Uzun gün bitkisiyəm
Uzun gün bitkisiyəm,
Ulu günəşin
həsrətini çəkirəm.
Üstündən qarlı qış
keçən
Bir az arpa,
bir az da buğda kimiyəm.
Payız,
qasım ayında
Dən kimi səpilmişəm
Candərdi çevirilmiş
Dəmyə torpaqlarına.
Gün çıxandan çıxana
Torpağım ya qızınıb,
Çox
uzun çəkib ya da
Uğur qazanmağım da.
Sarı
saçaq sümbülüm
Qalıb
solana kimi
Zəmimə dolu düşüb
Dənə dolana kimi.
Uzun gün bitkisiyəm
Hər gün ulu günəşin
həsrətini çəkən
arpa, yulaf
bir az da buğda kimiyəm...
İlbizlər darışıb zeytun
bağına
...səhərlər nəmliyin
kefin çıxarıb,
gəlirin çıxarıb
nəfin çıxarıb,
adamlar gəlmədən
dəfin çıxarıb-
ilbizlər darışıb
zeytun bağına.
Başının üstündən buludlar
keçib,
kölgələr sürüşüb
- saatlar keçib,
yollardan ağappaq zolaqlar keçib
ilbizlər darışıb
zeytun bağına.
Darışıb canına qanına
kimi,
Ağacın yamyaşıl zoğuna kimi,
ən zərif şah budağına kmi
ilbizlər darışıb
zeytun bağına.
(Saralan, savılan meyvəsi quru,
Durursa ayaqda gücnən
durur.
Sümüksüz çanaqsız biznən
vurulub)
ilbizlər darışıb
zeytun bağına.
Dadanıb torpağın nəm
mühitinə,
Bələddi ağacın
təti-mətinə.
Meyvəsinə, qaxacına, lətinə
-
ilbizlər darışıb
zeytun bağına.
Damağından çıxıb, dadından
çıxıb,
Torpağın bir ögey badından çıxıb,
Haçandı Allahın yadından
çıxıb
ilbizlər darışıb
zeytun bağına.
***
Dörd
il yaşadığım
xidməti mənzil
həyətindəki nar,
suvaqsız divar,
divardakı şəkil
şəkildəki tumarlı
atlar...
və at şəklinə
uzun-uzadı baxan
suvağı tökülmüş
divar üçün,
nar üçün darıxan
Mən,
Babakərimin nəvələri -
fidan,
rəhim və rizvan...
***
Bir qaynaqçımız öldü,
Bir sürücümüz.
Hərə öz xərçəngiynən
öldü bu ara.
Nə yaxşı borcum yoxdu
bu ölən adamlara.
Borclu olduqlarım, uzun yaşayın,
Bir az fürsət
verin para qazanım.
Sizlərə, banklara və sələmçilərə…
Bir əppək
borcum var, dilənçilərə.
Bir damla yağışa, bir az günəşə,
bir yarpaq ağaca, qələm kağıza,
bir barmaq çinara, bir od ocağa
bir can da sənə borcluyam, Allahım.
Macal ver, macal ver
yaşayım bir az…
***
Mənim
yazdıqlarım işğalda
qalıb -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim
şeirlərim didərgin
düşüb,
Mənim misralarım əsirlikdədi.
Onda ki, çiçəklər,
güllər ölürdü,
O gün ki, yamaclar
güllələnirdi...
Arılar
ölürdü, quşlar
ölürdü,
Yamyaşıl ağaclar güllələnirdi.
Ölən küçələrin, ölən səkinin
Üstündə ləpirlər güllələnirdi
Şəhid məzarlığı dağıdılırdı
Abidə
qəbirlər güllələnirdi
Girəvə düşmüşdü düşmən əlinə
Min cürə hiyləsi,
min cürə fəndi.
Eyvana düşürdü topun
mərmisi,
Çöldə dağılırdı küləfirəngi.
Onda ki, adamlar, onda
ki, hərə
Torpaq itirməyin
vayında idi.
