübarizə apardığından yaxşı xəbərdaram. O, Azərbaycanda hələ 1988-ci ildən qurucusu baş redaktoru olduğu rus dilində Azərbaycan türkcəsi ilə yayın həyatına başlayan "Gənclik" "Molodost" jurnallarında qlavlit əngəllərinə baxmayaraq, daha əlifba haqqında qanun çıxmadan 3-4 il əvvəl latın əlifbasını təbliğ etmiş jurnallarda bu əlifba ilə məqalələr dərc etmiş, "Oxu" "Əlifba" kitabları çap etdirmişdi.Və beləcə hələ Sovet dönəmində latın əlifbasına keçid üçün mübarizə edən yazıçılardan biri kimi Məmməd İsmayıl görüşlərimizin birində latın işarətləri bizim xalqlarımıza hardasa bir yönüylə Avropa mədəniyyətinə yaxınlaşdırır" demişdi.

Çoxmillətli dünyada mədəniyyətlərarsı sərhədlər yox olmaqdadır. Məmməd İsmayılın şeirlərində isə daha bir sərhəd aradan qalxmaqdadır: Bu, atəşli bir fantaziya ilə reallıq arasındakı sərhəddir. Bu sərhəd çox zaman konkret şəkildə, xüsusən keçmişdən bəhs edən gələcəkdən bu günün bir hissəsi kimi danışan zaman qarşımıza çıxır. Deyə bilərik ki, bu dövrlərdə bir-birinə təsir edən varsa, onun şeirində geniş bir şəkildə özünə yer tapır.

Bir kəpənəyin uçuşu, bir uşağın gözündə göyün əks olunması, arzunun ölüm yuxusu ömrü uzada bilən, yerində deyilən sözlər... bunlar şairə yeni imkanlar açan metaforalardır: bu metaforalar davamlı xəyalı gerçəkliyə, gerçəkliyi xəyala çevirir, öncədən bəlirlənmiş kəlimələr həqiqəti yenidən gündəmə gətirir.

Teleskop ulduzları yaxınlaşdırdığı kimi, o da yaşlı gözləriylə şeirin üfüqlərini genişləndirir.Onunçün bu, bir vəzifədir. Şair hər şeyin əks olunduğu zaman güzgüsündə (Avtomobillərdə geriyə baxmaq üçün olan güzgü kimi) əski çağların yaşıdı olmadığı dünyalara, adamların anlaya bilməyəcəyi sevgi çağlarının keçib getmiş emosiyalarına baxır.

Məmməd İsmayıl metafora sehrbazıdır, ruhun gizli poetik ovqatını şeirlərinə gətirə bilən həqiqətən böyük bir şairdir.

Onun şeirləri rumın ədəbiyyatı oxucularının qapısını döyməyə gəlmiş, onu- çağımızın ən görkəmli şairlərindən biri kimi qarşılamaq boynumuzun borcudur.Sanki onun şeirləri başqa bir yerdə yox, elə bizim yerlərdə doğulub bir təsadüf nəticəsində bizdən bir sürəliyə ayrılıbmış, indi ilk fürsətdə geri qayıdır.

 

Nikolay Dabija

Şair, Moldovanın "Literatura arta" qəzetinin

("Ədəbiyyat qəzeti") baş redaktoru

 

Ədəbiyyat qəzeti.- 2017.- 7 oktyabr.- S.10.