Beşik həvəsinə düşmə
...Torpaq da bir
evdir. Sən ev-
Esik həvəsinə
düşmə.
Söyüd bar vermir, əzizim,
Beşik həvəsinə düşmə.
Çörəyin urvatı da, bil,
Torpaqdan dənə qədərdi.
Dünya
bəzən məndən
sənə,
Adəmdən mənə qədərdi.
Xoş gün də əzab kimidi,
Gah olur, gah da olmur
ki.
Hərə bir səmtə
üz tutub,
Hamı
Allahda olmur ki...
Ağıla möhtac dəlylyk,
Vaxtdır, sən məni
tanı, qız!
"Vağzalı" havası
gəlir,
Duvağın düşüb, hanı, qız?
Sənə yazdığım şeir
...Tək, ruhumdu yaşıdı...
Bəlkə dürdü, qayədi;
Bəlkə namaz daşıdı,
Bəlkə də bir ayədi,
Sənə yazdığım şeir?!
Üstündədi qızlığı...
Əzrayılın ahıdı...
Adəmin
yalqızlığı,
Həvvanın günahıdı
Sənə yazdığım şeir.
Demə,
Hikmət naşısa...
Bəlkə torpaqdı, gildi...
Bir əlcə başdaşısa,
Bir əlcə boz şəkildi
Sənə yazdığım şeir.
Hikmət Məlikzadə
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.29.