Unutqan ayna
Gürsel Korat
Bu il
46-cısı təqdim olunan Orxan Kamal mükafatı
yazıçı Gürsel Koratın
"Unutqan ayna"
romanına verildi. 60 əsər
arasından bu romanın seçilməsi qurum tərəfindən beləcə
açıqlanır: "Unutqan ayna" romanı Birinci Dünya müharibəsi
dövründən, Anadolunun bir qəsəbəsində baş
verən mülk davası, cinayətlər
və yerli hakimiyyətin otoritar
rejimini əks etdirən hadisələrdən
ibarətdir. Sevgi, dostluq,
mübarizə kimi insani
duyğuların dərin bir şəkildə
işlənməsi və müasir həyatımız,
reallıqlarımızla uyğunlaşdırılması
baxımından roman bu
mükafata layiq bilinmişdir.
"Nevşəhərin yeganə çərçisi olan Boqosu səhərə yaxın vurdular."
Çərçi Boqosun ağlından belə bir fikir keçdi. Sanki tanıdığı birisi demiş və ağlında qalmışdı. Göy üzü qaranlığa bürünmüşdü, ulduzlar par-par yanırdı, bağa gedən yolda dayanıb atını dincəldərkən uzaqdan cəh-cəh vuran bülbülün səsini dinləyərək əlindəki qaysı qurusunu ağzına atdı, sonra da meyvənin turşluğunu damağında hiss edə-edə ölümü düşündü, dil-dodağını büzüşdürüb gecəni dinlədi.
İydə ağaclarının çiçək açma vaxtı idi, yolboyunca əkilmiş ağaclardan iydə qoxusu gəlirdi. "Vurulub ölsəm",- deyərək Boqos qəhərləndi, dünyanın faniliyini bildirərcəsinə başını sağa-sola fırlatdı "Nevşəhərlilərin mənə yazığı gəlməyəcək ki…"
Ayağa durmaq üçün əlini yerə qoydu, inildəyib dikəldi, yük daşımaqdan beli ağrıyırdı, qaysının necə də gözəl turşluğu vardı.
"Vurulub ölsəm… Nevşəhərlilərin mənə yazığı gəlməz, amma kimsənin gətirə bilməyəcəyi qaysı qurularına, pastıllara, doşablara heyfi gələr. Bunları başqa kim gətirəcək, yeganə çərçimiz o idi"- deyəcəklər.
Getməli idi. Atın başından yem torbasını çıxarıb heyvanın alnını sığalladı. Üzr istərcəsinə "Haydı" - dedi. Alnı əzilmiş at quyruğunu qaldırıb başını yana əydi, sağ ayağını qaldırıb-endirdi, alçaqdan bir səs çıxardı. Sahibinin nəsə bir dərdi olduğunu hiss etmişdi.
Atın boyunduruğundan fənər asılmışdı. Kədərli işığını sağa-sola saçan bir fənər. Boqos fənərin fitilini yüksəltdi, işıq çoxaldığından gözlərini qıyıb arabaya mindi və yüyəni çəkdi: "Haydı aslanım!" At tərpəndi, əşyalar gurultu ilə çalxalandı. Bir kəpənək havaya işıq tozları səpən fənərin işığını görüb yaxından baxmağa gəldi: İşığa yaxınlaşdıqca dümağ görünən kəpənək təkidlə və mənasız yerə pırıldayaraq lampanın ətrafında fırlanmağa başladı.
Arabanın gurultusu çox idi, atın nalları ritmik səslərlə torpağı döyəcləyirdi. Təbii ki, torpağa yaxından baxdıqda orada da canlıların olduğunu görmək mümkün idi. Bir çöl siçanı iki ayağı üzərinə qalxıb sanki "Üstümdən keçən nə idi?" deyərcəsinə baxdı.
Boqos lampanı bilərəkdən söndürmürdü ki, çərçi olduğu bilinsin. Çünkü bu ətrafda hər kəs bilir ki, Boncuqdan başqa başı lampalı atı yoxdur.
Boncuq atın adıdır: gözləri işıl-işıl olduğu üçün belə bir ad qoymuşdular. Yəhəri parlaq, qulaqları da dikdir: o qaçdıqca alnındakı kiçik zınqrov da cingildəyir.