Sağ qalmaq birinci yerdə dururdu,
Adamlar başının
hayında idi.
Qəbir
qazmağa da vaxt tapılmırdı,
Həyətlər, bağçalar məzarlaşırdı.
Çoxdan unutmuşdu adamlar
şeri,
Güllü qafiyələr ağılaşırdı.
Şeir
misra-misra dəfn olunurdu,
Şeir qan qusurdu, qan
qoxuyurdu.
Yasin oxuyurdu hər gün adamlar
Əruz şikəstiydi, heca koruydu.
Adam utanırdı şeir yazmağa,
Hər gün yas yeriydi, hər
yer izdiham.
Qanla yazılırdı şerin
tarixi,
Qanı bahasına gəlirdi ilham.
Ağlımda yaşayan fikir,
düşüncə
Hər şəhid
yanında basdırılırdı.
Hələ unutmamış itkilərimi
Bir misram təzədən yandırılırdı.
Hələ qızdırmırdı günün istisi,
Hər axşam
işıqlar söndürülürdü.
Hər gün sətirlərim girov düşürdü,
Hər gün şeirlərim öldürülürdü.
Mənim
yazdıqlarım işğalda
qaldı -
Mənim yazdıqlarım demə ki, nədi.
Mənim
şeirlərim didərgin
düşüb,
Mənim misralarım əsirlikdədi.
Kümçü qadınlar
Ay kümçü qadınlar,
küyçü qadınlar
ay Xansənəm,
ay Zəhra,
Ay mələk qadınlar, göysu qadınlar,
ay şəkil qadınlar, zirək qadınlar...
Çimir eləməmiş, kiprik
çalmamış
gözünün acısını
almamış səhər,
ağarar-ağarmaz hələ
dan yeri
təndiri ağaran
yaşlı qadınlar
çörəkçi qadınlar,
kəndçi qadınlar.
Ulduzdan utanan, Aydan utanan,
günəşdən yaşmanan,
addan utanan,
Qohumdan,
qardaşdan, yaddan utanan
örpəkli qadınlar,
şallı qadınlar
ay şirin qadınlar, leyli qadınlar...
Yarpaq
sivirənlər, tut əvdirənlər,
Dəhrənin ağzına verib
budağı
Çəkil ağacını döyəşdiyənlər
-
Dərdinə qəminə ləçər
qadınlar
Ay nigar qadınlar, Həcər qadınlar...
Dilində laylası şirin
danışan,
Oğluna,
qızına nağıl
danışan,
Şəkərdən şirnidən noğul danışan
Ay fatma qadınlar, nabat qadınlar,
Hər zaman əhvalı babat qadınlar.
Uzun məhluqənin künal iyindən,
Bəstəboy xanımın gül
biləyindən
Sallanıb yeriyən ipəkqurdunun
Dəmbə gözlərindən, yekə
başınnan.
Məni
qorxutdunuz , ay qız qadınlar,
Bənövşə qadınlar, nərgiz qadınlar...
Biriniz atama-anama görə,
Biriniz nənəmə, babama görə,
Bağımızın tut yarpağına görə
Məni
oxşadınız, layla
qadınlar,
Yasəmən qadınlar, lalə qadınlar.
Bu kənddə hərəsi
bir igidiydi,
bir şəhid Mələyin künədibiydi,
bir şəhid Fatmanın ən kiçiyiydi.
göz yaşı ovcunda saçaq qadınlar,
ay ipək qadınlar, ay pak qadınlar.
İndi
o torpaqdan, indi o bağdan
O xirik qurdlardan, torlu sarığdan,
Tutdan, baramadan, ipək yaylıqdan
Atadan, anadan oğul uşaqdan
Xəbərsiz olmusuz, köçgün
qadınlar,
Ay qaçaq qadınlar, qoçaq qadınlar,
Ay kümçü qadınlar,
kümçü qadınlar...
Xosrov Natil
Ədəbiyyat qəzeti.- 2018.- 28
aprel.- S.31.