Kolumbiyalı
yazıçı ilə görüş
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa ilə görüş keçirilib.
Tədbiri
giriş
sözü
ilə
AMEA-nın vitse-prezidenti,
akademik
İsa Həbibbəyli açaraq Azərbaycanın müstəqillik qazandıqdan sonra digər ölkələrlə elmi əlaqələrinin gücləndiyini və
inkişaf etdiyini söyləyib.
Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
beynəlxalq əlaqələrinin
sürətlə inkişaf
etdiyini bildirən akademik İsa Həbibbəyli kolumbiyalı
yazıçı ilə
görüşün bu
elmi müəssisənin
xarici əməkdaşlığının
genişləndirilməsi baxımından
əhəmiyyətini qeyd
edib.
İ.Həbibbəyli bu gün qurulan əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini
bildirərək diqqətə
çatdırıb ki,
məşhur kolumbiyalı
yazıçı, Nobel mükafatı
laureatı Qabriel Qarsia Markesin əsərlərinin böyük
qismi Azərbaycan dilinə tərcümə
olunub və oxucularımız tərəfindən
həvəslə mütaliə
edilir. "Ölkəmizdə
az adam
tapılar ki, Qabriel Qarsia Markesin əsərlərini,
xüsusilə onun
"Yüz ilin tənhalığı" romanını
oxumasın. Hesab edirəm ki, Kolumbiyada da Azərbaycan ədəbiyyatının
tanıdılmasına ehtiyac
var" - deyə vurğulayan akademik İsa Həbibbəyli Markesin əsasını qoyduğu "magik realizm" cərəyanına
Azərbaycan ədəbiyyatında
Y.V.Çəmənzəminli, Yusif Səmədoğlu, Mövlud Süleymanlı kimi yazıçıların
əsərlərində rast
gəlindiyini və bu oxşarlığın
iki ölkə ədəbiyyatını müqayisə
etməyə imkan verdiyini, Kolumbiya oxucusu tərəfindən
"Əli və
Nino" romanının tanındığını
söyləyib, Azərbaycan
ədəbiyyatının incilərinin
tərcümə olunaraq
bu ölkədə yayılmasına ehtiyac olduğunu diqqətə çatdırıb.
Tədbirdə kolumbiyalı yazıçı, professor Konrado Zuluaqa çıxış edərək gələcəkdə hər iki ölkə arasında elmi əlaqələrin güclənməsində Markes yaradıcılığının qırılmaz körpü olacağını bildirib. Alim Markeslə şəxsi tanışlığının tarixçəsindən, onunla keçirdiyi yaradıcılıq görüşlərindən danışıb.
Daha sonra çıxış edən Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili xanım Marta Qalindo Pena çıxış edərək tədbirin təşkilinə görə təşəkkürünü bildirib və gələcəkdə elmi əlaqələrin davam edəcəyinə inandığını ifadə edib.
Sonra institutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədova "Qabriel Qarsia Markesin əsərlərinin Azərbaycanda tərcüməsi və tədqiqi" mövzusunda məruzə ilə çıxış edib.
Sonda qonağa Ədəbiyyat İnstitutunun
nəşrləri və xatirə hədiyyələri təqdim
olunub.
X.Məcidova
Ədəbiyyat
qəzeti.- 2017.-30 sentyabr.- S.15.