Səssizliyin səsi...
Türkiyədə yaşayan həmyerlimiz, şair Məmməd İsmayıl bu ilin sentyabr ayında
Rumıniyanın Kraiova
şəhərində "Mihail Eminesku" Beynəlxalq Akademiyasının
təşkil etdiyi altıncı "Mihail Eminesku" Dünya Şeir festivalında iştirak etmişdir. Bu, şairin Rumıniyaya Dünya şeir festivalına ikinci gedişi olmuşdur.
Festival ərəfəsində
həmyerlimizin həm
Moldova və həm də Rumıniyada kitab və qəzetlərdə
bir sıra əsərləri çap
olunmuşdur.
Moldovanın "Literatura arta"
qəzeti ("Ədəbiyyat
qəzeti") 17 avqust
nömrəsində qəzetin baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylə M.İsmayılın 19 şerini
çap etmişdir. Şeirlərin tərcüməsi də N.Dabijaya aiddir.
Dünya
şeir festivalı ərəfəsində
Kişinyovun "Editura
pentru Literatura şi arta" nəşriyyatı isə
Nikolay Dabijanın tərcüməsində həmyerlimizin
"Sporırea Tacerıı"
"(İdmançı səssizliyi")
adlı şeirlər
kitabını çap
etmişdir. Kitabın
təqdimatı Rumıniyanın
Kraiova şəhərininin
milli kitabxanası salonunda "M.Emunesku"
Dünya şeir festivalının açılış mərasimində
keçirilmişdir.
M.İsmayılın əsərlərinə rumın
dilində nəşr
olunan "Mihail Emunesku" Dünya şeir antologiyası"nda
da yer verilmişdir. Antologiyada
şairin beş
şeiri yer almışdır. Bundan başqa indiyə qədər keçirilən
festivallarda Kraiova şəhərində yazılmış
şeirlərdən ibarət
Rumın dilində "Graiova, mon amour" adlı şeirlər kitabı da işıq üzü görmüşdür. Bu antologiyada da həmyerlimizin bir şeiri çap olunmuşdur.
Rumıniyanın dünyaca ünlü
heykəltəraşı "Öpücük", "Nəhayətsizlik"
və "Əbədiyyət"
əsərlərinin müəllifi
Konstantin Brancusinin vətəni
Tirqu-jium şəhərinin
incəsənət muzeyinin
sərgi salonlarında dünyanın
bir çox şairləri ilə yanaşı Məmməd
İsmayılın fotoşəkilləri
və 10 yaşlı Draqoş Boqdanın çəkdiyi karikaturları
sərgilənir.
Bunlarla bərabər həmyerlimiz
festivalın sonunda
"Mixail Eminesku
"Uluslararası Akademiyası"
və "Mixail Eminesku" Avropa Fonduunun fəxri diplomu və Mixail Emunesku medalıyla təltif olunmuşdur.
Oxucularımız üçün maraqlı
olacağını nəzərə
alıb rumındilli ədəbiyyatın önəmli
təmsilçilərindən biri olan Nikolay
Dabijanın Məmməd
İsmayılın "Literatura
arta" qəzetində
("Ədəbiyyat qəzeti")
gedən silsilə şeirlərinə və
"Sporırea Tacerıı"
"(İdmançı səssizliyi")
kitabına yazdığı
ön sözü təqdim edirik.
Ədəbiyyat qəzeti.- 2017.- 7
oktyabr.- S.10.