Türkiyədə Anarın yeni
kitabı nəşr olunmuşdur
Ankaranın "Bengü" nəşriyyatı
Xalq yazıçısı
Anarın 80 illiyi münasibətilə "Anar:
Türkiyə - ikinci vətənimdir" adlı
kitabını buraxıb.
Bu il Anarın
yubileyi ərəfəsində
"Türk ədəbiyyatı
vəqfi" "Yaxşı
padşahın nağılı"
(Azərbaycan, türk,
özbək, qazax, qırğız, türkmən,
tatar, başqırd, qaqauz, rus və
fars dillərində),
TÜRKSOY "Çağdaşlarım"
kitabını, İLESAM "Uzağı yaxın qılan yazar Anar" adlı, yazıçı haqqında
Türkiyə mətbuatında
çıxmış məqalə
və resenziyalardan ibarət kitabı nəşr edib.
"Anar: Türkiyə
- ikinci vətənimdir"
kitabında isə yazıçının Türkiyə
mətbuatında dərc
olunmuş müsahibələri
toplanıb. Türk mətbuatında ilk dəfə 1975-ci ildə
"Cümhuriyyət" qəzetində
çap olunmuş müsahibəsindən başlayaraq,
bizim günlərə
qədər qardaş
ölkənin müxtəlif
qəzet və jurnallarında yazıçıyla
onlarla söhbətlər
dərc edilib. 1993-cü ildə Anar İstanbulun Memar Sinan Universitesində
yeddi ay müddətində
dərs dediyi zaman verdiyi müsahibələr
kitabda önəmli yer tutur. Söhbətlərin başlıqlarından
onların məzmunu aydın olur: "Ermənilərə qarşı
silahlanmaqda gec qaldıq", "Ocaq (yanvar) müsibəti"
"Sorumlular hesab verməli", "İstanbul
türkcəsi bütün
türk dünyasının
ortak iletişim (rabitə, ünsiyyət) dili olmalıdır",
"Qarabağ bizimdir,
kimsə alamaz",
"Yazar çağının
vicdanı olmalı",
"Aydınlarınız ədəbiyyatımızı
tanımıyor", "Kimsə
Türkiyəyə göz
tikməsin", "Qarabağ
türk torpağıdır",
"Türk Cümhuriyyətlərinə
Azərbaycan körpüsü",
"Nazımı həsrətimizi
giderdiyi (ovutduğu) üçün sevdik"
və s.
Anarla müsahibə
aparanlar sırasında
Türkiyənin bir sıra tanınmış
şair və yazıçıları, alimləri,
qəzetçiləri vardır. Ədəbiyyatşünas
və jurnalist Lütfü Şahsüvaroğlu
kitaba yazdığı
Ön sözdə deyir: "Anar, Çingiz Aytmatov, Muxtar Auezov, Çingiz Dağçı,
Oljas Süleymenov kimi dünya türklüyünün çağdaş
qələmlərini nə
qədər tanırsaq,
Əbdürrəhman Karakoç,
Sezai Karakoç, Bahəddin Karakoç və bu kimi
çağdaş qələmlərimizi
də onlar o qədər tanıyacaqlar".
Akademik Nizami Cəfərovun vaxtilə türk mətbuatında çap olunmuş "Klassiklərdən çağdaşlara
- Anar" yazısı
isə kitaba Son söz kimi verilib. Kitabın
tərtibçisi Pərvindir.
Nəşrin təqdimat mərasimi aprelin 20-də Ankaranıın
Qazi Universitetində keçirilib. Həmin tədbirdə "Türk
Ocaqları"nın rəhbəri
professor Cəzmi Bayram
Anara "Nihal Atsız adına
Türk dünyasına
xidmət" mükafatını
təqdim edib.
Aprelin 18-də Kastamonuda
TÜRKSOY-un Baş katibi
Düsen Kaseinov Anarı bu təşkilatın
ən yüksək Şərəf nişanıyla
təltif edib. Mart ayında
"Türk ədəbiyyatı
vəqfi"nin yeni təsis etdiyi "Yaşayan Dədə Qorqud" ödülünə də
ilk olaraq Anar layiq görülüb.
Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.13.