Məsud TARCAN
NOYABR
RÜZGARLARI
Noyabr
rüzgarları əsər, mən ağlaram,
Böyüyər
gözlərim gecələr kimi.
Durnalar
uçdu başım üstündən,
Qanadım
qırıldı, çöllərdə qaldım.
Kimsələr
verə bilmir yerini,
Naçar
qaldı vətənim -
Bir xəbər
çıxmadı səndən.
Noyabr
rüzgarları əsər, mən ağlaram,
Adını
dağlara,
dənizlərə, göylərə
yazdıq -
Dar
gündə
alnımızı söykəməyə
bir yer olsun deyə.
Bilmirəm, təsəllidi bu, ya yox?
Noyabr rüzgarları əsər,
mən ağlaram,
İstanbulu sel aldı,
Bir yar sevdik, yel aldı.
Artıq
duyulmur kükrəyən
tunc səsin,
Artıq gündüzlər bəyaz
deyil.
Göylərin, dənizlərin ötəsindən
Yox səni
xatırladan bir baxış.
Mövsüm bahar deyil, yaz deyil,
Qışdı, qış.
Noyabr rüzgarları əsər,
mən ağlaram,
Bir həsrət, incədən-incə,
Gələr, dolar içimə,
Bükər boynunu vətənim.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.-
21 oktyabr.- S.16.