Böyük publisistdən nadir inci

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının  125 illiyinin keçirilməsi ilə bağlı  sərəncamı həm  bu böyük tarixi şəxsiyyətin irsinin, yaradıcılığının araşdırılmasında, həm  bütövlükdə mühacirət irsinin tədqiqində, həm tariximizin obyektiv, yaxud subyektiv amillərə görə  araşdırılmamış, qaranlıq səhifələrinin işıqlandırılmasında    mühüm əhəmiyyət kəsb edir. Həmin dövrdən keçən müddət ərzində bu problemlərlə bağlı KİV- çox sayda elmi, elmi-publisistik materiallar dərc olunmuş, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən  Ceyhun Hacıbəylinin "Seçilmiş əsərləri", "Bir il xəyallarda bütöv bir ömür" memuarı  çap olunmuşdur. Bütün bunlar xalqımızın ədəbi-mədəni, ictimai-siyasi həyatında silinməz iz buraxmış C.Hacıbəylinin həyat yaradıclılığının tam, dərindən hərtərıfli öyrənildiyini söyləməyə əsas vermir. XX əsrin ilk 20 ilində buraxılan mətbu orqanlarda, Fransa  Almaniya nəşrlərində Ceyhun bəyin  hələ araşdırılmamış çox sayda yaradıcılıq nümunələrinin  olduğu şübhəsizdir onlar bu gün öz tədqiqatçılarının yolunu gözləyir.  Publisistin  vaxtı ilə "Azərbaycan" qəzetində dərc etdirdiyi dəyərli oxucularımızın diqqətinə təqdim edəcəyimiz "Yol təəssüratım. Tiflis" adlı xatirə yazısı da bu qəbildəndir. 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyət hökumətinin Versal (Paris) Sülh Konfransında iştirak etmək üçün Fransaya göndərdiyi nümayəndə heyəti tərkibində yola düşən  C.Hacıbəyli digər silahdaşları kimi səfər boyu gənc Cümhuriyyətin tanıdılması təbliği üçün  fədakar, faydalı fəaliyyət göstərir, qələmi yerə qoymur.  Bu xatirədən məlum olur ki, Tiflisdən sonra nümayəndə heyətinin üzvləri, o cümlədən C.Hacıbəyli Batuma keçir. Məsələ burasındadır ki, C. Hacıbəyli burada da Batum təəssüratını qələmə alır.  Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivində ərəb əlfbasında əlyzması saxlanılan həmin xatirənin (fond 649,siyahı 1,iş 65, 9 vərəq) hansısa  mətbu orqanda çap olunduğunu güman etmirik. Yaxın vaxtlarda həmin xatirənin elmi ictimaiyyətə oxuculara təqdim etmək niyyətindəyik.

Peşəkarlıqla qələmə alınmış "Yol təəssüratım. Tiflis"  adlı oçerk bir çox cəhətdən diqqəti çəkir, əhəmiyyətlidir. Bu əsər

- səfərin bütün çətinliklərinə, sıxıntılarına baxmayaraq, C.Hacıbəylinin Cümhuriyyətə sonsuz məhəbbətinə sədaqətinə, daşıdığı məsul tarixi  missiyaya bütün gücü ilə xidmət etdiyinə,  peşəsinə vurğunluğuna, fədakarlığına dəlalət edir;

- Tiflis mühitinin,  dövrün mürəkkəb ictimai-siyasi proseslərinin, şəhərdə cərəyan edən hadisələrin, insanların əhval-ruhiyyəsinin öyrənilməsi baxımından maraqlı mənbədir;

- erməni xisləti xəyanətkarlığını ifşa edən daha bir bədii-sənədli nümunədir

- qərbin ikibaşlı  Qafqaz   siyasətinin   əsl   mahiyyətini, eybəcərliklərini göstərən məxəzdir;

- adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirmiş görkəmli ədib, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Mesxeti türklərinin böyük oğlu Ömər Faiq Nemanzadənin həyatının daha dəqiq dərindən araşdırılmasına yardım edən sənəddir;

- Cümhuriyyət dövrü mətbuatının, xüsusi ilə "Azərbaycan" qəzetinin mövzu, dil, üslub, sənətkarlıq məsələlərinin araşdırılmasında dəyərli, diqqətçəkən  materialdır;

- C.Hacıbəylinin imzaları ilə bağlı elmi dövriyyədə olan müxtəlif mülahizələrə aydınlıq gətirilməsi baxımından faydalıdır.

- M.F.Axunzadə, Həsən bəy Zərdabi, İsmayıl bəy Qutqaşınlı ilə əsası qoyulan, N.Vəzirov, Əsgərağa Gorani, E.Sultanov, M.Sidqi, F.Köçərli, T.Bayraməlibəyov, S.M.Qənizadə ilə inkişaf etdirilən, N.Nərimanov, Ə.Haqverdiyev, M.Şahtaxtlı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Haşım bəy Vəzirov ilə yeni mərhələyə çatdırılan, məzmun ideya baxımından daha da zənginləşdirilən publisistika xəzinəmizə layiqli töhfədir.

Bu oçerki təqdim etməzdən öncə vurğulamağa ehtiyac duyuruq ki, C. Hacıbəylinin yaradıcılığı, o cümlədən publisistikası haqqında daha kamil elmi-nəzəri qənaətlər əldə etmək üçün onun irsinin üç mərhələdə araşdırılması məqsədəuyğundur:

-mühacirətdən əvvəlki dövr;

-Azərbaycan Xalq Cümhuriyyəti dövrü;

-mühacirət dövrü.

Bu dövrlərdə qələmə alınan publisistik nümunələrin qəhrəmanları müxtəlif vaxtlarda  yaşasalar da, müxtəlif millətləri fərqli sosial təbəqələri təmsil etsələr , mövzular,  toxunulan problemlər  fərqli olsalar da, onları birləşdirən ortaq ümumi cəhətlər çoxdur: milli mənafeyə, xalqın azadlığına, hərtərəfli tərəqqisinə xidmət, adət-ənənələrə,  mənəvi dəyərlərə hörmət.

Ceyhun Hacıbəylinin mühacirətəqədərki  publisistikasının məğzini, mahiyyətini, ideyasını, amalını bir sözlə ifadə etmək mümkündür: maarifçilik! Cümhuriyyət dövründə C.Hacıbəyli publisistikası milli dövlət quruculuğuna xidmət edir. Mühacirət dövründə C.Hacıbəyli yaradıcılığı, o cümlədən publisistikası yeni məzmun, mahiyyət, xarakter  kəsb edir: Azərbaycanın istiqlalı uğrunda ideoloji mücadilə!

Yaradıcılığının bütün mərhələlərində Ceyhun Hacıbəylinin publisistikası mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi ədəbi dəyəri baxımından aktuallığı əhəmiyyətilə diqqət mərkəzində olmuş onlar Azərbaycan bədii-sənədli irsinin, mühacirət ədəbiyyatının ən parlaq nadir nümunələri sırasındadır.

 

Mehdi Gəncəli

dos.dr. Mərmərə Universiteti Türkiyyat

Araşdırmaları İnstitutunun müdir müavini

Abid Tahirli

filologiya elmləri doktoru

 

Ədəbiyyat qəzeti.- 2018.- 28 aprel.- S.24.