Cahid Sıtqı TARANCI
DESƏM Kİ...
Desəm
ki, vaxtlardan bir aprel axşamıdır,
Rüzgarların ən sərini
səndən əsir,
Səndə seyr edirəm dənizlərin ən mavisini,
Ormanların ən qalınını
səndə gəzməkdəyəm,
Səndən qopardım çiçəklərin
ən ətirlisini,
Səndə daddım meyvələrin cümləsini.
Desəm
ki...
İnan
mənə, sevdiyim, inan,
Evimdə
şənliksən, bağçamda
bahar,
Dağlara, dənizlərə, ulduzlara qoşulub,
Söz açıram
gözəlliyindən.
Bir gün səsimi duymasan.
Bil ki, ölmüşəm,
Bil ki, məşhər günüdür,
Bil ki, meydanda səni axtarıram.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 21
oktyabr.- S.17.