Stalinin ölümündən sonra
şeirləri işığa
çıxan şair -
Rus mətbuatının
yazdığına görə, rus şairi Yevgeni Yevtuşenkonun 2002-ci ildə Kremlin
konsert zalında təşkil edilən şeir gecəsində ona
özəl bir sürpriz
edilir. Gecədə Nazim
Hikmətin "Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
necə çıxar qaranlıqlar aydınlığa..."
sözlərilə başlayan məşhur
şeirinin oxunması Yevtuşenkonu
çox mütəəssir edir...
Bundan bir az əvvəl Yevtuşenkonun
xatirələrini paylaşan "Moskovski Komsomolets" qəzeti
iki şairin dost olduğunu bildirirdi.. Məqalədə
yazılırdı: "Yevtuşenko Nazimi tez-tez
xatırlayırdı. O, Nazimlə çox
yaxın dost idi.
Birlikdə çox zaman
keçirmişdilər."
"Nazimin ürəyi"
Nazimə sovet pasportunun verildiyi toplantıda Yevtuşenko özünün də iştirak etdiyini bildirirdi: "Nazim sovet pasportunu alıb yuxarı qaldıraraq dedi: "Bürokratiyanı tənqid etdiyim zaman artıq kimsə mənə "Sən yadsan!" deyib üsyan etməyəcək."
Nazimin yaxşı bir kommunist olduğunu vurgulayan rus şair deyirdi: "Çox diqqətli insan idi. Hər kəs onun kimi kommunist olsaydı, bəlkə mən də kommunist olardım." Yevtuşenko başqa bir məqaləsində Nazim Hikmətin dünya mədəniyyəti tarixindəki yerindən söz açırdı: "Nazim Hikmətin tarixdə oynadığı rol əvvəlcədən müəyyənləşmişdi. O, bu rolu dahiyanə şəkildə yerinə yetirdi."
Belarus mətbuatına verdiyi müsahibədə Yevtuşenko, Nazimin çox yaxşı insan olduğunu vurgulayaraq, "Nazim dünyada rast gəldiyim ən yaxşı insanlardan biridir" - deyirdi. Nazim Hikmətdən çox təsirlənən rus şairi "Nazimin ürəyi" adlı şeir də yazmışdı...
D.Şostakoviçin 13-cü simfoniyası
"Babi Yar" Yevtuşenkonun Qərbdə ən çox tanınan şeiridir. Bu şeir İkinci Dünya müharibəsində Kiyevdə on minlərlə yəhudi və məhbusların nasistlər tərəfindən qətli haqdadır. "Babi Yar" faciəsinə həsr olunmuş həmin şeir Sovet İttifaqında antisemitizmi ifşa edib və sonra sovet bəstəkarı Dmitri Şostakoviç tərəfindən onun 13-cü simfoniyasına daxil edilib.
Babi Yarda öldürülən sovet vətəndaşları üçün dövlət rəsmi abidəni 1976-cı ildə qoydu. Qətlə yetirilmiş yəhudilər üçün qoyulan abidə, on beş ildən sonra - 1991-ci ildə Babi Yar Parkına yerləşdirildi.
Müxalif bir aydın
Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alan Yevgeni Yevtuşenko, yayımlanmasına Stalinin ölümündən sonra izn verilən şeirləriylə qısa vaxtda xalqın sevdiyi bir şair oldu. O, dövrünün istedadlı şairləri Yesenin və Mayakovskidən başqa Nazim Hikmətin şeirlərindən təsirlənmişdi.
Dünya, qətliamları yaşarkən o,
uşaqlıq illərini yaşayırdı. Qorki
adına Ədəbiyyat İnstitutunda təhsil
alan Yevtuşenkonun
"Gələcəyin perspektivləri" adlı ilk kitabı 1952-ci ildə - onun
Sovet Yazıçılar
İttifaqının ən gənc üzvü
olduğu vaxt nəşr
edilib. Dünya onu 1961-ci ildə dərc olunan "Babi Yar"la tanıdı…
Yevtuşenko her şeyə, azadlığa,
sərbəstliyə uzun
müddət qapalı
qalmış bir quruluşun - Sovetlər Birliyinin diktə dönəmi şairi, ədəbiyyatçısı idi. Buna baxmayaraq bütün dünyaya, xalqlara səslənərək
sülhü və qardaşlığı müdafiə
edirdi.
