Klassikin müasirliyi
Akademik Nizami Cəfərovun "Elçin. Yazıçının yaradıcılıq yolu" monoqrafiyası bu günlərdə nəşr olunmuşdur.
Kitabın "Son söz"ünü təqdim
edirik.
Son söz
Xalq yazıçısı
Elçinin yaradıcılığı
həm indiyə qədərki xeyli dərəcədə əsaslı
araşdırmalarda gəlinən
nəticələrə, həm
də bizim müşahidələrimizə, təhlillərimizə görə,
aşağıdakı dövrlərdən
keçmişdir:
I. Keçən əsrin 50-ci illərinin ortalarından 70-ci illərinin
sonlarına qədər.
II. Keçən
əsrin 80-ci illərinin
əvvəllərindən 90-cı illərinin sonlarına qədər.
III. Yeni əsrin ilk illərindən
bu günə qədər.
Birinci dövr
də öz növbəsində üç
mərhələyə ayrılır:
1) Keçən əsrin 50-ci illərinin ortalarından 60-cı illərinin
əvvəllərinə qədər
- ilk qələm təcrübələri
mərhələsi;
2) keçən
əsrin 60-cı illərinin
ortalarından sonlarına
qədər - "yeni
ədəbiyyat" axtarışları
mərhələsi;
3) keçən
əsrin 70-ci illərinin
əvvəllərindən sonlarına
qədər "yeni ədəbiyyat" uğrunda
mübarizə, yaxud
"altmışıncı"nın geniş ədəbi-ideoloji
miqyasda özünü
(və təmsil etdiyi yaradıcılıq
metodunu) təsdiq mərhələsi.
İkinci dövr, fikrimizcə, 1) keçən əsrin
80-ci və 2) 90-cı illərini
əhatə etməklə
iki (və olduqca məhsuldar) mərhələyə ayrılır
ki, şərti olaraq, birincisini romanlar, ikincisini isə "dramlar" mərhələsi adlandırmaq
olar. Həm birinci, həm də ikinci mərhələdə
Elçin onun yaradıcılığı üçün
səciyyəvi olan janrlarda, xüsusilə hekayələr yazmaqda davam etmiş, ədəbi-ictimai şüura
əhəmiyyətli təsir
göstərən möhtəşəm
elmi-publisistik əsərlər
yaratmışdır, bununla
belə 80-ci illər,
ilk növbədə, "Mahmud və Məryəm",
"Ağ dəvə"
və "Ölüm
hökmü" romanlarında
cəmiyyət həyatının
miqyaslı mənzərələrinin
yaradılması, 90-cı illər
isə, hər şeydən əvvəl,
həmin həyatın
dramatizminin eyni dərəcədə miqyaslı
realist (və analitik!)
təsvirinin böyük
istedadla təqdimi ilə səciyyələnir.
Elçin yaradıcılığının
yeni əsrin əvvəllərindən başlayan
üçüncü dövrü,
fikrimizcə, müxtəlif
mərhələlərə bölünməyən bütöv
bir hadisədir: burada hansısa ideya-estetik təmayülün,
yaxud janr differensiallığının (xatırlatmaq
lazım gəlir ki, janr diferensiasiyasının,
yəni hansı janra müraciət etməsinin özü də Elçin üçün sadəcə
texnoloji seçim olmaqla məhdudlaşmayan ciddi ideya-estetik hadisədir) əlahiddəliyinə rast
gəlinmir. Yazıçı-
mütəfəkkirin keçən
əsrin sonlarına doğru yaradıcılığının
bütün miqyası
ilə qazandığı
"klassik" obrazı
yeni əsrin əvvəllərində (və
hər cəhətdən
tamamilə yeni şəraitdə!) öz
tarixiliyi ilə müasirliyinin vəhdətində
fundamental bir hadisə
olaraq meydana çıxır...
