UZAQDAN-UZAĞA...
Uzaqdan-uzağa
qoy sevim səni,
Uzaqdan-uzağa əlim
çatmasın...
Uzaqdan-uzağa
qoy sevim səni,
Sənə
söz deməyə dilim çatmasın...
Uzaqdan-uzağa çəkim şəklini,
Qarqar
sahilində bitən bənövşə.
Xəyaldan
yıxılıb, boylanıb baxsam
Dumanda
röya tək itən bənövşə...
...Dinmə,
boynubükük bənövşə kimi,
Bircə
"yox" - sözünlə durma qəsdimə.
Qəlbimdə
doğulan körpə eşqimi
Hicrana bələyib atma
üstümə...
Uzaqdan-uzağa qoy
sevim səni,
Başımın üstündə Ay
kimi dolan...
Soyuq şəfəqlərin elə
bəsimdi,
Təki sən
göyümdə belə alış, yan...
Mən
sənə yaraşmam, gözəlsən, gülüm,
Yazdığım şeirlər yaraşa, bəlkə...
Varsansa ölmərəm, yoxsansa ölləm,
Cismim
torpağına qarışa, bəlkə...
***
Sən
məni Allaha əmanət etmə,
Sən
məni özünə əmanət eylə.
Yandır
həsrətinlə yandır qəlbimi,
Öldür
bir şairi - cinayət eylə...
Fikrimdən,
duyğumdan getmirsən, niyə?
Həyatda
mən varam - sən varsan deyə...
Allahdan
aşağı - böyük sevgiyə
Mənimlə
bərabər ibadət eylə...
Əbədi
bu eşqə sürgünəm, gözəl,
Qəlbimdə
yurd saldı daha qəm, gözəl,
Könlümün-gözümün
səni kəm, gözəl,
İnsaf
et, sən mənə inayət eylə...
Danıb
dediyini - pisləmə məni
Bənzətmə...
bənzətmə heç kimə məni.
Allah
bağışlayar eşqimə məni,
Sənsə
ürəyinə xəyanət eylə...
ALQIŞLAR...
İstilər
boğurdu dağı, aranı,
Göylər itirmişdi çəni-dumanı.
Başladı,
başladı bahar leysanı-
Yarpaqlar
əl çaldı...
Bayırda
qar idi, qarda bir qarı,
Qar
qarını sevməz, qarı
da qarı.
Yıxıldı...
güldürdü, bax, uşaqları,-
Bu
necə yığnaqdı, necə mahaldı -
Uşaqlar
əl çaldı...
Bu da
bir taledi, bəxtdi - nədisə,
O
gözəl sındırdı könül tarımı...
Üzdə
ağız büzüb bəyənmədisə,
Oğrun
oxuduqca yazdıqlarımı
Dodaqlar
əl çaldı...
Kərpic-kərpic sökdüm ömrümü elə,
Payladım könlümü hər
əhli-dilə.
Ürək tonqalımda bişdi
sözlərim
Alovum saçımda çevrildi külə.
Ağzına su
alıb susdu yaxınlar,
Uzaqlar əl
çaldı...
***
Ruhum
qarşında körpüydü,
Məni ayaqlayıb keçdin...
Duydun
- qoymaram düşəsən,
-
Sağ ol! Məni sayıb keçdin...
Qəlbimdədir ləpirlərin,
Silinməzdir, izlər dərin...
Ürəyimdən yox xəbərin
Yana-yana qoyub keçdin...
Sən gəlmişdin
iman kimi,
Çıxıb getdin
bir can kimi.
Göydən gəldin leysan kimi
Varlığımı oyub keçdin...
Ölmərəm
- canım səndədi,
Vaxtım-zamanım səndədi.
Gör
taleyim nə gündədi,
Sən
qarğayıb, öyüb keçdin...
BİLMƏDİN...
...Mən ki od
götürdüm kirpiklərimlə,
Goru
gözüm ilə gördüm, bilmədin...
Sənin həsrətinə, sənin eşqinə
Ömrümü-günümü verdim, bilmədin...
Bülbül
tək hər bağa uçub ötmədim,
Bu dərdlə, həsrətlə ölüb-itmədim...
Sən vardın heç kəsə meyil etmədim,
Çoxunun qəlbini qırdım,
bilmədin...
Söküb
varlığımı
hey talayırsan,
Soyuqdu
içində... dərd qalayırsan..
Xatirə bişirib, hicran yeyirsən,
Mən şirin xəyallar qurdum... bilmədin...
Ümidim,
inamım, sən - gücüm, heyim,
Sənsiz
bu aləmdə yoxdu heç nəyim...
Hayanda
olsam da son dönəcəyim
Sən evim-eşiyim, yurdum, bilmədin...
GÖZLƏYƏNİN
OLA...
Gözləyəni ola
adamın, Allah,
Biləsən yoluna
kim isə baxır...