O, ölkəsinin divarlarını
çox əvvəllərdən
qıra bilmiş, azadlıq, bərabərlik
və xalqların qardaşlığına ürəkdən
inanmış müxalif
bir aydın idi…
"Kino çox
pul tələb edən işdir"
1985-ci ildə Yevtuşenko
Xarici işlər Nazirliyinin və TÜYAP-ın dəvətilə Türkiyəyə gəlir. Həmin
vaxt yazar Celal Üster Yevtuşenkodan "Cümhuriyyət"
qəzeti üçün
müsahibə alır:
"Oxucuların yaxşı
tanıdığı Yevtuşenkoyla
bir dost evində təşkil olunan yemək süfrəsi arxasında birlikdə olduq. Yemək öncəsi masanın
ətrafında ayaqüstü
söhbət zamanı
o, şairliyi, ozanlığı
ilə birgə film yaradıcılığından söz açır. Və dərdi təzələnir... "Üç müşketyor"dan
danışır. Üstəlik, çox iddialı bir kadr da
qurur xəyalən.
Dartanyanı Cek Nikolsonun
oynamasını düşünür.
"Üç müşketyor"dan ikisini
isə Peter Ustinov ilə
Vittorio Qassmanın oynamasını istəyir.
Amma, - deyir, - kino çox
pul tələb edən bir işdir.
Əslində, bir zamanlar italyanlar çox gözəl filmlər çəkdilər. Məsələn, neorealizm dönəmi.
Bilirsiniz,
o filmlər hardasa havayı başa gəldi. Amma artıq o günlər
geridə qaldı.
İndi
film çəkmək üçün
pul lazımdı.
Ancaq yenə də xüsusilə son iki ildə Sovetlər Birliyində çox gözəl filmlər çəkildi. Həm aktyor,
həm rejissor olan Ralan Bekovun
"Qorxuluq" adlı
bir filmi var. Gənclərin problemləri
haqqında çox uğurlu bir filmdir. Yenə gənclər haqqında
"Breakfast Club" adlı bir amerikan filmi
görmüşdüm. O da yaxşıydı. Amma Bekovun filmi daha
uğurludur."
Gürcü heyranı
Yevgeni Yevtuşenko
rus olsa da, söhbətimiz boyunca durmadan gürcülərdən və
Gürcüstandan söz
açırdı. O, gürcü
heyranı idi. Bir də türk rejissorlarına məsləhətləri
vardı. Yevtuşenko,
sovetlər birliyinin ən uğurlu filmlərini tərcümə
edən gürcü rejissorlarla türk rejissorların çox uğurlu bir iş birliyi qura biləcəyini, ortaq filmlər ərsəyə gətirəcəyini
düşünür. Otar
Yosselaninin, Georgi Çenqelayanın, Sergey Paradjanovun
filmlərindən söz
açır az sonra: "Otar Yosselaninin Fransada çəkdiyi filmi bəyənmədim, doğrusu. Venedik Film gecəsində ona ödül verdik, amma pislərin
yaxşısı olduğu
üçün. Ancaq Yosselaninin
Gürcüstanda tərcümə
etdiyi filmlər çox uğurludur.
Paradjanovun son filmi isə
qeyri-adi idi. Sanki kino deyil,
qeyri-adi bir rəsm sərgisidir.
Şeir kimi bir film... Əslində kütlə üçün
çəkilmiş bir
film deyil. Deyirəm,
gürcü kinoları
çox uğurludur..."
Çox keçmədən, sözü
yenidən gürcülərlə
mədəni əlaqəyə
gətirir Yevtuşenko. Amma şübhəsiz, bunun bir "qərar" olduğunu vurgulayır:
"Yalnız indi
"qərar" deyincə
yadıma çoxdan baş vermiş bir hadisə düşdü. Mən, 17 yaşındaykən gənc bir qıza
vurulmuşdum. Qız,
sonradan üç dəfə evləndi, üç dəfə boşandı, amma heç birində mənimlə deyil..."
Bu qədər gürcü
söhbətindən sonra
ağlımıza istər-istəməz
bir fikir gəlir: Bəlkə gürcülük var Yevtuşenkoda? "Xeyr",- deyir,- "gürcülük yoxdu məndə. Amma bir dəfə
Gürcüstanda zəhərlənmişdim.
