ÇIRAQ
"Mən hər gecə hamıdan muğayat
olmaq üçün yatmıram.
Qaranlıq otaqda
durub sönən çıraqlara
baxıram.
Ən sonuncu çıraq
sönəndə öz
çırağımı yandırıram ki,
şəhərimiz işıqsız (çıraqsız) qalmasın".
Həllac Mənsur
Evlərdə işıqlar, şamlar
sönməyib,
Evlərdə kağızlar, varaqlar sönüb.
Qələm nə gündədir,
aləm nə gündə,
Arzular sozalıb, maraqlar sönüb...
Yoxdu elə bil ki, ürək
ahı, yox.
Yoxdu elə bil ki, ürək
axı, yox?!
Çıraq piltəsində ürək
yağı yox...
O yağlar hardadı, o yağlar sönüb!
Günəş də yanıbdı
bax, çıraq kimi,
İnsanı axtarır ah, çıraq
kimi.
Yanardı sinədə dağ,
çıraq kimi
O sinələr hanı, o dağlar sönüb?!
Sabahdı, dünəndi, bu
gündü Mənsur,
Köküm hiss edir ki, kökümdü Mənsur.
Gələcək Nəsimi, bugünkü
Mənsur,
Yandır
çırağını... çıraqlar sönüb!
***
Adam çoxaldıqca... adam azalır,
İnsan çoxadıqca qar-qardaş
artır.
Dərəyə yağdıqca əriyib
gedir,
Zirvəyə yağdıqca qar
qardaş, artır!
Elə ki, mərd olan
mərdə yar olur,
Ya mədəd - deyənlər mədədkar
olur.
Aqil məclisində mərd əyar olur,
Nadan məclisində yekəbaş
artır!
Dönmə öz sevgindən
ölüncə, Barat,
Sev incə, de incə, gül, incə, Barat!
Bir bəndə sevgisi görüncə, Barat,
Allahın sevgisi birə-beş
artır!
BAX
Ağıl var elə bil, ağılı yoxmuş,
Könül var, sən ona ağıl kimi bax!
Nağıl var, oxusan dastan bilərsən,
Dastan var, oxuyub nağıl
kimi bax!
Ömür çilik-çilik, bölük- bölükdür,
Yük var ki, bir
tükmüş, tük
var ki, yükdür...
İz var ki, cığırdan,
yoldan böyükdür,
Yol var ki, uzanır
cığır kimi...
bax!
Su var ki, murada
yetirər səni,
Xızır tək tərkinə götürər səni.
Sahil var, ümmantək batırar səni,
Ümman
var, qoynuna sahil kimi bax!
Harda ki, viranə- xaraba varmış,
Orada deyirlər
bayquş ularmış.
Həyat
dedikləri xaraba- bayquş,
Ölümə bülbüllər oxur
kimi bax!
Eşqə ki, ay Barat, kim can verirmiş,
Bəşərə o, şöhrət,
o, şan verirmiş!
Özünü gözəllə nişan verirmiş...
Gözələ Allaha baxır kimi bax!
HƏNDƏVƏR
Həndəvər söyləmə hər
həndəvərə,
Nə vardı
yatmayıb, it hürsə
idi.
At var - həndəvəri ərlər,
ərənlər,
İt var - həndəvəri it kürsəyidi.
Minib öz atını çap, o ki, var, çap,
Rast gəlmə
nə uçrum, nə döngələrə.
Özünə sən başqa
bir həndəvər
tap,
Hərlənmə sən başın,
bu həndəvərə!
Həndəvər olarıq mində
birimiz,
Yerdə qalanımız bəndə
felləri.
Dağlardı, daşlardı həndəvərimiz,
Bəs nədi
dağ-daşın həndəvərləri?!
Ey vətən, deyirəm haqqı qalıbmı
Hər bəndə
deyənə bəndə
deyəm mən?
Ruhumla bu yurdun həndəvərində
Gecə
də, gündüz də keşikdəyəm
mən!
Gəl demə, biz indi güvənək kimə,
Sən dayan, dur
görüm, a həndəvər,
bir...
Şəhid qəbirləri bəs nədi, bəs nə?
Sən deyən,
mən deyən həndəvər deyil?!
Dünyada nə qədər
həndəvərlər var,
Çaqqal həndəvəri, qurd
həndəvəri...
Adamlar belinə kəmər taxırlar,
Yoxsa olmaq üçün yurd həndəvəri?!
Əsibdi,
coşubdu bir qarı yenə,
Baxmır
nəvəsinə kim vurulubdu.
