Şarl Bodler

 

Leş

 

Canım, yadındadırmı, gözəl yay səhərində,

Gördüyümüz şey indi:

Cığırın döngəcində, çınqılın üzərində,

Müdhiş leş sərilibdir.

 

Sürüşkən qadın kimi göydədir ayaqları,

Öd damır hər  yerindən,

Nə abrı, nə hayası, qarnı da açıq qalıb,

Qoxu baş hərləndirir.

 

Od saçır çürüntüyə günəş, yəqin istəyir elə

Dağılanacan bişə,

Təbiətə qaytara yüz qat artığı ilə,

Vəhdətdə yaranmışı.

 

Səma bu gözəl leşin tamaşasına durub,

Sanki  gül çiçəkləyir.

Qoxu ağır, qorxdunuz itər birdən huşunuz,

Otun üstdəcə elə.

 

Çürük qarnı bürüyüb milçəklər vızıldaşır,

Qalxır qara taqımlar.

Qanlı tikə-parçaya ordu tək qurd daraşıb,

Cəmdəyi yağmalayır.

 

Bütün bunlar ucalır, enirdi bir dalğa tək,

Parlayıb axırdı ya.

Naməlum bir nəfəsdən sanki şişirdi cəmdək,

Yaşayırdı artaraq.

 

Qəribə musiqi də dinir burda elə bil,

Su axır, əsir külək,

Dənsovuran ritmlə dəni ya da tərpədir,

Qabı silkələyərək.

 

Forma pozulub gedir, qalan indi xülyadır,

Cizgilər yavaş düşür,

Unudulmuş kətana, yadda saxladığıyla,

Bitər rəssamın işi.

 

Narahat bir it durub baxır bizə acıqlı,

Daşların arxasından.

Skeletin üstündə tikəni qoyub qaçıb,

Aparmağa güdür an.

 

siz dönərsiniz belə bir çürüntüyə,

Azar mənbəyinə həm.

Gözlərimin işığı, könül günəşim, göyüm,

Ehtirasım, mələyim!

 

Bəli, belə olacaq, gözəllik Məleykəsi,

Son ayinlər keçəndə,

Otun, çiçəyin altda sizi basacaq kif,

Sümüklərin içində.

 

Onda, mənim gözəlim, sizi öpüşləriylə

Yeyən qurdlara deyin,

Saxlamışam ilahi ruhunu həmişəlik,

Mənim fəna eşqimin.

 

De profundis clamavati*

 

Sevirəm tək səni, səndən mərhəmət dilərəm,

Qəlbimin düşdüyü bu qorxulu dibsizlikdən.

Hər tərəf yaslı, üfüqlərsə qurğuşun rəngdə,

Burda daim havaya küfr dəhşət ələnər.

 

Yanır səmada günəş istisiz ilin yarısı,

Altı aysa gecədir, aləmi zülmət örtər.

Bəlkə qütbün özü çılpaq deyil bu ölkə qədər,

bir heyvan dəyir gözə, ağac var su.

 

Daha zalım, daha qəddar  bu kainatda hanı,

Bir günəşdən ki, nuru dondurur damarda qanı.

Qoca Xaos da seçilməz bu tükənməz gecədən.

 

Vəhşi heyvan kimi dünyaya gələydim kaş mən

Uzanaydım günün altında qayğısız, yarıcan,

Bir yumaqtək açılaydı, axıb gedəydi zaman.

 

 *Qeyd: İlk dəfə 9 aprel 1851-ci ildə çap olunub. Şeirin adı katolik rəhmət duasının ilk sözlərindən götürülüb.

 

 Kasıbların ölümü

 

(La mort des Pauvres)

 

Təsəlli, əfsus, ölümdür! ölümdür yaşadan;

Yeganə məqsəd həyatda, ümid bircə ona.

O, eliksir, coşar ondan məst olar insan,

Ürək verən odur ki, çıxaq ömrün sonuna.

 

Qırovla örtülər aləm, qasırğalar gurlar -

Qara üfüqdə tək odur parıldayan, ağaran.

O bir qonaq evi ki, alnımızda ünvanı var,

Yedirərlər gələni, orda salarlar yatağa.

 

O, mələkdir, hamı ovsunlu əllərindən alar,

Ən əziz töhfə - yuxu, dadlı, şirin röyalar.

son yataqda bu əllər çəkər lütün nazını.

 

 

Sirli saxlancdır, onda Tanrının cəlalı da var,

Kasıbın muzdudur o, həm ona doğma diyar,

O, tanınmaz səmalara açılan darvazadır.

 

1852

 

 Söhbət  

                     

Vous etes un beau ciel d'automne,

                                   clair et rose!

Mais la tristesse en moi monte

                                   comme la mer,

 

Zərif qızartısıniz    payız səmasında

Coşur mənimsə içimdə kədər dənizlərtək.

Qalansa xatirədir dalğalar gedən anda,

Soyuq dodaqlarımı turş lumutək iynələrək.

 

- Əbəs sığallayır əlin, sinəmdə od sönmüş,

Əlin gəzən yer, əziz dost, bil ki, yağmalanıb.

Ora dişiylə, dırnağıyla bir qadın qonmuş,

Yox ürək , ürəyim döndü vəhşinin yalına.

Talançı həmləsi görmüş elə bil qəlb sarayım,

 

Kütlə sərxoş, tökülür qan, dağıntıdır görünən.