Xəstəxanaya apardılar, orda
qan verdilər. Yəqin gürcü qanı ordan keçdi mənə."
Ən yaxşı primitiv
rəssam
Celal Üsterin
müsahibəsində məlum
olur ki, Yevtuşenko evində gürcü rəssam Niko Pirosmaninin böyük bir tablosu var. "Gözəl
insan, böyük bir rəssamdı. Məncə,
ən yaxşı primitiv rəssamdı",-deyir
Pirosmani üçün.
Sonra da "Sizə bir hekayəsini
danışım",-
deyir: "Əvvəllər
kiçik bir meyvə-tərəvəz dükanı
varmış Pirosmaninin.
Arabir həvəskar kimi rəsm də çəkərmiş. Bir axşam
Tiflisdə bir gecə klubuna gedir. Klubda, Marqarita adlı
fransız bir qadın müğənni
oxuyurmuş. Pirosmani, o saat
vurulur Marqaritaya.
Gedib meyvə-tərəvəz dükanını
satır, deyilənə
görə, milyonlarla
çiçək alır.
Marqaritanın işlədiyi klubun
olduğu küçəni
çiçəklərə bəzəmiş. Bundan sonra
Marqarita bir gecəlik Pirosmani ilə görüşür.
Yalnız bir gecəlik.
Ondan sonra da Pirosmani
içkiyə qurşanır
və rəsm çəkməklə yaşayır."
Yevgeni Yevtuşenko, gəzməyi
çox sevirdi. Yer üzündə gəzmədiyi
ölkə qalmamışdı.
"Biz ozanlar sülhün
elçiləriyik, siyasətçi
deyilik",- deyirdi.
Tolstoy, Stendal və Platonov
Dost evindəki naharın
sonlarına yaxın futbol azarkeşliyindən ədəbiyyata keçir
Yevgeni Yevtuşenko. İlk olaraq
Bulqakovun "Master və
Margarita"sından söz
açır. Müdhiş
bir əsər olduğunu söyləyir
"Master və Marqarita"nın. Masa arxasında əyləşənlərdən
birinin bu əsəri Anadolu türkcəsinə çevirdiyini,
tərcüməçinin Aydın Emeç olduğunu söyləyincə
Yevtuşenkonun gözləri
parıldayır. Durub əlini
sıxır Aydın Emeçin, ürəkdən
təşəkkürünü bildirir. Sonra, bütün sovet dönəminin ən yaxşı yazıçısı
olduğunu söylədiyi
Andrey Platonova keçir: "Heminquey oxumuşdu Platonovu. İkinci Dünya müharibəsindən əvvəl
özüylə edilən
bir müsahibədə
Heminquey, ən çox sevdiyi üç yazıçının
Tolstoy, Stendal və Platonov olduğunu deyir."
Yevtuşenkoyla türk yazıçının
söhbəti gürcü
müğənni və
yazıçı Bulat
Okucavanın bir mahnısıyla bitir. Bu mahnı
Yevtuşenkonun Okucavadan oxuduğu
"Şarmanka Şarlatanka"
idi..."
"Örpək"
1988-ci ilin fevralında Dağlıq Qarabağın
Azərbaycandan ayrılıb
Ermənistana birləşdirilməsinin
əleyhinə çıxan
soydaşlarımızı sakitləşdirmək və
qarşıdurmanı sakitləşdirmək
üçün kolxoz
sədri, Sosialist Əməyi Qəhrəmanı,
SSRİ Ali Sovetinin deputatı,
üç dəfə
"Lenin" ordeni almış
Xuraman Abbasova örpəyini izdihamın
qarşısında yerə
atır. Onun bu addımından
sonra qəzəbli izdiham sakitləşir.
Xuraman Abbasovanın bu addımı ölkə daxilində qınansa da, ölkə xaricində sülh naminə atılmış
cəsarətli bir addım kimi dəyərləndirilir. Şair
Yevgeni Yevtuşenko Xuraman Abbasovanın örpəyini qəzəbli
insanların qarşısına
ataraq münaqişəni
sakitləşdirməsindən ilhamlanaraq ona "Örpək" adlı şeir həsr edir...
Xuraman HÜSEYNZADƏ
Ədəbiyyat qəzeti.- 2017.- 28
oktyabr.- S.15.