Quşlar saatla yox,
işıqla başlayır
oxumağa…
1985-in yayı. Tayqa meşəsi.
Gecə.
Meşənin bütün quşları
qəfil və bir ağızdan ötməyə başlayır.
Bu polifonik quş xorunun, əslində, işıqla, günəşlə
ilgili olduğunu bir neçə dəqiqədən sonra əsgərlik dostum, rəssam Ucal Haqverdiyevlə söhbətim
zamanı xatırlayacam...
Ucal öz məxməri səsiylə "Qalx, Fransua, quşlar arıtıq çoxdan Allahı salamlayıb"
- deyə Fransua Millenin anasının hər səhər oğlunu yuxudan oyadarkən söylədiyi
sözləri yada salacaq. Ucalın bu xatırlatması bir yandan da
yaddaşımda Vaqif Səmədoğlunun misralarını
oyandıracaq: "Quşlar
saatla yox, işıqla başlayır
oxumağa..."
***
Jak Prevertin "Bir quşun rəsmini çəkmək üçün"
şeirinin Rusiyada da, Türkiyədə də orta məktəblərin
5-ci sinfində öyrənilməsi
tövsiyə edilir...
Uşaq xəyalının
sənət üfüqlərinə
pərvazlanması, estetik
dünyagörüşünün formalaşdırılması baxımından
şeirin doğurduğu
intibalar çoxdur...
***
"Bir quşun
rəsmini çəkmək
üçün" "aralarında
məntiqi əlaqə
olmayan iki gerçəyin yaxınlaşması"ndan,
Bretonun və Reverdinin ortaq təbirincə, iki işığın toqquşmasından
yaranıb. Şeirin rus interpretasiyasına
görə, həyat gözəldir, amma rəssam onu daha da gözəlləşdirə
bilər.
Prever şüurardından,
fəhmdən, röyadan,
instinktiv, sövq-təbii
düşüncədən yola çıxaraq, "sənət əsərinin
yaradılışında əqlin
və məntiqin nəzarətini" rədd
edib. Məntiq "məhbəslərin ən iyrəncidir" (A.
Breton). Ona görə
də sürrealist Prevert bu şeirdə
ənənəvi məntiqin
sədlərini dağıdır.
Bəlkə də real məntiqdən imtina edərək, sürreal məntiqsizlikdən metafizik
məntiq törədir.
Həm bu, həm də
bunun əksi. Yəni bu şeir bir
fransız şairinin irfanıdır. Türk interpretasiyasına
görə, "tablo
dünyadır, quş
fiquru insanın özüdür. İnsan bir
kənara çəkilib
özünün gəlməsini
gözləyir." Bəlkə də Nazim Hikmətin
dediyi kimi:
ben beni bir daha ele
geçirsem,
-ab-ı
hayat içersem demiyorum-
kapılar bir daha açılsa
ben bu haneye bir daha
girsem
yaşardım yine böyle kan revan içinde
yine böyle aşk ile sersem,
ben, beni bir daha ele
geçirsem...
Prevert quşu
azadlıqdan qəfəsə
salır və qəfəsin içində
estetik iqlim qurşağı yaradır.
Görəcəksiniz, bu şeirdə hüzurun melodiyası misradan misraya necə uçur, sözdən sözə necə qonur...
***
Yuxarıda qeyd etdiyim kimi,
"Bir quşun rəsmini çəkmək
üçün" şeirinin
Rusiyanın da, Türkiyənin də orta məktəblərinin
5-ci sinfində öyrənilməsi
tövsiyə edilir...
Uşaq xəyalının
sənət üfüqlərinə
pərvazlanması, estetik
dünyagörüşünün formalaşdırılması baxımından
şeirin doğurduğu
intibalar çoxdur... Görünür, sabahlı ədəbiyyat
yaratmağın yolu zövqü, təfəkkürü
uşaq yaşlarından
etibarən bu kimi ciddi estetik
dalğaya kökləməkdən
keçir.
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.-
7 aprel.- S.10.