Kütləvi ədəbiyyat, yoxsa
çağın bəlası?
Çağdaş Azərbaycan ədəbiyyatında
postmodernizm və kütləvi ədəbiyyat problemi
Yəqin
ki, "Qonşu-qonşuya baxdı-özünü oda
yaxdı " cümləsini eşitmisiniz... Son zamanlar
yazıçılarımızın sosial media hesablarına
baxanda ürəyim ağrıyır, əllərim əsir.
Hey dadi-bidad deyirəm içimdən. "Ay yazıq ədəbiyyatım"
deyib bir dəli hönkürmək
keçir könlümdən...
Biz demədik
yenilik etməyin, edin yeniliyinizi, postmodernizm belə dediniz dinmədik...
Ancaq son
vaxtlar bir parazit ədasıyla ədəbi mühitimizə
soxulmaq istəyən "populyar ədəbiyyat", ya da
kütləvi ədəbiyyat, hər nə deyirsinizsə
deyin, qavramı məni lap laməkan edir. Yerimdən, yurdumdan
didərgin salır. Alıram əlimə bir fincan qəhvəni,
gözlərimi zilləyib görünməyən uzaqlara dərd çəkirəm.
Vallah-billah, dərd çəkirəm.
O gün
eşitdim Caner Yaman Azərbaycana gələcək.
Açıb oxudum adamın əsərlərini. Dedim
görüm bir dişə gələn şey varsa, gedim mən
də tanış olum bu Türkiyənin modern yazarı ilə...
Ətim nədi, vallah, ifrat romantizmdən lap sümüyüm
töküldü... Təqdimata da getdim, hətta kitabı da
aldım... Oxudum da...
İl
2018... Bir tərəfdə Qarabağ, digər tərəfdə
Hələb... Bizə lazımdır reallıqların təsviri...
Demirəm gedin tatixə mürciət edin, ya da romantikadan yazmayın... Amma
ifratın da bir sərhədi olar axı.
Nəysə,
bizə nə Caner Yamandan?! Qoy o, vərəqləri doldurub bir
çox kitabcıqlar yayınlasın...
Bizə
öz dərdimiz vacibdi. Son vaxtlar sosial mediada kitab yazmaq həvəskarları
çoxalıb. Hətta yazacaqları kitabdan nə qədər
gəlir gələcəyini oturub hesablamaqdan lap
saçları ağarır. Ortada kitabın üz
qabığı olsa da, kitab hələ dünyaya gəlməyib,
heç rüşeym belə deyil.
Belələri
dış gəbəlik misalı ədəbiyyat
orqanizması üçün təhlükəlidir. Sonu məhvə
aparır...
Bəziləri
isə janr dəyişikliyi edirlər... İki həftəyə
bir kitab oxuyun dedik, yazın yox...
Bəs nədir
mühitin bəlası bu kütləvi ədəbiyyat
qavramı?
Kütləvi
ədəbiyyata gəldikdə,
razılaşdırılmış bir tərif müəyyən
etmək çətin deyil. Asan-ədəbiyyat ya da ədəbi-olmayan-ədəbiyyat
mənasında istifadə edilən bu termin oxucuların
başını qatmaq üçün tez-bazar yazılan,
oxucunun oxu anlayışını və dünyaya
baxışını dəyişməyə
çalışmayan, yalnız əyləndirməyi
önünə məqsəd qoyan, çox vaxt müəyyən
növlərlə xatırlanan səthi romanları işarə
edir. Bu kitabları araşdırdığımızda, biz
bir-birinə forma və məzmunca böyük
ölçüdə bənzədiklərini
görürük. Yəni asan-aydın olan bir hekayə,
canlı və təsirli simvol və
hadisələr, sadə bir dil, izlənilən bir hadisə
hörgüsü və təngnəfəs çevrilən səhifələr
...
Roman
satışlarına bütün zamanlar içində
baxdığımızda Aqata Kristi, Harold Robins, Stiven Kinq və
Barbara Kartland kimi yazarların yüzlərlə milyona
satış rəqəmlərini idarə etdiyini söyləyə
bilərik. Detektiv, macəra, qorxu, gərginlik və eşq
romanları olaraq da təsnif olunan bu kitabların yazıçıları
bənzər bir resepti hərfiyən tətbiq edirlər. Ancaq
bunları son vaxtlarda yaranan nümunələrlə müqayisə
etmək olmaz.
Son dövrlərdə yarananlar isə
tör-töküntülərdir...
Mən
şeirdən danışmaq belə istəmirəm...
Nümunələr də gətirməyəcəyəm. Buna
ürəyim tab gətirməz...