- ətirdir bu füsunkar sinənizdən yayılan!

 

Ey Gözəllik! Könüllərin bəlasısan, fəlakətisən,

Bayram atəşləridir sanki gözlərində yanan,

Yax oda cındırı ki, vəhşini gizlər gözdən.

 

Gözəlliyə himn                            

 

Viens-tu du ciel profond

ou sors-tu de l'abime,

 

Uca göydənmi gəlirsən, ya qara girdabdan?

Ah Gözəllik! Sən həm günahsan,

                        həm müqəddəslik.

Sən cinayət törədənsən sən xeyir yaradan,

Sənin şəraba bənzədilməyin əbəs ki deyil.

 

Yayırsan aləmə tufanlı bir axşam tək ətir,

Sənin baxışlarında həm qürub yanar, həm dan,

Dodaqlarındakı cövhərdən igid içsə əgər,

İtər cəsarəti, oğlansa qəhrəmana dönər.

 

Uçurumlarmı yaratmış  səni, ulduzlar ya,

Tale əfsunlanıb, ittək sürünür ardınca.

Gah fəlakət törədirsən, sevinc gah yayaraq.

Hər şey əmrindədir, hər şeydən azadsan ancaq.

 

Keçib meyitlərin üstüylə gedirsən gülərək,

Uyuşur daş-qaşında cazibə bu Dəhşətlə.

Bərq vuran bər-bəzək içində sevgidən məsttək,

Göbəyin üstdə  Ölüm rəqs eləyir şiddətlə.

 

Düşərək sehrinə dövrəndə uçur Pərvanə,

Alışıb yansa da o, atəşini alqışlar.

Beləcə aşiq üzülcək sığınır sevdiyinə,

Çəkir  öz qəbrinə o sanki can üstündə sığal.

 

Səni göylər ya cəhənnəm yaradıb - yox fərqi,

Ah, Gözəllik! Həm əcayibsən,

                        həm məsumsan.

Gülüşlərində,

            gözlərində yazılmış qərqim,

Sirli sonsuzluğa ki, görməz onu bir insan.

 

Tanrı, İblismi yaratmış? Mələksən, İfritə ya?

fərqi var, yeganə, hakimim,

                                   Məleykəm, əgər

Sənin ətrin musiqinlə bizim dünyanın

Azalır dəhşəti, yüngülləşir zaman yükü ?

 

Sevgililərin şərabı

 

Aujourd'hui l'espace est splendide!

 

Ah, xoşdur bu gün aləm, qəşəng,

qılınc oynayar, at kişnər.

Şərabla atlanaraq qalxıb uçaq,

Tanrı sirriylə dolu göylərəcən.

 

Qara qızdırmadan yanan, üzülən,

İki mələk necə divanə gəzər,

Səhərin mavi büllurundan aşaq,

Uzaq ilğım dalınca biz dolaşaq.

 

Ağılla gurlayıb gələn axının,

Astaca söykənək qanadlarına,

Halımız məstliyə bu anda yaxın.

 

Baş vuraq, ah, bacım, bu dalğalara,

Bir behişt var, xəyalımdan yaranan,

Ora gedək, dincələk, dayanaq.

 

 Pişiklər

 

Les amoureux fervents

et les savants austeres

 

Həyatının payız çağı yetcək,

Çılğın aşiq ciddi alimlər,

Mehir salar pişiklərə - evə fəxr,

Oturaq, istisevər  onlar tək.

 

Təklik həm xoşdur, həm toranlar da,

Həm elmə, həm kefə meyllidilər.

Onları sındıra bilsəydi əgər,

Ərəb yəhərləyər, cilovlardı.

 

Yatıb xumarlananda baxsan əgər,

Bir sfinksə qürurda bənzərlər.

bitməz heç zaman yuxu elə bil.

 

Qıvrılan belləri işvəylə yanar

Hansı əldənsə qızıl qum səpilib.

Ağıllı gözləri daim qaynar.

          

Düşmən                     

 

Ma jeunesse ne fut qu'un tenebreux orage,

Traverse çe et le par de brillants soleils;

Le tonnerre et la pluie ont fait un tel ravage,

Qu'il reste en mon jardin bien

            peu de fruits vermeils.

 

Gəncliyim keçdi qaranlıq dolu tufan sayağı,

Parlayardı günəşin şölələri hərdənbir.

İldırımlar yağışlar elə sarsıtdı bağı,

Onun al meyvələrindən qalan beş-on dənədir.

 

Yetişdi indi payız fəsli ağlımın, zəkamın,

Gəlib zaman çalışam indi bellə, dırmıqla.

Elə dəlib su ki, hər yerdə dəliklər yaranıb,

Qəbrə bənzərli; torpaq işlənib gərək yığıla.

 

O çiçəklər ki, vaxtdan mən həsrətindəyim,

Taparmı, bilmirəm, selin-suyun yuyub-yediyi,

Yerdə möcüz qida ki, canda o, qüdrət yaradar.

 

Aman! Əfsus! Yeyər Zaman bizim həyatı hər an,

Qarı Düşmən sinəmiz üstdə - parçalar, dağıdar,

Güc alar, canlanar, artar o, içdiyi qandan.

 

Fransız dilindən tərcümə edən:

Xeyrulla Xəyal

 

Ədəbiyyat qəzeti.- 2018.- 21 aprel.- S.28.