Polina Barskova

 

Şairə, yazıçı. 1976-cı ildə Sankt-Peterburqda doğulub. Sank-Peterburq Universitetinin filologiya fakültəsini bitirib. Şeirləri ona bir sıra ədəbi mükafatlar qazandırıb. İlk nəsr kitabı olan "Canlı səslər" 2015-ci   ildə Andrey Belıy mükafatına layiq görülüb. 1998-ci ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır, Berkli universitetində çalışır, həm də Amherstdəki Hemşpir-kollecdə rus ədəbiyyatını tədris edir...

 

***

 

İçinə atılmış daşın

üstünü örtən su kimi

Həyat qapayır ölümü.

mənasızcasına "yox" bağıran mən

yaxşılıqların ağuşuna huşsuzcasına yıxılaraq

"" deyə zarıyıram.

Açıq-saçıq uçub gedir

Pəncərəsi şehli təyyarəm.

Qonşuluğumdakı qadın

Mənə lazım olan sərbəstliyi bəxş eləyib

Tərpənmədən yatır.

Gərəksiz üzlərə mənzərəyə baxırmış kimi

Baxıram:

Kandara çıxan əlil olsa

Ordan uzaq çimərliyə baxır

ilan kimi qıvrılan bədənləri görür,

Parıldayır, sürüşür,

qadınlar uçuşur arılar kimi,

daşlar xışıldayır.

qibtə hissim var, nə də qəzəbim,

başqa bir küfr fikrim var.

Bir dəfə

səni ölüm gətirmişdi mənə -

qucağında küçük gətirən qız kimi...

İndisə alıb gedir

Başqalarının yanında öyünsün deyə...

Qara, qızılı, çılpaq,

dəhşət saçan şikəstləri

sənə heyran etməkdən bezib o artıq.

O sənin yazılarınla

Dostlarını əyləndirmək istəyir.

Amma mənim

Çaşıb qaldığım bir məsələ var:

Yoxluqlar aləmi

Sənə ehtiyac duyur, deməli, həm mənə.

Cənubdakı həmin ev kimi o çox gözəldi.

O evin kandarından bir şikəst

Süzür gözəl çimərliyi

o dişsiz adam

Ev sahibəsini kandara çıxmağa çağırır...

 

Tərcümə edən: Zahid Sarıtorpaq

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.9.