TOSKANA
Günortadan sonra keçdim
günəşin tarlalarından
Seyr etdim yer şumlayan
rəbab buynuzlu öküzləri
Şərab üzümləriylə yüklü
qısa asmalar arasından.
Dünyadan ağır qüruru
vardı hamilə qadınların,
Munis təpələr
oxşanmaq istəyən
çiyinlərdi.
Ölümmü, eşqmi nəydi
o susuzluq, o gözləyiş
Üfüqdəki dalğın maviliyin
solmuş gül qoxusu
Daş sükutu
boşuna cırmaqlayan
yaz böcəkləri.
İsinən sarı sümüklərimlə,
çarpan nar ürəyimlə mən
Ahu gözlü, yavaş nəbzli Toskana vadisində
şüurunu yaxmağa
gələn bir fitil həyatdan ibarət mən
durdum sehrlənmiş kimi…
İyirmi birinci
əsr deyildi bu.
Dəli
çağların adsız,
dilsiz bir sənətkarı
bu səhnəni bütün yonub yazın mərmərindən
bədənimin.
Torpağın, günəşin içində
həbs edib zamanı
yeni başdan yaratmış, aşiq Tanrılara çevirmişdi
qara üzümləri
çeynəyən rəbab
buynuzlu öküzləri,
Məndən hamilə qalmış ahu gözlü dünyamı, məni.
ÇAKIRIN ŞÜŞƏ
DİVARI
Çakır kafesi üçün
tək bir divar tikdi
Başdan-başa şüşə bir divar.
Üstündə yan-yana sürüşkən
şüşələr,
bir evin örtükləri boşalmış
ta
pəncərələri qovuşmuş
kimi.
Çakırla zarafatlaşarlar
bir pəncərə
açsa asqırırmı
deyə.
Haqq üçün, kölgə
etməz bu divar
Şalaşı küləkdən qorumaz
içəridən ayıra
bilməz dışarısını.
Çakır yapışdırar pəncərə şüşələrini,
qışın buzunu, yazın tozunu silər,
ırıqlara yamaq vurar
baxar dəmir çubuqlar paslanmışmı
Çərçivələri qurd basmışmı.
Müştərilər darışmadan
açıq yaşıl
kreslosunda Çakır
sərxoşdu, şüşələrin
dərəbəyi,
divara baxar, boş könlünə baxar,
sayar günləri, pəncərələri…
Axşam
olar, buludlar yanar,
yaxar Çakırın
şüşələrini,
əyri şüşələr
yelkənləri bürüşdürür,
sevər, şeir
oxuyar Mərmərə
dənizinə tərəf
Çakırın dəli divarları.
Sultan Catto
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.9.