Boqosun arabasındakı əşyalar çox səs çıxarsalar da neyləyə bilər ki, başqa çarəsi yoxdu. Qaşıq, çömçə, manqal, nal, mismar, bıçaq, sac, tava və bir çox başqa şeylər. Hər tərpənişdə bir-birinin üstünə aşaraq danq-dunq səsləri çıxarır. Bu səslər gecənin səssizliyində o qədər güclü idi ki, nal səsi eşidilməsə əşyaların səsi, işıq görülməsə, atın alnındakı zınqrov çərçinin bu ətrafdan keçdiyindən xəbər verir.
Kaş ki, bu gecə görülməyim… Nə olar?
Sağ əlinin üç barmağının əvvəlcə alnına, sonra çiyinlərinə toxundurub xaç çəkdi. Tək-tük də olsa, evlərdə işıq yanmışdı. Səhər namazını vaxtı idi. Qala divarı qara kölgəyə bənzəyirdi. Uzaqdan it hürüşməsi də eşidilirdi.
Boqos atına narahatlığını bildirmək istəməsə də, qarşısını ala bilmədiyi bir titrəyiş hiss etdi. Təəccüblə göyə baxdı. Sanki bəsdi, artıq isin demək istəyirdi.
Səhərin qaranlığı keçdikdən sonra mavi bir aydınlıq başlayar. Boqos sürətli aydınlanmaya təəccübləndi. Kır düzünə, tənha qaysı ağacının kədərli bir halda dayandığı təpəyə çıxmışdı. Səhərin alaqaranlığında ağacın rəngi də maviyə çalırdı.
Sonra mavi adamlar ortaya çıxdı. Səhərin mavi alaqaranlığında mavi görünən, bığları qara, baxışları sərt insanlar. Bunlar düşündüyü adamlar deyildi. Əsgərləri fikirləşirdi, nazik bığlı əsgərlər. Atın yalına sıxıldı.
Tərslikdən düz Nevşəhərə gedən vaxt… ax səni!
Dəfələrlə yolunun kəsiləcəyini düşünüb qorxsa da, quldurlar qarşısına çıxdıqda sanki bu necə ola bilərdi deyən kimi baxdı. Sanki bu dünyada qaçaq-quldur ola biməzdi.
Quldurların kim olmasını başa düşmüşdü: Osman ağanın dəstəsi idi. Yenə buna da şükür. Quldurların çərçiyə toxunmayacağı hər kəsə məlum idi. Amma bu adamların qəddar qatil olması bir şeyi dəyişdirmirdi. Boqosu saxladılar. Heç bir şey demədən, səbirlə arabanı axtarmağa başladılar. Çərçi adamların arasında bir onbaşı gördü. "Bu nə deməkdir" deyib başını çevirdi, yerə baxdı: quldurların axtardıqları şeyin nə oduğunu bilsə də, bildirmək istəmirdi. Hətta heç bir şey tapa bilməyəcəklərindən əmin bir halda gülümsəyirdi.
Quldurlar əvvəlcə gözlərinin qabağında qalıb tapa bilmədikləri bir şey ola biləcəyini düşünüb narahat oldular, sonra isə reallıqla razılaşıb təəccüblə:
-Yox, mal yoxdur - deməyə məcbur oldular.
İri cüssəli
birisi çərçinin
çiynindən tutub
"Hara qoymusan, yerini
de!" Boqosun rəngi avazıdı: "Nəyi
ağa?" Osman ağa Boqosa
şillə çəkdi.
Təhqir etdi. Boqosun burnundan
qan açıldı.
Çərçi gördüklərinə inana bilmirdi. Uşaq kimi yazıqlaşdı, qanı saxlamaq üçün qolunu burnuna sıxdı. Osman ağa "danış" deyəndə yumruq
yeyəcəyini düşünüb
ürpəndi. Zalımlarda vurma
eşqi oyadan ürkək baxışı
vardı.
- Gizli iş görürsən.
Qaranlıqda aradan çıxırsan.
Elə bilmə ki, başa düşmürük.
Malı ver!
Boqos öz yalanına inanıb qışqırdı:
- Hansı malı?
Əli ilə arabanı göstərib:
"Bütün malım
buradadır.
- Arabada olmadığını
anladıq. Harada gizlətmisən?
Səhərin alatoranlığında qorxudan ağappaq ağarmış şəkildə
adamlara baxan Boqos axtardıqları malı saxladığını
ələ verən ifadəsindən xəbərsiz
halda təəccüblənmiş
kimi görünməyə
çalışırdı. Adamlardan biri hirslə qabağa keçdi. "Bu sənin ağlını
başına gətirər"
- deyib tapançanı
Boqosun təpəsinə
dayadı. Lülənin soyuqluğu ürpədici
idi. Osman ağa hirslə
deyinməyə başladı.
