Nağılın Babil şahzadəsinə çevirdiyi qızcığaz  

 

Ədəbiyyat üzrə ilk Nobel mükafatçısı Selma Lagerlöf əsərlərində daha çox öz ölkəsini yetərincə çox tanıtmağa, sevdirməyə diqqət yetirirdi və təsadüfi deyil ki, Nobel mükafatını almaq üçün həyatında ilk dəfə İsveçə gələn yapon yazıçısı Kendzebure Oe ölkə ilə tanışlığının Semanın kitablarından başladığını səmimiyyətlə etiraf etmişdir. S.Lagerlöf daha çox xalq mahnıları üslubunda yazır və İsveç folklorunun ən yaxşı ənənələrindən bəhrələnirdi. Aydın və parlaq fikirlərin təbliği, müqəddəsliyin tərənnümü onun başlıca mövzu mənbəyini təşkil edirdi. "Babil şahzadəsi" hekayəsində olduğu kimiBeş yaşına təzəcə qədəm basmış qızına - Klara Qullaya dünyanın ən gözəl, sehrli nağıllarını danışan Yan qəlbən inanır ki, bu gözəl nağılların cazibəsi sonucda balaca Klarasının coşqun arzularının uğurlarını təmin edəcək, onu əsl şahzadə kimi yetişdirəcək. Sadəlövh və səmimi bir ata olan Yan bu məqsədlə qızına ən qədim vaxtlarda, aləm yaradılandan, adamlar yer üzündə görünəndən az sonrabaş verdiyini danışırdı. Məsələn, Babil qülləsinin tarixçəsindən, balaca Babil şahzadəsindən. Maraqlı və valehedici bir tarixçəni… Hə, deməli belə, bir-birinə sıx ünsiyyət telləri ilə bağlı olan insanlar qərara aldıqları kimi sübh tezdən cəm olub gil qaşımağa, kərpic kəsməyə başlayır, əhəng yandırırlar. Qüllənin ətrafında qurğular qurur, həmin qurğuları gündən-günə böyütməyə başlayırlar. Belə bir qülləni ucaltmağın İlahinin ürəyincə olmadığını bilsələr də belə, fikirlərindən daşınmaq istəmirlər. Çünki insanlar necə olursa-olsun, göyün yeddinci qatına çatmağa, onun necə olduğunu görməyə can atırdılar. İlahisə durub-dayanmadan həyəcan təbili çalır, "qulaq asın, ey xeyirxah adamlar - deyirdi. - Sizə axırıncı dəfə deyirəm: Əgər öz əməllərinizdən əl çəkib işi daynadırmasanız, sizə bədbəxtlik gətirməli olacağam. Həm də bu, elə bədbəxtlik olacaq ki, ondan yaxanızı qurtara bilməyəcəksiniz, sizə heç bir şey kömək eləyə bilməyəcək!".

Amma adamlar İlahinin səbirli olacağına inandıqlarına görə əl saxlamırlar. Qüllə günü-gündən bir az da ucalmağa başlayır. İnsanların onu eşitmək istəmədiyini görən İlahi adamların dillərini bir-birinə qarışdırmaq qərarına gəlir və bunu edir. Bənnalar "bizə palçıq verin" deyə bir-birinə səslənir, amma əvəzində ağızlarından tam fərqli, mənasız sözlər çıxır, su istəyirlər, yenə də fərqli, anlaşılmaz sözlər eşidilir. Heç kəs bir-birini anlamır. Aləm bir-birinə qarışır. Lap yaxın saatlara qədər bir-birini anlayan, başa düşən və istəklərini yerinə yetirənlər tamamilə yad, bir-birini anlamayan insanlara çevrilirlər. İş o yerə çatır ki, Babil padşahı və onun xanımı öz doğmaca qızlarının, balaca şahzadənin dilini başa düşə bilmirlər. Buna görə də sevimli qızlarını saraydan qovmaq qərarına gəlirlər. Balaca şahzadə tək-tənha yad səhralar dolanmalı olur; canında da hər an bir vəhşiyə rast gəlmək, parçalanmaq qorxusuAmma balaca qızcığaz elə sevimli, elə balaca idi ki, onu incitməyi heç kəs özünə yaraşdırmır. Əksinə, rastına kim çıxırsa, ona yaxşılıq edir.

Nəhayət, bütün ölkələri dolaşandan sonra balaca şahzadə onun dilini duyub-anlayan bir qövmə rast gəlir. "Gününüz xeyir!" - deyir, qarşılığında "Aqibətin xeyir" cavabı alır. Ona xeyirxahlıqla qapı açıb "gəl" deyən adamlar baxıb görürlər ki, bu, Babil şahzadəsidi. Elə bilirlər yolu azıb. Qayğıkeşliklə "qəm eləmə, səni tezliklə saraya çatdıraraq" - deyirlər. Balaca şahzadə etiraz edir: "Yox, indi bilirəm ki, lazım olan yerə gəlmişəm. Çünki burda mənim dilimi anlayan insanlar var. Elə burada qalacağam. Çünki burada, bu evdə fayda sevinc dolu bir ömür yaşaya bilərəm…"

Balaca Klarasa nəfəsini udub sakitcə atasının nağılını dinləyir

Bir oxucu olaraq elə biz bu gözəl nağılın sehrini yaşayır düşünürük; bəlkə balaca şahzadənin rast gəldiyi o duyğusal qövm elə bizim öz qövmümüz, qapısını açdığı koma bizim öz doğma komamızdı; hər kəsi duyan, ona mehribanlıqla qucaq açan, "gəl" deyən qövmümüz, öz doğma evimiz, od-ocağımız! Ya elə özümüzü o sevimli, süd qoxulu şahzadənin yerində görürük

Bütün bunlar öz yerində təbiidi. Ancaq ən gözlənilməzi bəlkə ən təbiisi nağılın sonunda Yanın heç gözləmədiyi halda eşitdikləridi:

- , ata, qoy nağılın davamı qalsın, sonra danışarsan - nəhayət, qız dilləndi. - Yalnız mənə böyüməyə imkan ver; onsuz da gəldiyim yerə qayıdacam.

Yanın sifəti təəccübdən uzandı. Amma daha pisi bu idi ki, arvadı elə bu vaxt oyanıb söhbətin sonunu eşitmişdi. acıqlı-acıqlı deyinirdi:

- Sənə elə belə lazımdı! - o dedi. - Uşağın beynini qeyri-adi qız olmasıyla doldurmusan

Xeyirxah ata heç özü bilmədən şirin nağıllarıyla doğma qızını Babil şahzadəsi hiss edəcəyi qədər duyğulandırmışdı. qız doğma ocaqlarında özünü yad, gəlmə hesab edirdi. Eynən Babil şahzadəsi kimiİnanmağa başlamışdı ki, bir gün o da mütləq qayıdacaq. Ancaq hara?

Heç nağılçı Selma Lagerlofün özü bu sualın cavabını bilmirdi. Bilsəydi, bu gözəl hekayəni yazmağa lüzum görməzdi.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2017.- 16 sentyabr.- S.32.