QARMAQARIŞIQ
Əli
Ayşəni sevirdi,
Amma
Ayşənin
gözü-könlü
Süllülərdən
Gilas Həsəndə idi,
Gilas
Həsən isə
Təkə
bəyin
naz-naz qızı
Güllüyə bənd
olmuşdu.
Güllü
də
Əlidən ötrü
dəli-divanə idi.
Əli
də inad,
Ayşə
də inad.
Gilas
Həsən də inad,
Güllü
də inad...
Sormayın
nə oldu
bu işin axırı?
Ah,
qara sevda,
Ah,
qara sevda...
Bir
gündə
bir kənddən
dörd ölü
çıxdı...
Ah,
qara sevda,
Ah,
qara sevda...
Atalay DƏMİROĞLU
Hazırladı: Dilsuz
Ədəbiyyat qəzeti.- 2017.- 16
sentyabr.- S.17.