"Tərsinə"
romanı və
dekadentin gündəliyi
XIX əsr ədəbiyyatına, incəsənətinə müraicət edəndə sanki al-əlvan fişənglər, bayram atəşfəşanlığı gözümün önündə canlanır. Bu bənzətməyə səbəb XIX əsrin incəsənət, ədəbiyyat üçün ən məhsuldar dövrlərdən olmasıdır. Emil Zolyanın naturalizm ədəbi cərəyanın nəzəriyyəsinin yaranmasında xidmətlərindən yazarkən onun evində təşkil etdiyi, ziyalıların toplaşdığı ziyafətlərin arzu olunan qonaqlarından biri olan Joris Karl Huysmansı xatırlamışdım. Dekadentizmin incili, ensiklopediyası hesab olunan "Tərsinə" romanın müəllifi Joris Karl Huysmans ədəbi yaradıcılığa Zolyadan təsirlənərək onun davamçısı kimi başlayır. İlk romanı toxunduğu sosial problemlər, açıq-saçıq səhnələr səbəbindən Fransada senzuradan keçməyərək Belçikada çap olunur. Qaçaq yolla Fransaya gətirilən kitab böyük səs-küy yaradır. Emil Zolya Marta adlı qadın haqqında olan bu əsərin yazılışındakı naturalizm ənənələrini çox bəyənir, bir müddətdən sonra Huysmans "Vatar bacıları" naturalist romanını Zolyaya ithaf edir. Hələ bir neçə il əsərlərində naturalizm ənənəsinə sadiq qalan məşhur dendi Joris Karl Huysmans sonradan öz yaradıclıq istiqamətini dəyişir. Onun yaradıcılığının sonrakı mərhələsinə ilk dekadent Şarl Bodlerə vurğunluğu təsir edir. Dekadentlərin əksəriyyəti zadəgan ədası ilə bəlağətli nitq söyləyən, zərif estetik zövqlü geyimi, görünüşü ilə seçilən dendilərin arasından çıxmışdır. Dendilər zəmanələrinin dəbini diktə edən insanlar idi. Ümumiyyətlə, Huysmans yaradıcılıq axtarışları ilə ən müxtəlif mövzulara müraciət edən yazıçıdır. O, mistik əsərlər yazdığı mərhələdə mediumluqla maraqlanan qatı mistikə çevrilirdisə, dini mövzu yazanda özü də dindar olur. Tez-tez dəyişən həyat tərzi, baxışlarına bürünərək ona uyğun əsər yazır. Dekadentizmi incəsənətə yeni cərəyanlar bəxş edən və naturalizmin sonu gətirən bir ruh halı, həyat tərzi kimi də qəbul etmək olar. Dekadentlər kimlər idi? Fərdiliyə üstünlük verən, akademik qaydalara qarşı çıxan, yorğun, ölüm üçün darıxan pessimistlər? Dekadentizm günəşin doğmasından öncəki qaranlıq gecə dövrünü xatırladır. Gecə qaranlıq olsa da, göydə ulduzlar parıldayır. Dekadent əsərlərin qaralığı kimi. Dekadentizmlə bağlı uzun nəzəri fikirləri yazmaq istəmirəm. Çünki dəniz suyunun isti və ya soyuq olmasını bilmək üçün gərək suya addım atasan. Joris Karl Huysmansın "Tərsinə" romanı dekadentin stolüstü kitabı sayıla bilən əsərdir. Bu romanı oxuyan adamın dekadansla bağlı heç bir sualı qalmaz. "Tərsinə" əsərinin mənim üçün oxunaqlı olduğunu yazsam, yalan olardı. Dekadentlərə xas bədbin əhval, ölümü xatırladan rənglər, qəhrəmanın depressiv halı, çöküşü, təkliyə qapanması, özünü xəstəliyə təhrik etməsi etiraf edim ki, oxucunu yorur. Bununla belə əsərin qəhrəmanının məşhur yazıçılar, rəssamlar, bəstəkarlarla bağlı apardığı araşdırmaları, fikirləri çox maraqlıdır. Qəhrəman fiziki cəhətdən zəiflədikcə, sağlamlığı çökdükcə incəsənətlə bağlı mülahizələri dəyişir. Dekadentizmi, dekadent insanı həqiqətən anlamaq istəyənin son səhifəyəcən oxuyacağı kitabdır. Yazıçı Joris Karl Huysmans bioqrafiyası ilə əsərin qəhrəmanı Jan dez Essentlə oxşarlıq çoxdur.