Elçinşünaslığın ən maraqlı məsələlərindən
biri də yazıçının yaradıcılıq
genotipologiyasının hansı
üzvi tərkib hissələrindən ibarət
olmasıdır ki,
biz, ilk növbədə, aşağıdakıları
fərqləndirmək istərdik:
a) Azərbaycan şifahi xalq ədəbiyyatına (folkloruna)
dərindən (və
elmi izaha çətin gələn
təbii bir inersiya ilə) bağlılıq - elə
bir mukəmməl bağlılıq ki, Elçinin ümumən bədii (yalnız bədiimi?) təfəkkürünə
çökmüş, daha
doğrusu, onun yazıçı təfəkkürü
mənşəyini həmin
doğma, zəngin və sağlam mənəvi qaynaqdan almış, almaqda da davam edir və
yazıçının heç
zaman dayanmayan yaradıcılıq
təkamülünün, həyatiliyinin,
humanizminin, dil- üslubundakı tükənməz
təravətin sirrini
də, hər şeydən əvvəl,
burada axtarmaq lazım gəlir;
b) Elçin Azərbaycan folkloru ilə yanaşı, Azərbaycanın həm klassik, həm də müasir ədəbiyyatının,
ədəbi-ictimai, fəlsəfi
fikrinin indiyə qədərki ən görkəmli araşdırmaçılarından
(və bilicilərindən)
biridir - təşəkkül
tapdığı dövrlərdən
bəri elə bir milli ədəbi
hadisə təsəvvür
etmək çətindir
ki, Elçin onun haqqında mötəbər söz deməmiş, bir çoxunu isə ilk dəfə müasir elmi-metodoloji mövqedən geniş şərh edib Azərbaycan ədəbiyyatı
tarixinin ayrı-ayrı
mübahisəli ədəbi
hadisələrinə, mərhələlərinə,
dövrlərinə aydınlıq
gətirməmiş, bütövlükdə
isə özünün
analitik (və aydın) məntiqi ilə ümumən ədəbiyyatın tarixi
inkişaf magistralına
gur işıq salmamış olsun - odur ki, Elçinin
bədii təfəkkürünü
müxtəlif yaradıcılıq
dönəmlərində get-gedə daha da mükəmməlləşdirən ikinci amil mənsub olduğu xalqın böyük ədəbiyyat
yaradıcılığının təcrübəsini özünəməxsus
istedadla, intellektlə,
yaradıcı ürəkgenişliyilə
mənimsəmişdir ki,
bunun da nəticəsində Elçin
Azərbaycan xalqının
əbədiyyətə bəxş
etdiyi ən qüdrətli yazıçılar
sırasına yüksəlmişdir;
c) nəhayət,
Elçinin bədii təfəkkürünün genotipində
dayanan aparıcı amil- əlamətlərdən
biri də dünya ədəbi- estetik təfəkküründən
gələn
ümumbəşəri dəyərlərdir - bu dəyərləri
lazımi
dərinliyi (və
genişliyi) ilə özününkü edib,
yaradıcı axtarışlarının
əsas prinsiplərindən
birinə çevirməsəydi,
Elçin yetmişinci
illərdən başlayaraq
əldə etdiyi uğurlara bu səviyyədə nail ola bilməzdi...
Bütün bunlar, heç şübhəsiz,
yazıçının yaradıcılıq
fenomeninin görünən,
təhlilə gələn
və ya elmi
dəlillərlə izah
olunan tərəfləridir, ancaq
bu fenomenin istər Elçinin, istərsə də dünyanın digər görkəmli bədii təfəkkür sahiblərinin
timsalında, əgər
belə demək mümkünsə, izaha gəlməyən (və apriori olaraq qəbul edilən) universal
(və fundamental!) bir tərəfi (əslində,
mahiyyəti!) də var ki, o da istedaddır!..
Və yazıçı
istedadının ümumi
(universal!) formulunu müəyyənləşdirmək
cəhdləri həmişə
olmuşdur, lakin bu hələ ki,
yalnız cəhd
olaraq qalmış, heç bir ədəbiyyat nəzəriyyəçisi
digərləri tərəfindən
az- çox mübahisəsiz qəbul edilən bir sxem-model təklif edə bilməmişdir.
