Qərib ayaq izləri
Yolların göz yaşıdır
Qərib ayaq izləri.
Bu yolun harasında -
Durub sayaq izləri?!
Ah, bu mizrab-sim belə,
Görməyib tilsim belə.
Bu yollara kim
belə -
Vurub dayaq, izləri?
Şam tutub dərd-sərimdən,
Ruhum çıxır
tərindən.
Bu yumruq əllərimdən
-
Getməz bayraq izləri.
Səni sevib bağışladım
Ruhumla qol-boyun olub,
Bu can bu bədənə
görə.
Mənə hamı qərib
deyir
Bölünmüş Vətənə görə.
Ümidlərdir qol-qanadım,
Dillərdə dolaşır adım.
Səni
sevib bağışladım
Saçımdakı dənə görə.
Götürməz ki, bu ahı eşq,
Sevənlərin günahı eşq.
Dünyada hər ilahi eşq -
Ayrılıqdır mənə görə.
Dar ağacı pöhrəsiyəm
Tanıyınca bu elçini
Zirvələr çəkdi içini.
Yubatmazlar
əkinçini
Tarlada xış
olan yerdə.
Yaxasını açıb dağlar
Gülümsəyir quzeydə qar.
Bir ayrılıq heykəli var
Yerimiz boş olan yerdə.
Bir qılıncdım, yoxdu tiyəm,
Atıb getdi məni yiyəm.
Dar ağacı pöhrəsiyəm
Bədənsiz baş olan yerdə.
Büdrəyəndə dağlar belə
Məni
də çək işığına,
Qoy gəlim
tək, işığına.
Düşüb şimşək işığına,
-
Gözüm yağışa yıxılır.
Bir az nəfəs
al dərindən,
Görək nə xəbər pərindən?
O divanə yurd yerindən
Qırılıb Şuşa yıxılır.
Kim kimə bel bağlar
belə,
Ayrılanda ağlar belə?
Büdrəyəndə dağlar belə -
Üzü yoxuşa yıxılır.
Gözəl yeri
(Təcnis)
Zirvələri duman basıb,
Sanki dağlar yarıdandı.
O gur çeşmə baxışların -
Yarı zülmət, yarı dandı.
Hər çiçək bir tər sinədir,
Üstündə şeh tərsinədir.
Demə eşqin tərsi nədir?! -
Desən, deyər yarı dandı.
Qız,
eləmə göz, əl, yeri,
Yeridinsə, gözəl yeri.
Dünyanın ən gözəl
yeri -
Bizi eşqdən
yarıdandı.
Əllərimin üstə gəldim
Çağır məni hüzuruna,
Durum xəstə-xəstə gəlim.
Ürəyimdə ayrı nəğmə,
-
Dilimdə bir bəstə, gəlim.
Verib ömrü-günü yelə,
Çəkdirərik şəkil selə.
Düşürsə o mizrab telə, -
Oxu bir
"şikəstə", gəlim.
Eşq bağında tər çiçəksən,
Öz şehindən
içəcəksən.
Ayağımdan dara çək
sən,
Əllərimin üstə gəlim...
Uşaqlıq etmişik
Adımıza bir gül əkib, -
Bağçalıq, bağlıq etmişik.
Şam tutub quzey qarını,
Əcəb qonaqlıq etmişik.
Eşq-lalə bağrında ləkə,
Kim könül verər
bu təkə?
Sinəmə dağ çəkə-çəkə
Hər yanı
dağlıq etmişik.
Ətirləndi o çiçək də,
Şehində şəklimi çək də.
Biz belə tez böyüməkdə -
Yaman uşaqlıq etmişik.
Əlirza
HƏSRƏT
Ədəbiyyat qəzeti.- 2018.- 7
aprel.- S.13.