Esat SELİŞIK
BİR NAĞIL YAZAQ
Səninlə
bir nağıl yazaq,
"Sonsuz
eşq" olsun adı.
İçində
quş ürəkli
yunus
balıqlarının üzdüyü
işıq
rəngli dənizlərdə çimək.
Hər
səhər pəncərəmizi
kəpənəklərin
və mələklərin uçduğu
masmavi
göy üzünə açaq.
Fağır-füqaradan
öyrənsin
dostluğu qırx quldurlar.
Qardaş
olsun cinlərlə pərilər.
Yüz
illər boyunca köksümüzdə
həp
çocuq ürəyi gəzdirək.
Bütün
kainatla gizlənpaç oynayaq
mavi
gecədə,
bir
ulduzun təbəssümündə,
baharı
yeddi
iqlimin qışında
nərgiz
çiçəyinin ətrində tapaq
və
biz gizlənək,
bütün
kainat əl-ələ versin,
arasın
bizi
göyqurşağının
rəngində,
rüzgarların
zümzüməsində,
çiçəklərin
səsində,
buludların
yuxusunda.
amma
sonda səni mənim,
məni
sənin qəlbində tapsınlar.
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 21 oktyabr.-
S.17.