Əhməd Səlcuq İLKAN
ALLAH QƏHR ETSİN
Mən
bu hala düşəcək
adammıydım?
Qar
yağdı güvəndiyim dağlara,
Həp
boş çıxdı tutduğum əllər,
Həp
daş çıxdı sevdiyim qəlblər,
Həp
alnından vuruldu ümidlərim,
Həp
dəlik-deşik oldu ürəyim.
İştə,
bu üzdən ipıslaqdı baxışlarım,
İştə,
bu üzdən yumruq-yumruqdu
əllərim,
İştə,
bu üzdən belə çatıqdır qaşlarım -
Allah
qəhr etsin...
Yox,
bu belə getməyəcək,
Madam ki, bəyənmədin,
Bir sabah
bir
dilənçinin ovcuna
qoyacağam ürəyimi,
Götürüb aparsın,
bəlkə
bir işinə yaradı.
Kim nə deyər, qoy desin,
Qoyacağam ovcuna ürəyimi
bir dilənçinin
-
Allah qəhr etsin...
Bir vaxtlar
gəzdiyimiz
yerlərdə dolaşıram,
Sanki indicə qarşıma çıxacaqsan,
Sanki dayanacaqda
məni gözləyirsən,
Dünən birinə rast gəldim;
Saçları - sən,
Gözləri - sən,
Qaşları - sən...
Düşdüm arxasınca,
Elə bildi dəliyəm, -
Allah qəhr etsin!..
Dünya
alov içində,
Savaşlar baş alıb gedir...
Afrikada çocuqlar
aclıqdan ölür,
Mən isə, burada, sənsizlikdən -
Allah qəhr etsin.
Güldanımda
həp
sənin sevdiyin çiçəklər,
Dodaqlarımda
həp
sənin sevdiyin türkülər,
Sənin
ad gününü
kutladım səndən
xəbərsiz
və hər səhər
dualar
oxudum
xoşbəxtliyin üçün.
Hara getsəm,
əcəl kimi
arxamca gəlirsən
-
Allah qəhr etsin...
İştə, belə bir sevdadı mənimki,
Gəlib
çatmış sonum,
Ən qorxunc uçurumlardanmı
atım özümü,
Ən dərin dənizlərdəmi
qərq olum,
Amma qəlbimdə sən varsan...
Birdən
sənə bir şey olarsa...
Allah qəhr etsin!..
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.17.