ƏDƏBİYYAT ÜZRƏ 1972-Cİ İLİN

NOBEL MÜKAFATÇISI: Henrix BÖLL

 

Almaniya

 

21 dekabr 1917-ci ildə Kölndə anadan olub. 1924-1928-ci illərdə katolik məktəbində təhsil alıb, sonra Kölndəki kayzer Vilhelm gimnaziyasında təhsilini davam etdirib. Dülgər işləyib, kitab mağazasında satıcılıq edib.

1939-cu ilin yayında Köln Universitetinə daxil olub. 1939-1945-ci illərdə, İkinci Dünya müharibəsində piyada qoşunların nəzdində Fransada xidmət edib, Ukrayna Krımda döyüşlərdə olub. 1942-ci ildə Anna Mari Çexlə evlənib bu evlilikdən iki oğlu dünyaya gəlib. 1945-ci ildə Böll amerikalılara əsir düşüb. Əsirlikdən sonra yenə dülgər işləyib, daha sonra Köln Universitetində yarımçıq qalmış təhsilini davam edərək, filoloq ixtisasına yiyələnib.

1947-ci ildən etibarən çap olunmağa başlayıb. İlk povesti - "Qatar vaxtında gələcək" (1947), "Yolçu, Spaya gələndə…" (1949) hekayələr toplusu, "Sən hardaydın, Adam?" (1951) romanı  s. əsərləri ona böyük şöhrət gətirib.

Tezliklə müxtəlif dillərə çap olunan müəllif dünya oxucusunun diqqətini çəkib. 1972-ci ildə Herman Hesse, Nelli Zaksdan sonra ədəbiyyat üzrə Nobel mükafatı alan üçüncü yazıçı kimi tarixə düşüb. Mükafat dünya şöhrətli yazıçıya "gerçəkliyi yüksək peşəkarlıqla təsvir edə bildiyinə yaradıcılığı ilə alman ədəbiyyatını zənginləşdirdiyinə görə" verilib.

Böyük yazıçı 1985-ci ildə Almaniyada vəfat edib.

 

Ədəbiyyat qəzeti.- 2018.- 14 aprel.- S.32.