"Tərsinə" əsərinin
qəhrəmanı əsl estet sayılan hersoq Jan dez
Essentin uşaqlığı ailəsinə
aid Lurp qəsrində həmişə
yarıqaranlıq otağında yatan xəstəhal
anası ilə keçir. Çox
az görüşdüyü
atası onlardan ayrı, Parisdə yaşamağa üstünlük
verir. Janı rühani
məktəbə oxumağa göndərirlər.
O, latın dili kimi ölü dillərə maraq
göstərsə də,
ağıldankəm kimi davranaraq məktəbdə
öyrədilən elmləri öyrənməyə
qarşı çıxır. Lurpdakı tətilləri tənhalıqda
kitab oxumaqla keçir. Beləcə Jan
böyüyür. Valideynləri ona böyük miras qoyaraq erkən həyatdan
köçürlər. Qalan mirası ilə
əyləncə dünyasına qoşulur.
Təhsilini bitirdikdən sonra Jan öz həmyaşıdları
ilə dostlaşmaq istəyir. Qısa
müddətdən sonra hər şey onu bezdirir.
Əvvəlcə dini məktəbdə oxuduğu tanışlarıyla, sonra isə kollecdə oxuyanlarla
ünsiyyət qurur, qısa müddətdən
sonra hamısı onda
ikrah hissi yaradır.
O, əslində həyata marağını itirməmək,
içindəki ikrah hissindən xilas olmaq üçün
axtarışlar edir. Ardından özünü ruhən yaxın hiss etdiyi
yazıçılarla yaxınlaşır. Bir
müddət ünsiyyətdə olduqdan sonra onların kitabını dəyərini tiraj sayı, əldə olunan
gəlirlə ölçülməsi, başqa
bu kimi ona
banal görünən söhbətlərindən
iyrənir. Getdikcə Jan burjua
insanın intellektsiz olduğunu
düşünərək, bütün insanlardan bezir. Zaman ötdükcə onun
insanlara niftəri artır, ruhən ona doğma olan adamlarla
qarşılaşacağına inamı onu
tərk edir. Bütün
axtarışlarının ardından yorğun,
üzülmüş, ölməyə
belə gücü çatmayan
qorxaq kimi tənhalığı
xilas yolu görür. Elə bu ərəfədə
o, mirasının çox
hissəsini əyləncələrə xərclədiyindən
maddi vəziyyətinin pisləşdiyini
öyrənir. Heç
bir doğmalıq hiss
etmədiyi, gözəl xatirələri olmayan,
içində yaşamadığı Lurp
qəsrini satıb illik gəlir təminatı
üçün renta
alır. Pulun qalanına Parisdən uzaqda kənd evi alır.
Əsərdə onun dendi
kimi yüksək zövqündən bəhs
edilir. Matəm üslubunda
keçirdiyi yazıçı məclisləri
təsvir olunur. Öz
fərqli stili ilə qürrələnən
Jan dez Essent
mənasızlığı anlayır, yeni
evinin memarına
evi tənhalığa uyğun hazırlamağı
tapşırır. Divarların rənglərini xüsusi dəqiqliklə seçir.
Evə iki qulluqçu
işə götürür. Qiymətli əşyalarından
xilas olur. Pərdələrdən
tutmuş seçdiyi
hər əşyanın rəngində
ölümü xatırladan nəsə
axtarır. Tamamilə tənha olduğunu hiss etmək üçün
qulluqçuları elə təlimatlandırır ki, gözə görünməz kimi davransınlar. Janın dekadent
Bodlerə pərəstişi sevdiyi
şeirlərdə bilinir. O, həyatındakı
hər şeyi dəqiqliklə
planlaşıdırır. Gecə ilə gündüzün
yerini dəyişirir. Günortadan
sonra saat beşdə
oyanıb səhər yeməyinə başlayır və bu
ardıcılıqla bütün günlük ritmini müəyyən
edir. Akvariumu su ilə dolduraraq
çayları xəyal edir. Sonra istədyi hər şeyi
xəyallarının köməyi ilə heç
yerə getmədən reallaşdırmağa başlayır.
