GECƏN XEYİRƏ QALSIN, GÜLÜM
Yatağın
iyun buludutək
yumşaq və bəyaz olsun,
yuxuda yolunu
eşqin yanından sal,
bir çay
kənarında,
söyüd kölgəsində
ayaqları suya qoy,
əlində,
Bursa malı,
bir tişə,
səhərə qədər
ümidlərini
yon.
Bir də məni düşün
yuxunda,
yəni,
yumşaq, bəyaz
iyun buludunu,
yəni, çay
kənarını,
yəni, söyüd
kölgəsini,
yəni, yonduğun ümidlərini.
Və gecən
xeyirə qalsın, gülüm.
Nevzat TEKİN
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.17.