Elçinin nəzərdən
keçirdiyimiz - həm
mövzularına, həm
ideya-məzmununa, həm
də poetexnologiyalarına
bu və ya digər dərəcədə
bələd
olduğumuz hekayə,
povest, roman və dramlarındakı istedad ünsürləri
kimi qəbul edə biləcəyimiz ümumtipoloji xüsusiyyətlər
nədən ibarətdir
sualına cavab axtara-axtara gəlib çıxdığımız nəticələr aşağıdakılardan
ibarət oldu:
1) Ardıcıl və ya davamlı
emosional- analitik müşahidələrdə insanın
(və həyatın!)
daxili aləminə, ruhi-mənəvi mövcudluğun
dərinliklərinə səmimi
bir maraq (və ehtiras) ilə enmək qabiliyyəti;
2) sosial-psixoloji müşahidə (və təhlil) təcrübələrinin
kənar ideoloji təzyiq modellərinin təsirinə məruz qalmadan ümumiləşdirilməsi
yekunu olaraq insan və həyat
mənzərələrinin ən müxtəlif təzahür formalarının
kəşf edilməsi;
3) Azərbaycan, eləcə də dünya ədəbiyyatına
(ümumən ədəbiyyata!)
dərindən bələdliyin
nəticəsi olaraq insanın sosial-mənəvi
varlığına artıq
kəşf edilmiş
yollarla deyil, çətin, mürəkkəb,
özünəməxsus istiqamət
və üsullarla nüfuz olunması təcrübəsinə yiyələnilməsi;
4) kəşf
etdiyi sosial-mənəvi
hadisələrin ən
müxtəlif funksional
tərəflərinin (məkandan
və zamandan; obyektiv qanunauyğunluqlardan
və subyektiv maraqlardan; zərurətdən
və təsadüfdən
asılı olaraq) sonsuz maraqla öyrənilməsi, heç
bir halda mövcud trafaretlərlə
kifayətlənilməməsi;
5) insanı
(və həyatı) hər kəsdən daha dərindən dərk etdiyinə, dərk olunması mümkün olmayanı da dərk edəcəyinə
möhkəm daxili inamdan irəli gələn (və yaradıcılıq
təcrübəsində özünü
heç də az təsdiq etməmiş) intellektual enerji potensialına əsaslanılması;
6) son dərəcə güclü
(intəhasız!) səmimiyyətə,
təvazökarlığa və
humanizmə, lakin eyni dərəcədə
qüdrətli iradəyə,
dözümə və
qürura malik yazıçı şəxsiyyətinin
(qələm əlində
olanın!) öz ədəbi kəşflərində də
bu "ikiliy"i gözləməsi - İnsanı
(və Həyatı) heç zaman "dost"a, "düşmən"ə ayrımayıb
bunu həmin İnsan (və Həyat) təzahürlərinin
"vicdan"ına buraxılması;
7) əlinə qələm aldığı
ilk günlərdən yazdığı
dilin "anatomiya"sını
o qədər dərindən
mənimsəməsi ki,
ana dilini (Azərbaycan dilini) öz ədəbi- intellektual (və humanist!) istedadının
gücü ilə əsərlərinin hər
hansı başqa bir dilə tərcüməsini
"çətinləşdirən" bir səviyyəyə yüksəltməsi;
Elçin bir yazıçı kimi özünü altmışlardan
yetmişlərə gedərək
təsdiq etdi, səksənlərdən doxsanlara
doğru Azərbaycan ədəbi-ictimai fikrinin klassiki olaraq böyük şöhrət
qazandı... Keçən əsrin sonu, yeni əsrin əvvəllərindən
isə onun yaradıcılıq
fenomenologiyasını müəyyən edəcək ən uyğun ifadə budur: klassikin müasirliyi!..
Nizami Cəfərov
Ədəbiyyat
qəzeti.- 2017.-23 sentyabr.- S.15.