Abdurrahim KARAKOÇ
ANADOLUDA BAHAR
İlk baharı gəldi Anadolumun,
Silifkədə çiçək açdı
nar indi.
Hər tərəfi yaşıllandı
Bolumun,
Sultan dağı bənək-bənək
qar indi.
Əyri
yollar yamacların qurşağı,
Gül səpilib zirvələrdən
aşağı,
Nərə çəkir Sürmənənin
uşağı,
Dadaşların oynamağı var indi.
Köpükləndi irmaqları Dadayın,
Yaşıl palma - zümrüd tacı Xatayın,
Çuxurova cənnətidir bu
ayın,
Aydın
eli əfələrə
dar indi.
Könül dilə gəlir
tütək səsində,
Qağayılar düyün qurub
Mərsində,
İspartanın rəng-rəng gül
bağçasında
Bülbüllərin cəh-cəhini gör indi.
Cıvıl-cıvıl səssiz qalmış yuvalar,
Kəpənəklər bir-birini qovalar,
Xalı
kimi naxışlanıb
ovalar...
Bölük-bölük sarı, yaşıl, mor
indi.
Aşıqlar diyarı Elbistan
eli,
Olub bu mövsümün baği - İrəmi,
Hər çeşmənin üç-beş
dənə gözəli,
Hər çiçəyin
bir arısı var indi.
Çıxa bilsən Çamlıcanın
başına,
İki qitə bir boğazda
aşina...
Karaqoçam, gəl, yorulma boşuna,
İstanbulu vəsf eləmək zor indi.
GÖR
Sən bizim dağları görmədin, gülüm,
Hələ boz dumanlar çəkilsin
də gör.
Hər həftəsi bayram, hər günü düyün,
Hələ yaylalara köçülsün
də gör.
Bilməzsən obalar necədi bizdə,
Qantəpər qurşaqda, yoncalar
dizdə,
Əriyər-əriməz bəyaz qar yazda,
Hələ bir əkinlər əkilsin də gör.
Nazlı,
cilvəlidir Qırxqız
pınarı,
Sanki təbi gəlib, coşur suları,
Köpüyü bəmbəyaz, seli
sapsarı,
Hələ daşdan daşa tökülsün də gör.
Yağışdan sonrakı göy
qurşağıtək
Bir qarış torpaqda minbir gül, çiçək...
Hansını oxşayaq, hansını
dərək,
Sübh tezdən dan yeri sökülsün də gör.
Yaxşı tanımırsan sən
bizim xalqı,
Məhəbbət görəsən - yaxına
gəl ki...
Üzlər könülləri göstərməz
bəlkə,
Ürfan pərdələri çəkilsin
də gör.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.-
21 oktyabr.- S.17.