Tənha evində istədiyi səyahətə
çıxır. Hərəkət etməyin
ağılsızlığını qəbul edir,
öz düşüncələrində fantaziyalarla bayağı reallığı
asanalıqla əvəz edə bilmiş olur. Bununla da
Şarl Bodlerin dediyi sözləri hərəkətləri ilə
həyata keçirir. Qəhrəmanın
fikrincə vacib olan
diqqəti toplamaqdır, beləliklə, asanlıqla
reallığı arzu olunan
reallıqla, fantaziyalarla əvəz etmək
olur. Dez Essentin kitab rəfləri
təsvirindəki qeydlərdə Bodler, Edqar Poya qəhrəmanın
sevgisi yenidən bilinir.
Əslində Edqar Allan
Po bütün
dekadentlərə təsir etmiş
yazıçıdır. Jan dez Essentin ədəbi zövqü yazıçı Joris
Karl Huysmansın öz
ədəbiyyat seçimləridir. Jan Homerin
epitetlərinin yoxsulluğunu
düşünür, Siseron
belə onun kinayəsindən qurtula bilmir. Hətta Ovidi də yada düşür, amma qəhrəman klassiklərə toxunmur.
Mütaliəni çox sevən
Jan dez Essentin müəlliflər haqqında
mülahizələri, əslində
dekadent yazıçıların
ümumi fikri olur. Bir gün əvvəlcədən
aldığı tısbağanın
əyalətə çatdırılması
onu sevindirir. Hələ Parisdə yaşadığı
zamanlar bir gün xalçanın rənglərinə baxarkən
tünd rəngli nəsə yerdə hərəkət edərsə,
bunun yaxşı görünəcəyi ağlına
gəlir.Buna görə
tısbağanı alır.
Aldıqdan sonra nəticə ilə qane olmayaraq qiymətli
daşlarla tısbağanın
zirehini bəzəmək
qərarına gəlir.
O, incə zövqlə
qiymətli daşları
çox dəqiqliklə
seçir. Və bu tısbağanın onun
yeni evinə çatdırılması qəhrəmanı
çox xoşbəxt
edir. Lakin tısbağanın da ömrü uzun sürmür. Tısbağa ölür. Özü ilə baş-başa qaldığı günlərdə
əvvəllər qəsdən
etdiyi pis əməllərini xatırlayır.
Təsadüfən qarşılaşdığı
yeniyetmə oğlandan
özünün niftər
etdiyi cəmiyyət üçün layiqli qatil yetişdirmək planı ilə onu kafeyə gətirir. Oğlanın
buraya ayaq açmasına görə
kafeyə kifayət qədər pul ödəyir. Bununla da oğlanı heç
vaxt görmədiyi həyata öyrəşdirdikdən
sonra daha onun əvəzinə heç vaxt pul xərcləməməyi
nəzərdə tutur.
Hər şey planlaşdırdığı
kimi yolunda getsə, oğlan bu əyləncələri
davam etdirmək üçün oğurluq,
quldurluq edəcək,
sonda isə qatilə çevriləcəkdi.
Bunu planlaşıdrmaqdan Jan həzz
alır. Jan tənhalığa qapıldıqca
keçmişin xatirələri
ona təzyiq göstərir. O, tələbəliyini
xatırlayır. İlahi sevgi
barədə öyrəndiklərini
düşünür, öz
şüurunun alt qatlarına
endikcə özündə
müxtəlif xəstəlik
simptomları hiss edir.
Bununla da özünü xəstəliyə süni
şəkildə təşviq
edəcəyini düşünür.
Evini bəzəmək üçün
güllər aldıqda
bir müddət bundan ləzzət alsa da, vaxt
keçir güllərə
baxdıqca Sifilisin obazının onu izlədiyi kabuslar görür. Kabusları artdıqca
yuxuya getmək də onun üçün
qorxulu olur. Darıxmaqdan
bezir, gülləri də göz önündən uzaqlaşdırır.
Qoyya, Rembrandtın rəsmləri
ilə, Dikkensin romanlarını vərəqləməklə
başını qatır.