Biləsən geciksən, bir az ləngisən
Kimisə
xiffətin yandırıb-yaxır...
Biləsən vurnuxur
kimsə səninçün,
Biləsən kim isə intizardadır...
Yoxluğun qəlbində ola dağ-düyün,
Hey girə... hey çıxa...: - "
Görən hardadır?"
Sən də
ki uçasan yol gözləyənə,
Çatıb sarılasan yanmış,
ac kimi...
Öpüb oxşayasan, könlün
alasan...
Sən tamarzı kimi, sən möhtac kimi...
O da
gülümsəyə - güllər açıla,
Batıb
barınasan gül dənizində...
Hər yana nur yağa, ətir
saçıla,
Bir
hüzur tapasan ceyran izində...
Ovcunda döyünə
ilahi narlar,
Pəmbə yanaqlardan
alma dərəsən...
Ürəyində - bahar, saçında - qarlar,
Bəxtəvər olasan... bir gün görəsən...
Uyuyub yatasan
qara gözlərdə,
Baxışı üstündə yorğanın
ola...
Orda yer qalmaya kədərə,
dərdə,
Sən
- onun ruhu, o - canın ola ...
Ömrünü-gününü
sovurma yelə,
Nə çıxar dərdlərə
hey sinə gər sən...
Səadət - deyirlər, budur,
bax belə,
Gözləyənin varsa, sən bəxtəvərsən.
Gözləyəni ola
adamın, Allah,
Biləsən yoluna kim isə baxır...
Biləsən geciksən, bir az ləngisən
Kimisə
xiffətin yandırıb-yaxır...
***
Bu
ağac yıxılıbdı
Böyrü üstdə torpağa,
Sınmış şiv budaqları
Həsrətdi bir yarpağa...
Bu
ağac yıxılıbdı
Yarpaqları içində,
Çiçəkləri içində,
Ləçəkləri içində...
Nə gələnin umrunda
Nə gedənin vecində...
…bir azdan yaz
gələcək,
Min bir avaz gələcək...
Bulaqlar eynəyini,
Çaylar səbrin atacaq...
Hər yan gül dənizində
Xumarlanıb batacaq...
Bu ağac böyrü üstdə -
Çiçəkləri içində
Yarpaqları içində...
İniltisinə hələ
Bənövşə oyanacaq...
Sınıq budaqlar altda
O küskün dayanacaq...
Bir az aralıdasa
Bir cökə boylanacaq
Çiçəkləri əlində,
Yarpaqlari
telində...
Uzanacaq
göylərə
Boylanacaq
yerlərə
Önündə ac gen dərə...
Yıxılandan xəbərsiz....
Eh... bu
yandan xəbərsiz...
KEÇƏRƏM QIRMIZI İŞIQDA BİR GÜN
Sən
qırmızı donda - alov dilimi,
Aləmi yandırıb-yaxarsan, gözəl.
Qaynar baxışların günəş selimi? -
Dünyama günəştək baxarsan,
gözəl.
Sən qırmızı donda
- qəzəbli sultan,
Baxaram
həsrətlə, qara qul kimi.
Bir
anda edərsən qanıma-qəltan
Yağar göz
yaşlarım gümüş pul
kimi.
Sən
qırmızı
donda - qırmızı bayraq,
Qaşların, gözlərin - Ayım,
ulduzum.
Sən
qırmızı
donda-qızıl bir çıraq,
Əriyər nurunda
qəm-kədər buzum.
Sən qırmızı
donda - qırmızı
işıq,
Yolumda
yanarsan, keçə bilmərəm.
Hər
yan çən-dumandı, hər yan-qarışıq,
Bir
özgə boyanı seçə
bilmərəm...
...Bir gün şairliyim vurar
başıma,
Yığıb yollarından
gümüş pulları,
Çağırıb bir
yerə
qara
qulları;
Götürüb gedərəm
qızıl çırağı.
O aylı-ulduzlu
qızıl bayrağı;
Əndərib başıma
günəş selini,
Dərib qoxlayaram
alov gülünü,
Keçərəm qırmızı işıqda
bir gün!..
***
Sizin evin
önündə bitmişdim
ağac kimi
Küləklər yelləyirdi məni
belədən-belə...
Boylanırdım yuxarı, Ay üzə
möhtac kimi,
Bir baxış da qıymadın mən fəqirə sən elə...
Bir təbəssüm
ataydın burda geyəm əynimə,
Bir intizar baxışla od düşəydi canıma..
Bakının xəzriləri heç
gəlməzdi
eynimə
Gülər baxışlarını göndərsəydin yanıma...
Sizin evin
önündə durmuşdum ağac kimi,
Boylanırdım-hardadır, görən neynir bayaqdan...
İşığınız yanırdı, bir ac-yalavac kimi
Sizin işığınıza qızınırdım
uzaqdan...
İslam Türkay
Ədəbiyyat qəzeti.- 2017.-
14 oktyabr.- S.4.