Haqqı haqq görürəm yuxularımda

 

Baxma çən-dumandı, mən bu həyatı

Çilçıraq görürəm yuxularımda.

Sığallı, tumarlı şəhərdə yatıb,

Dərə, dağ görürəm yuxularımda.

 

Həmindi aşikar, sirr də o həmin,

Həmindi o ocaq, pir o həmin.

O əski dam-daşdı, bir o həmin,

Bağça-bağGörürəm yuxularımda.

 

Özgə nəyim qalıb belə salamat,

Keçirəm onu da ələ salamat.

Atamı, anamı hələ salamat,

Hələ sağ görürəm yuxularımda.

 

Nəyi sayırmışam heçə, olurmuş,

Nəyi almırammış vecə, olurmuş.

Həyat necə olur? Necə olurmuş

YaşamaqGörürəm yuxularımda.

 

Karıma gələcək bir gün, karıma,

Bir gün son verəcəm həyat-darıma.

Köçüb gedəcəyəm yuxularıma,

Haqqı haqq görürəm yuxularımda.

 

Mənsizliyin şeiri

 

Götür, kitablarımı

Ələ götür, vərəqlə.

Bir az özünə, bir az

Mənə xətir vərəqlə.

 

Dönsün fələyin üzü,

darıx, üzül.

Bir gözəl günümüzü

Yada gətir, vərəqlə.

 

Çox qaytartdım gerimi,

Tap ağlayan yerimi;

İslanma, bir şeirimi

Eylə çətir, vərəqlə.

 

torpaqda, daşdayam,

Söz-söz, qoşma-qoşmayam.

Ya sonda, ya başdayam,

Sətir-sətir vərəqlə...

 

Söylə, külək gətirsin

 

Qəribsə məndən yana,

Göynə, külək gətirsin.

Bax, necəsən bu saat

Öylə külək gətirsin.

 

Güvənilən yer külək,

Söylə, şaxlar sirr külək.

Dilimi bilir külək,

Söylə külək gətirsin.

 

Dərdini yüklə göndər,

Bürmələ, bük göndər.

Bir öpücük göndər,

Göylə külək gətirsin.

 

Yetər zəhri Məcnuna,

Qəmi, qəhri Məcnuna.

Nolar, səhra Məcnuna

Leyla külək gətirsin...

 

Sən mənə tutduğun toyda

 

Bilirsənmi nələr oldu

Gülüm, unutduğun toyda?

Mənim son kəs uduzduğum,

Səninsə udduğun toyda...

 

Topladım baxışlarımı,

Görəydin alqışlarımı...

Dindirib göz yaşlarımı,

Elə qurutduğun toyda...

 

Yeriydi, süzməyin yeri,

Yol da qalmamışdı geri.

Bir az da qol-qanad verib

Dərdi qudurtduğun toyda...

 

İlk kəs o gecə oynadım,

Almadım vecə, oynadım.

Biləydin necə oynadım

Sən mənə tutduğun toyda...

 

Allah bilir

 

Öz nurundan yaradıb,

Üzünü Allah bilir.

Necə cızıb qaşını,

Gözünü Allah bilir.

 

Gülmüsən, çiçəkmisən,

Kimə, nəyə çəkmisən?

Hurimi, mələkmisən,

Düzünü Allah bilir.

 

Əsdir, üstündə əsdir,

Sal da dalınca gəzdir.

Çəkilməsə verməzdi,

Nazını Allah bilir.

 

Dürr işi, ləl işisən,

Gör gözəl işisən.

Allahın əl işisən,

Yazını Allah bilir.

 

Bilsən , bilməsən ;

Belə sevilməz bəndə.

Necə gizlədir səndə

Özünü Allah bilir...

 

Yerimiz olmayan yerdə

 

Yaşamadıq heç dərdimiz,

Sərimiz olmayan yerdə.

Olmadıq birimiz barı

Birimiz olmayan yerdə.

 

Qutluydu, il ildən qutlu,

Sən umudlu, mən umudlu.

Olurmu ölümüz  mutlu

Dirimiz olmayan yerdə?..

 

Doğmayıqmı, yadıqmı de,

Ya quruca adıqmı, de?

Aşikar olmadıqmı de

Sirrimiz olmayan yerdə?

 

Bu da ki yer, göy işimiz,

Yerlə, göylə döyüşümüz.

Çıxaq gedək, işimiz

Yerimiz olmayan yerdə?..

 

Salam, sağ ol

 

Bu irəli, bu geri,

Bu sağ, bu sol, əzizim.

Bax bu da yolçuluqdu,

Bu da ki yol, əzizim.