Nevroz halı kəskinləşir.
Qarabasmalar həddindən çox
artır.
Davamında burnuna otaqda
olmayan qoxular, ətir iyləri gəlməyə başlayır.
Bu iy onu
hər yerdə izləyir. O, ətirləri
qarışdıraraq daha
gözəl ətir yaradacağını düşünür.
Balzak sayağı işə başlayır. Və bu
maraq huşunu itirənədək davam edir. Səhhəti pisləşən dez Essent Londona
səyahət etməyə
qərar verir. Əvvəlcə səssizlik ona
illər boyu eşitdiyi boş söhbətlərdən sonra
dinclik gətirdisə,
zaman keçdikcə ona qaldıra bilməyəcəyi yük
kimi təzyiq edirdi. London səfərini
xilas kimi görərək vağzal
yolunda qəfildən qulluqçunun diş fırçasını çantaya
qoymadığını xatırlayır.
Kefi pozulur, bu ağlından
çıxmır. Yolüstü nahar etdyi məkanda
gözü öznündə
Avropa səyahətləri,
London cəmiyyəti canlanır.
Yola düşməsinə on dəqiqə
qalmış o, səyahətə
çıxmağın mənasızlığını
anlayır. O, yerindən
qalxmadan, nahar etdiyi masada
da istədiyi ölkəyə səyahətin
mümkünlüyünü kəşf etdiyinə şad olur. Evə qayıdanda uzun səfərdən gəlmiş
kimi yorğun görünür. Gah dini,
gah da mistik
düşüncələrə qərq olaraq cəmiyyəti, incəsənəti
araşdırır. Öz mülahizələrinə
haqq qazandırmaq üçün Huqonu, Delakrua, Delaroşu xatırlayır. Ernest Ellonun "İnsan" əsərindən başqa
bütün yazılan
kiabların təhlini
aparır. Ruh halındakı
dəyişkliklər onun
ədəbiyyat seçimlərini
də dəyişir.
Zəiflik, yorğunluq halı
ilə qəhrəmanın
daxilində dəyərlərin
seleksiyası gedir.
Ruhi vəziyyətinə görə
onun simpatiya, antipatiyası dəyişir.
Balzakı sevdiyi məqamlar
da olur. Gözəlliklərə heyran olmaqdan
məhrum olan dez Essent Flober,
Zolya, Qonkurun mistik hesab etdiyi
əsərlərini oxumağa
üstünlük verir.
Bütün axtarışlarında Edqar Poya olan
sevgisi heç vaxt azalmırdı.
O, kitabxanasındakı sonuncu
kitabı oxuduqdan sonra bir də
kitab əldə etməycəyini yəqinləşdirir.
Kabusları artır, musiqilər
eşitməyə başlayır.
Şüuru yerinə gələndə
isə güzgüdəki
əksinə baxıb
öz halından qorxur. Parisdəki həkminə təcili
məktub yazaraq, çağırır. Ölüm fikirləri
ilə bədbinliyə
qapanmaq üçün
gəldiyi kənddə
vaxtında tibbi kömək göstərilərsə,
sağ qalacağına
ümid edir. Həyatda qalmaq üçün tələsir. Həkim gəlib
özünü çatdırır.
Onun məsləhtələrinə əməl
etdikdən sonra dez Essetin səhhəti
yaxşılaşır. Həkim yaşayış yerini dəyişməsə, öləcəyini
ona dedikdən isə qəhrəman təşvişə düşür.
Parisə qayıdıb başqaları
ilə də məsləhətləşdikdən sonra Parisə geri qayıtmağa məcbur qalır. Əşyalarını toplamaq üçün
kəndə qayıdır.
Jan dez Essent
pessimsit sübutlarının
ona təskinlik verməyəcəyini anlayır.
Parisə qayıtmaq üçün yola hazırlaşan dez Essent bu əyalət
səfərinin onun üçün yaxşı
qurtardığına şükür
edərək,
xilas üçün
Allaha dua edir.
Joris Karl Huysmans bu
əsərlə özünü,
dekadenti cəmiyyətə
anlatmaq istəmişdir. Əsər dekadentizmin izahıdır.
Günel İmran
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.15.