HAYDI, OYAN
Haydı, oyan,
günəş
nur çiləyir
başının üstə,
dəniz,
yosun ətirli dəniz
masmavi ayna kimidi,
səhər yeli
uçurtdu quşları
yuvalarından,-
nədi,
indi sən
bu türkünü
dinləməyəcəksən?
Haydı, oyan,
aydınlığa çıx -
gözlərin işıqlansın,
bahar havası
dolsun ürəyinə,
yoxsul olsan da, oyan,
qərib olsan da, oyan,
madam ki, gözəlsən,
gözəlliyi yaşatmaq üçün,
madam ki, ümidlisən,
ümidi yaşatmaq
üçün
oyan, haydı,
oyan...
Dənizi dinlə
-
yaşamaqdan bəhs etsin,
torpağı dinlə
-
dostluqdan bəhs
etsin,
göyü dinlə
-
sevgidən bəhs
etsin...
Haydı, oyan,
nə olar,
oyan...
Mətin ƏROĞLU
Ədəbiyyat
qəzeti.- 2017.- 23 sentyabr.- S.17.