Mənim bahalı ayağım

 

Hekayə

 

Axır ki, mənə mərhəmət göstərdilər. Ünvanıma üzərində Büroya dəvət olunduğumu əks etdirən bir açıqca gəldi mən getdim. Büroda hər kəs mənimlə xoş rəftar edirdi. Sənədlərimi kartotekadan ayırıb götürən məmur "Hmm", - dedi. Mən "Hmm", - deyib, cavab verdim.

- Hansı ayaqdır? - məmur xəbər aldı.

- Sağ.

- Bütöv?

- Bütöv.

- Hmm, - bir təkrar edib, qarşısındakı müxtəlif kağızlara baxdı. Mənə oturmağa icazə verdi.

Nəhayət, məmur nəzərlərini ona lazım olan sənəd üzərində saxladı.

- Məncə, - o dedi, - bu elə əsl sizə lazım olandır. Çox münasibdir. Oturaq işdir. Respublika meydanındakı ictimai ayaqyolunda çəkmə təmizləyən. , deyirsiz?

- Mən çəkmə təmizləyə bilmirəm; yaxşı çəkmə təmizləyə bilmədiyim üçün həmişə xoşagəlməz hallar yaşamışam.

- Öyrənərsiz, - məmur dedi. - Hər şeyi öyrənmək olar. Alman hər şey bacarar. Ürəyiniz istəsə, pulsuz kursa da yazıla bilərsiz.

- Hmm, - mızıldandım.

- , deyirsiz, yarayır?

- Yox, - cavab verdim. - Yaramır. İstəmirəm. Bu cür qazanc məni qane eləmir.

- Ağlınız çaşıb, - səmimiyyətlə yumşaq tərzdə söylədi.

- Ağlım çaşmayıb bu dünyada heç kəs mənim kəsilmiş ayağımı geri qaytara bilməz. Hətta siqaret satmağıma belə icazə vermirlər, elə indidən yoluma kəsək atırlar.

Məmur kürəyini stulun arxasına söykəyib, ciyər dolusu nəfəs aldı.

- Əziz dost, - sözə başladı, - sizin ayağınız çox qiymətli bir şeydir. Sizin, kağızda göstərildiyi kimi iyirmi doqquz yaşınız var. Ürəyiniz sağlamdır ümumiyyətlə, kəl kimisiz. Təbii ki, amputasiya olunmuş ayağınızı hesaba almasaq. Bu sağlam bədənlə yetmiş il rahat yaşaya bilərsiz. Zəhmət olmasa, bir hesablayın görək bu qədər eləyir: hər ay yetmiş marka olmaqla ildə on iki dəfə bütün bunları vuraq qırx birə. Bütün bunları hesablayın üstünə faizləri gəlin, sonra özünüz diqqət yetirin, nəzərə alın ki, ayağınız bu dünyada tək deyil. Elə siz özünüz çox ehtimal ki, uzun ömür sürəcəksiz. Bu halda sizə hansı əsasla yaxşı gəlirli təklif etmək olar! Məni bağışlayın, amma sizin ağlınız çaşıb.

- Cənab, - mən eynən onun kimi kürəyimi stulun arxasına dirəyib ciyər dolusu nəfəs aldım. - Görünür, ayağımı layiq olduğu qədər dəyərləndirə bilmirsiz. Onun dəyəri sizin dediyinizdən dəfələrlə artıqdır. Məsələ ondadır ki, təkcə ürəyim sağlam deyil, elə başım da salamatdır. Diqqətlə qulaq asın.

- Mənim vaxtım azdır.

- Qulaq asın! - Səsimi azacıq qaldırdım. -  Məsələ ondadır ki, mənim ayağım hal-hazırda layiq olmadığı təqaüdü alan neçə-neçə adamı xilas edib. Hadisə belə olub: mən tək-tənha küçük kimi ön qanadda uzanıb düşməni izləyirdim ki, bizimkilər imkan düşən kimi aradan çıxa bilsinlər. Arxa tərəfdəki ştabda olanlar tez-tələsik aradan çıxmaq istəmirdilər, yəni çox tez, gec, bir sözlə, məqamında. Əvvəlcə iki nəfər idik, amma o ikincini çox tez öldürdülər. Odur ki, rahat ola bilərsiz, o sizi narahat etməyəcək. Düzdür, adam ailəli idi, amma arvadı sağlamdır işləyib özünü dolandıra bilər. Yəni ona görə qətiyyən narahat olmayın. O xəzinəyə çox ucuz başa gəlib. Cəmi bircə ay xidmət edib bütün xərci poçt markasına, azacıq əsgər suxarısına sərf olunub. Deməyim odur ki, özünü öldürtməkdə ağıllı görüb. Sözün qısası, tək qaldım, canımı qorxu aldı, sümüklərimə qədər dondum, ağlımdan yüz fikir keçdi. Başa düşürsüz , elə təzəcə hərəkətə

- Vaxtım çox azdır, - deyib, bir daha təkrar edən məmur karandaş axtarmağa başladı.    

- Yox, siz qulaq asın, - dedim. - Ən maraqlı yeri elə bundan sonra başlayır. isə. Elə təzəcə hərəkətə keçmək istəyirdim ki, qəfildən ayağımla bağlı hadisə baş verdi. Beləliklə, ayağa dura bilmədim, ürəyimdə fikirləşdim ki, indi siqnal verərəm. Siqnal verdim, bizimkilərin hamısı növbə ilə aradan çıxdılar. Çox səliqə ilə. Əvvəlcə diviziya, sonra alay, sonra bölük sair ilaxır. Növbə ilə necə lazımdırsa. Məni isə - maraqlı budur ey, - məni unutdular. Çünki çox tələsirdilər. Başa düşürsüz ? Sözün həqiqi mənasında axmaq bir vəziyyət yarandı. Əgər mən ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər; generalı da, polkovniki , mayoru da, yəni başa düşürsüz , növbə ilə, bir-bir hamısını elədə onlara təqaüd vermək məcburiyyətində qalmazdız. İndi özünüz hesablayın, görün mənim ayağımın qiyməti qədər eləyir. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısı da bir nəfər kimi, sapsağlamdır. Ürək , baş da öz qaydasında. Əsgər həyat tərzi ilə Ginderburq kimi azından səksən il yaşayacaqlar. Hesablayın xahiş edirəm, yüz altmışı vuraq on ikiyə, sonra da otuza. Yəni orta hesabla otuz il arxayın götürmək olar da, düz demirəm? Mənim ayağım - çox bahalıdır, yer üzündəki ən bahalı ayaqlardan biridir, düz demirəm?

- Hər halda sizin ağlınız çaşıb, - məmur dedi.  

- Yox, - cavab verdim, - ağlım çaşmayıb. Xoşbəxtlikdən başım da ürəyim kimi sap-sağlamdır. Bircə ayağımın başına gələn hadisədən əvvəl məni öldürmədiklərini düşünüb təəssüflənirəm. Yoxsa filan qədər pula qənaət edə bilərdiz.

- Yaxşı, deyirsiz, bu işi qəbul edirsiz, ya yox? - məmur maraqla soruşdu.

- Yox, - deyib, ayağa qalxdım tələsmədən oranı tərk etdim. 

 

Henrix BÖLL

 

Tərcümə etdi: Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.32.