Deyir, bir də qızın
həndəvərinə
Hərlənsən, ölmüsən, ay köpəyoğlu!
Necə
saraldıblar gör aşiqləri,
Demirlər, sevənlər mində birdilər.
O qədər qına ki, sarmaşıqları,
Bunlar da bu təhər
həndəvərdilər!
Canda
canımız yox, qəmdə yerimiz,
Bəlkə biclik edək,
fəndə əl qoyaq?!
Boşalıb... boş qalıb həndəvərimiz,
Bəlkə adımızı həndəvər
qoyaq?
NƏFƏSİM
Görürəm
çoxunu təlaşa salır,
Məhəmməd nəfəsim, Əli nəfəsim.
Çox
şükür, hələ
ki, nəfəsim gəlir,
Gəlir
Nuhdan qalma gəmi nəfəsim!
Yaxşı
tanıyıram özüm nəfəsi,
Ürəyim nəfəsi, gözüm
nəfəsi!
Qoymaram kəsilsin sözün nəfəsi,
Söz nəfəs alanda... gəlir nəfəsim!
Bülbülə güllər də
qəfəs kimidir,
Həm kəsilən
səsdir, həm səs
kimidir.
Elə insanlar da nəfəs
kimidir,
Kimi düşmənimdi,
kimi nəfəsim?!
Yaman varlandırıb bu "gəlir" məni,
Eyləyib hamıyla birgəli məni.
Ağıllı eyləyib bu dəli məni,
Ağıllı nəfəsim, dəli nəfəsim.
Mən baxtlı adamam, baxtsız adamam,
Mən bax, bu adam yox, bax, bu adamam.
Barat, mən nəfəsə məxsus adamam,
Mən elə bax, buyam-bəli,
nəfəsim!
KÖHNƏ YOLÇU
Çəkib
sübh yelini ciyərlərimə,
Ürək harayacan getsə gedəcəm.
Sığınıb haqqımın nəzərlərinə,
Ürək harayacan getsə,
gedəcəm!
Mən köhnə dərvişəm,
köhnə yolçuyam,
Mən yolçu
olmuşam, yenə
yolçuyam.
Allah, heç kimə yox, sənə yolçuyam,
Ürək harayacan getsə,
gedəcəm!
Yol kimi
uzanıb mən yol uzunu,
Tapacam özümün
mən yol-izimi.
Ürək gedən yoldu yolun uzunu,
Ürək harayacan getsə,
gedəcəm!
İnsan min illərdir nədən yerdədir?
Ruh uçur
göylərdə... bədən yerdədir.
Cənnət elə ürək
gedən yerdədir,
Ürək harayacan getsə,
gedəcəm!
Qüvətim,
qüdrətim, taqətim ürək,
Dünyanın özündən ta
qədim ürək,
Mən öz mətləbimə ta yetdim, ürək,
Ürək harayacan getsə,
gedəcəm!
SONUNCU ŞAİR
...Ən
çox şairlərdi dərdini bilən,
Onunçün şairi öldürməmisən.
Allahım! Dünyaya yazığın gəlib,
Sonuncu şairi ödürməmisən!
Çoxları
bilsə də, çoxları bilmir,
Baharlar
can verir, qışlar
yaşayır.
Dünyada heyvan var, kökü kəsilib,
Dünyada sonuncu quşlar yaşayır.
Gün görən
de hansı gün görüb axı,
De hansı zirvədə
hələ də qıy var?
Dünyada bəlkə də
hönkürüb axır,
Sonuncu bulaqlar,
sonuncu çaylar?!
Nəsli
kəsilibdi Qırat, Düratın,
Dilboz atları
da az-az görürəm.
Bu yazda deyəsən, yazlıq qalmayıb,
Avazda bir özgə avaz
görürəm.
Allahım, rəhm eylə,
ölün, dirin, var,
Bilirəm dərdini, sən deməsən də.
Şairlər içində bir
şairin var,
Sağ ol, "Son" desən də,
"Son" deməsən də!
Sənə
oxşamışam... guya bilmirsən,
Deyir yalanı
yox, doğrunu,
şair.
Allah,
"Son" sözünü deyə bilmirsən,
Demək,
namaz üstə doğulub, şair!
Yenə nə
eyləsən insafa bax, et,
Qoyma şairini ölə, bilmərrə!
Sən məni sonuncu dərd kimi yox et,
Sonuncu şairtək ölə bimərəm!
Barat Vüsal
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.23.