Romanın
doğuşundan bu yana oxuculara xoşca vaxt keçirdən
asan-ədəbiyyat həmişə ön plandaydı, hətta
son vaxtlar yayın sektoru ağırlıqlı olaraq bu
kitabların üzərində yüksəlməkdədir deyə
bilərik. İndiki vaxtda da tam mənasıyla bir sənayeyə
çevrilmiş olan nəşriyyat çox-satarlar (best
seller) olaraq da adlandırılan asan-ədəbiyyat məhsullarının
istehlakına kilidlənmiş vəziyyətdədir.
XIX əsrdə
isə realistlər populyar ədəbiyyatın mənasızlığını
dərk edib daha mənalı və məzmunlu əsərlər
yaratmağa cəhd etdilər. Daha sonra isə ədəbiyyatın
daha dərin olmalı olduğunu müdafiə edən
modernistlər gəldilər ədəbiyyatda hakimiyyətə.
Vircinia
Vulf və Ceyms Coys kimi yazıçılar oxucuların
işini asanlaşdırmırdılar, amma ədəbiyyatı həyatın
təcrübəsi olaraq cəmiyyətə təqdim edirdilər.
Yazı modernistlər üçün bir növ
icraçıdır. Dilin dünyanı quran ən vacib (və
bəzən yeganə) alət olduğu inancları onları
eksperimental tədqiqata yönəldirdi. Əslində, onlar
Servantes və Stern kimi babalarının izilə gedirdilər.
Tezliklə
müəyyən azlığa xitab edən bu ədəbiyyatı
züppəlikdə günahlandırdılar. Bir çox saxta
qavramlar yapışdırıldı ədəbiyyat yaratmaq
istəyənlərin üzərinə... Hmm, bizdə isə
bu kimi əsər yaradanlara açıq və hikkə ilə
qlamurlar da deyirlər...
Gedin
öz işinizlə məşğul olun...
Orijinal ədəbi
məsələlərlə məşğul olanlar nəyə
görə kütləvi ədəbiyyata görə
narahatlıq keçirirlər ki? - kimi suallarla bizi hədəfə
çevirə bilərsiniz.
Ən əhəmiyyətli
səbəb odur ki, əsl ədəbiyyatın populyar ədəbiyyatın
üstünlüyü altında ortadan qalxacağından
qorxuruq.
Naşirlərin
(hal-hazırda bu realdır) yalnız məşhur ədəbi
məhsulları dərc edəcəyindən və gerçək
ədəbiyyat müəlliflərinin də ədəbiyyata
baxışbucaqları dəyişəcək... bazar tələblərinin
istiqamətində gerçək yazarları populyar ədəbiyyat-yazıçılarına
çevirəcək ədəbi dəyərlər bazara
çıxacaq, beləliklə, ədəbiyyat bazarı
yaranacaqdır. Bu həqiqətən də yersiz qorxu deyil.
Bəs
bundan qaçmaq mümkündürmü? Bunun cavabı o qədər
də asan deyil. Nəşriyyat sektoru hər keçən
gün daha da genişlənir və populyar ədəbiyyat
nümunələrinə maddi dəstək verərək bu
bazarı alovlandırır.
G.Hüseynova
"Zatən boyun da küçükdü", Elmar
Şahbazov "Otaq yoldaşım Pinti, Ahmet Batman və s. kimi
kitablar... ( PS-məşhurlardan da belə yazanlar var, biz onlardan
ümidimizi kəsmədiyimiz üçün adların qeyd
etmirik) ...
Digər tərəfdən,
inkişaf etməkdə olan kommunikasiya texnologiyaları
müxtəlif imkanları olan yeni bir yazıçı
növü, xüsusilə də İnternet tərəfindən
təmin edilən sonsuz imkanlar açır. İndi oxumaq
üçün kifayət qədər passiv olmayan bu yeni
oxucu, öz bloqunda və ya sosial media mühitində
oxuduğu şeyi tənqid edir, başqalarına təklif edir
və güc qazanır.
Kitab oxu qrupları, müəlliflik seminarları və ədəbi tədbirlərlə hər zamankındən daha çox maraqlanırlar. Məşhur ədəbiyyatın çoxsaylı səthiyyətlərindən qaçan oxucular özləri üçün yeni bir yer yaradırlar və bu janrın ədəbi əsərlərini yaşamasına imkan verirlər. Yaxşı ki, belə düşünən insanlar, gerçək ədəbiyyatçılar var.
Belə-belə populyar işlər...
NARGİS
Ədəbiyyat qəzeti.- 2018.- 14
aprel.- S.15.