"Paltarını soyundurub səni biabır edərəm. Tez cavab ver!
Tabutu hara qoymusan?"
Boqos xəncərini
siyirib üstünə
gələn qulduru gördükdə təpədən-dırnağa
sarsıldı, bədəninə
dəmir dəyməsindən
qorxurdu. Gözü dönmüş qatilin baxışları da urküdücü idi. Canını qurtarmaq üçün
adamları itələdi,
qaçmağa çalışdı.
Halbuki bunu qorxudan eləmişdi.
Əllərindən qurtula bilməyəcəyini
yaxşı bilirdi.
Atəş açacaqlarını isə heç düşünməmişdi.
Xəncərli adam tullanıb Boqosun jiletindən yapışdı.
Çərçi onun əlindən
çıxmaq üçü
çapalayarkən digər
adamın əlindəki
silah açıldı.
Hər kəs təəccübləndi, əlində
silah açılan adam belə...
Osman ağa qorxudan kəkələdi.
- Neylədin?.. Tez Boqosun üstünə
əyilib nəbzini yoxladı, vəziyyətin
ağırlığını başa düşdü, hirslə əli silahlı adama baxdı:
- İt oğlu
it… gör neylədin? İndi bu
ölü necə danışacaq? Boqos həqiqətən
ölmüşdü. Qəribə, təəccüb
edəcək qədər
də sürətli bir şəkildə. Bu ölü daha "Nevşəhərin yeganə
çərçisi Boqosu
səhərə yaxın
vurublar" cümləsini
fikirləşə bilməyəcək.
Halbuki bu sözləri düşünərəkən qorxudan ürəyi partlasa da, öləcəyinə
inanmırdı; bir gün öləcəyi fikrini qəbul etmirdi. Heç kim bu məsələyə inanmaq
istəmirdi. Qatillər bəlkə də
ilk dəfə idi ki, vurduqları adamın ölməməsinə
çalışırdılar. Dəstəbaşı az əvvəl ölümlə təhdid
etdiyi adamı xilas etmək üçün işə
başladı.
Boqosun baxışları çoxdan sönmuşdu,
əməlli -başlı
ölü baxışı
idi.
- Ağa, istəmədən
oldu, - deyə qatil yalvarmağa başladı. Osman ağa onu eşidir amma fikir vermirdi. "İndi səni
bunun yanına bağlayardım, lakin elədiyin axmaqlığı
Miralaya başa salmaq çətin olar. Sonra onbaşıya tərəf
dönüb - Elə deyilmi, onbaşı.
Bax, sən də gördün… Osman ağa Boqosu vurmadığı halda günahkar hesab edilməkdən qorxur, özünü qurtarmağa
çalışırdı. Bilirdi ki, Miralay Ziya
bəy deyib keçmək olmaz. O Boğazlıyandan Urumdiyinə qədər uzanan bütün əsgəri hissələrin
başçısıdır. Təşkilat kimi qəbul
edilən dövlətin
qorxu yaradan gizli işlərini idarə edən adamdır.
Silahı
çəkən qatil
sanki Miralay Ziya bəyin qarşısına atılmış
kimi zarıyırdı:
"Ağam istəmədən
oldu, özün də gördün!" deyirdi. Görəndə ki, Osman ağadan bir kömək yoxdu. Onbaşıya yalvarmağa başladı.
Lakin onbaşı bütünlüklə ruhsuzdu,
sanki hər gün bu qatillə
deyib-gülən adam deyildi, divar kimi dayanmışdı.
Osman ağa durmadan yalvaran qatili bir şillə ilə susdurdu., Boqosa işarə
etdi:"Ayağından
arabaya bağla. Sürüklənə-sürüklənə getsin". Sonra
bütün dəstəyə
tərəf dönüb:
"Arabanın izini axtarmağa gedirik. Gəldiyi istiqamət addım-addım
axtarılacaq!"
Hava sərindi. Hər şey
gözəl görünürdü.
Su və külək
yuxudaydı. Ağaclar, ciçəklər
bu xoşbəxt havaya yaraşan ətirlər içində
idi.
Birdən havanı yara-yara dörd bir tərəfə
yayılan silah səsləri eşidildi. Camaat silahı
elə-belə atırdılar
at ürkütmək üçün. Boqosun ölüsü arabanın
tərkində sürüklənməyə
başladı.
Nevşəhərin çərçisi Boqosu
səhərə yaxın
belə vurdular.
Hazırlayan:
Nərmin Cahangirova
Ədəbiyyat qəzeti.- 2017.- 14
oktyabr.- S.21.