Zil qara kirpiklərin
Zil qara kirpiklərin
Davası nə gözəlmiş.
Sevginin yaz ətirli
Havası nə gözəlmiş.
Həsrətdən alışmağın,
Küsməyin, barışmağın,
Vüsala qovuşmağın
Səfası nə gözəlmiş.
Dərdindən öldüyümün,
Əhdinə güldüyümün,
Vəfasız bildiyimin
Vəfası nə gözəlmiş.
Qoy bu yolda közərim,
Yanmaq ilkim, əzəlim,
Könül sevən gözəlin
Cəfası nə gözəlmiş.
***
Haqq deyilən sözü axtar,
Haqqı sözdə qoysalar da.
Düz yaşayıb düzü axtar,
Düzü düzdə qoysalar da.
Ceyran düzü görməlidir,
Gün gündüzü görməlidir,
Haqq gün üzü görməlidir,
Duman-sisdə qoysalar da.
Haqq ümmandır - dərin olur,
Suyu təmiz, sərin olur,
Haqq arzutək şirin olur,
Onu gözdə
qoysalar da.
Sən çirmələ biləyini,
Daşa
səp haqq çörəyini,
Haqqı
sevən ürəyini
Odda-közdə qoysalar da.
Alsa haqqın sorağını,
Tural aşar Qaf dağını,
Kəsib
iki ayağını,
Yolda-izdə qoysalar da.
***
Könlümdə bir ağac var,
Şeir
köklü bir ağac...
Duyğular meyvə kimi
Budağından asılar.
Bəzən ilham gələndə
Bu meyvələr yetişər.
Qırılıb saplağından
Varaqlar üstə
düşər.
Çeşidləyib onları
Mən baxaram
"dadına".
Sovqattək göndərərəm
İnsanların adına.
***
Bu torpaq gözümdə nurlanan ocaq,
Bu torpaq sinəmdə
çarpan ürəkdir.
Donmuş
əllərimi lap uzaq
başı
Bircə təbəssümü göyərdəcəkdir.
Heç
vaxt tək qalmayıb, tək olmayıbdır,
Düşmənin köksünə dəyib
oxumuz.
Bizim çiynimizdə yük olmayıbdır,
Niyə bəs çiynində yükük çoxumuz.
Ürək bir arzudur, yollarda itən,
Ürək heç kiriyən,
susan deyilmiş.
Hələ indi-indi bilirəm,Vətən,
Sənə oğul olmaq asan deyilmiş.
Gah duman qovmuşam, gah çən yolundan,
Küləyəm, şimşəyəm, qayayam,
daşam.
Bütün ömrüm boyu
Vətən yolunda
Birinci ölməyi
arzulamışam.
***
Yaman səbirsizəm, niyə gizlədim,
Səbirsiz olmağım könül
varımdır.
Köçəri durnalar, köçəri
quşlar
Mənim perik düşmüş arzularımdır.
Hər səhər üzümü
tuturam göyə,
Baxışım havada donub iz
olur.
Məni
qınamayın səbirsiz
deyə,
Bəlkə də taleyim səbirsiz olub.
İçirdər torpağa öz
qanını da,
Səbirsiz adamlar tək-tək olurmuş.
Səbirli olmağın ziyanını
da
Səbirsiz olanda bilmək olurmuş.
Səbirlə düşmüşük çətinə, bərkə,
Səbirli olmaq da ömürə
yükdü.
Səbirli olmağın ziyanı
bəlkə,
Səbirsiz olmaqdan daha böyükdür.
Eh nələr, eh nələr
qalıb yadımda,
Səbirlə çox yerdə qaldıq axırda.
Bir şəhər itirdik Şuşa adında,
Bir topraq
itirdik, torpaq
Tural ADIŞİRİN
Ədəbiyyat qəzeti.- 2017.- 16
sentyabr.- S.21.