Hələ gec deyil
Səfər dəftərindən
Həyatın, insanlığın
Həvva ilk anasıydı,
Gələcəyin təməli,
Mənası, aynasıydı.
Cənnətdə yaşayırdı,
Eşq ilə, əda ilə.
Yaşayırdı ölümsüz,
Mənəvi qida ilə.
Biz də ondan törəyib
Yemək nədir,
bilməzdik,
Doğulmazdıq, ölməzdik.
Qidamız gülün
ətri,
Suyun səsi olardı.
Eşq insanın
ilk sözü,
Son kəlməsi
olardı.
Gözəl sadəlövh
ana,
Sən aldandın
şeytana,
Tamah hökmran oldu.
İnsan ömrü
zamanda
Axıb gedən an oldu.
Tamah insan beyninə,
Qəlbinə hakim oldu.
Allah insan yaratdı,
İnsan gəldi kim oldu?!
Allah cənnət vermişdi
Bizə bu yer üzünü,
İnsan cəhənnəm etdi,
Oda saldı özünü.
Torpaq altında
silah...
Suyun dibində silah...
Silahlar kürt
yatıbdı,
Günah doğacaq,
günah...
Onsuz da bu yer üzü
Nəhəng qəbiristanlıqdı.
Həvva sirrin qoruyan
Kilidli bir sandıqdır.
Bəlkə hələ
gec deyil
İnsan göz yaşlarıdı
Bu leysanlar,
yağışlar.
Allah bağışlayandı...
Bəlkə tövbə
vaxtıdı,
Allah bizi
bağışlar.
ABŞ. İndianapolis
12.08.2017
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.8.