H.YAĞÇIOĞLU
MUSTAFA KAMALLAR TÜKƏNMƏZ
Tükənər, əlbət,
Göydə ulduz, dənizdə
qum tükənər.
Vətən dediyimiz
bu torpaqlar cəsur, mərd,
Həm də müqəddəs bir atəşdir ki, sönməz -
İnanın, Mustafa Kamallar tükənməz.
Mən də ətdən, sümükdənəm, əlbət,
Mən də bir gün
bu dünyadan köçəcəyəm, əlbət.
İki
Mustafa Kamal var, yaxşı bilin,
Biri - burda, biri - sonsuzluqda,
Allahın işidir - ruhlar
görünməz -
İnanın, Mustafa Kamallar tükənməz.
Başınmı dərddə, onu
xatırla,
Yanında olacaq təntidiyin an.
Başdan-başa hər şeyilə
bu vətən
Bir də ağlamasın 10 noyabrda,
Fatehlər, Qanunilər ölməz
-
İnanın, Mustafa Kamallar tükənməz.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.-
21 oktyabr.- S.16.