 

Ha istə, əl , olmur,

Dərd olur, əlac olmur.

Böyüyüb ağac olmur,

Kol elə kol, əzizim.

 

Huri, mələk donunda,

Birin buldum sonunda;

Neyləyim ki, onun da

Əzabı bol, əzizim.

 

Yerdə-quruda ölüm,

Dəryada-suda ölüm.

Bu həyat, bu da ölüm;

"Salam-sağ ol" əzizim...

 

Adam azalmaz

 

Eşq ilə doludu içim, dopdolu,

Tanrıdan verilib butam, azalmaz.

Qərib yolçusuyam bir bitməz yolun,

Elə, hey gedərəm, atam, azalmaz...

 

Kimim-kimsənəm yox haqdan xətirli,

Cənnət müjdəlidi, behişt ətirli.

Ağzımda ləzzəti, tamı da sirli,

Bu ləzzət azalmaz, bu tam azalmaz.

 

Canı can bilirəm, gödən bilmirəm,

Çəkən ruhmu, ya bədən, bilmirəm.

Hələ nədən belə, nədən, bilmirəm,

Günahım tükənməz, xətam azalmaz?..

 

Çoxalıb görünməz, artıb görünməz,

ki özünü dartıb görünməz.

Boy atar, ucalar, artıq görünməz,

Enər, adam qalar, adam azalmaz...

 

uzaq imiş...

 

Daldalar yaxınmış,

Önlər uzaq imiş...

Qeybdən gələn səslər,

Ünlər uzaq imiş...

 

Bir yol tapıb girsələr,

İman nədi bilsələr...

Bu görünən kilsələr,

Dinlər uzaq imiş...

 

Tanrım, nədi bu səflər;

Bu "qaydalar", "tələblər"?

Sən olduğun tərəflər,

Yönlər uzaq imiş...

 

Zirvəsi çən istəyən,

Sərçəsi dən istəyən.

Mən uman, mən istəyən

Günlər uzaq imiş...

 

Başımın söykənən yeri

 

Özüməm elə bərkimin,

Boşumun söykənən yeri.

Açıq alnımdı gözümün,

Qaşımın söykənən yeri.

 

Gümanmış, xoş gümanmış,

Qoş ardınca, qoş, gümanmış.

Boş ümidmiş, boş gümanmış

Yaşımın söykənən yeri.

 

Düzə meydan dardı hələ,

Düzə qəlblər kardı hələ.

Naşı adamlardı hələ

Naşımın söykənən yeri.

 

Sonumdu, neynim, sonumda,

Açılmır eynim sonumda.

Çiynimdi, çiynim sonunda

Başımın söykənən yeri...

 

Əllərin qoynunda qalar

 

Ha boş ver, alma eyninə,

Bu dünya eynində qalar.

Boyuna biçilər dərdi,

Geyərsən, əynində qalar.

 

Yoldan daşın ayazımaz,

Gözdən yaşın ayazımaz.

Bir gün başın ayazımaz,

Fələyin oynunda qalar.

 

Nədən dinməz ağrın, sızın,

Düşünərsən uzun-uzun.

Sevib almadığın qızın

Günahı boynunda qalar.

 

Qanunu var yazılmayan,

Ölümü var qaçılmayan.

Allahına açılmayan

Əllərin qoynunda qalar...

 

Bu günün əlindən düşüb qalırsan

 

Bu gün beləcə çıxır əlindən,

Dalınca ha boylan, ha bax, xatirə...

Elə bugünkünün eynidi, eyni

Elə bugünkündən qabaq xatirə...

 

Bir quru cəsədsən ürəyi bitmiş,

Arzusu tükənmiş, diləyi bitmiş

Elə bil içində çörəyi bitmiş

Təknə xatirəsən, tabaq xatirə...

 

Ha qollarını hər təzə günə,

Xeyir təzə günə, şər təzə günə.

Gözün görə-görə tər-təzə günə

Yamanır gör neçə yamaq xatirə...

 

Özündən qisası alıb vaxtdı

Qalib qalib olub, qalib, vaxtdı?

İt ilə dostluqdan qalıb vaxtdı

Əldən qoyulmayan çomaq xatirə...

 

Dərd üstdə dərd gəlir, canda tutar yox,

Bundan o yana yox, bundan betər yox.

Adəmdən, Həvvadan xəbər-ətər yox,

Adəmdən, Həvvadan günah xatirə...

 

Dinirsən, dilindən düşüb qalırsan,

Enirsən, zilindən düşüb qalırsan.

Bu günün əlindən düşüb qalırsan,

Sabah xatirəsən, sabah xatirə...

 

Kəmaləddin Qədim

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.24.