Dünya ədəbiyyatına ən

çox təsir edən üç şeir

 

2008-ci ildə Fransuaz Saqanın "Salam qüssə" romanını alıb oxumuşdum (H.Qocanın tərcüməsində). Romana yazılan ön sözdə Saqanın müxtəlif vaxtlarda verdiyi müsahibələrdən seçmə suallar da verilmişdi. Suallardan biri şeir haqda idi. Müsahibi Saqandan soruşurdu: "Siz bu romanı yazmamışdan qabaq şeir yazırdınız, sonralar da şeir yazdınız?" Saqanın cavabı maraqlıdır: "Çox yazmışam. Amma mənim şeirlərim yaxşı deyildi, yaxşı olmayan şeirlərsə, fikrimcə çap olunmamalıdır..." O gündən bu yana şeir yazmaqla poeziya yaratmaq arasındakı fərqi fikirləşirəm. Şeir yazmaq elə çətin şey deyil, "qızdan, Aydan, ulduzdan" (Yesenin), cinaslardan, həmqafiyə sözlərdən, hisslərdən, duyğulardan, gördüklərimizdən xeyli şeir quraşdırmaq olar. Xüsusən, günümüzdə bu, adi işə çevrilib. Amma poeziya yaratmaq... Poeziya hisslər ağılla birləşəndə yaranır, "poeziya romantika olmayan yerlərdə yaranır" (Mayakovski). Adi şairlər şeir yazır, dahilər isə poeziya yaradır. "Seçilmişlərin sayı çox deyil. Hər böyük şairin yan-yörəsində minlərlə civildəşən balaca şair var..." (Kutzee) Çox az dahi şair olub. istisnasız, hamısı yol salıb, növbətilərə istiqamət verib. Beləliklə, dünya ədəbiyyatına, dünya şeirinə ən çox təsir edən üç şeiri öz tərcüməmdə təqdim edirəm.

 

Tomas Sternz Eliot

 

1948-ci ilin nobelçisi Eliot amerikan-ingilis şairi, dramaturqu, ədəbiyyatşünasıdır. Modernizmin görkəmli nümayəndəsidir. 1917-ci ildə çap olunan "C.Alfred Prufrokun məhəbbət nəğməsi" adlı birinci kitabındakı eyniadlı şeiri modernist şeirin manifesti hesab olunur. Prufrok - Eliotun birinci lirik qəhrəmanıdır. Çox güman, müəllif şeirdə qəhrəmanın intihardan qabaqkı vəziyyətini təsvir edir. Epiqraf, Hamletə Lazara işarələr buna sübutdur. Bir çoxlarının fikrincə, "Bir qadının portreti" şeiri bu şeirin davamıdır ("Bir qadının portreti"ni dilimizə Qismət çevirib).

 

Həmid Piriyev

 

Ədəbiyyat qəzeti.- 2018.- 7 aprel.- S.8.