Yuxu içində
Yuxu kimi gəlir ötüb keçənlər,
Nağıldan qopmuşdu o yaz görünür.
Oyaq qaldığımız uzun
gecələr
Ay Allah, necə də bəyaz görünür!
Nələrsə deyirdim düşüb
tilsimə,
Göylərin ulduzlu yaraşığından.
Sən də heyran-heyran baxıb üzümə,
Möcüzə umurdun ay işığından.
Görən o sözlərdən varmı yadında? -
Göydən gətirmişdim durna telində.
De, nələr deyirdim könlüm adından
Bənövşə dilində, nərgiz dilində?!
Biz iki bəxtəvər
duyurduq ancaq
Aylı gecədəki o həzin
dili.
Telindən savayı, əlimdən
özgə
Kim bilə bilərdi
de, bizim dili?!
İndi
yuxu kimi gəlir o gecə
Dalğalı axarı qəhətdi
şerin:
Uşaqlı bir qadın gülür gizlicə;
- Demərəm yerini süd kəlmələrin...
Bu gecə
Bizə də
yer varmış dünya üzündə,
Üz-üzə, göz-gözə gəldik
axır ki...
İnana
bilmirəm sənsən
önümdə,
İlahi
gözlərin elə
yaxın ki...
O uzaq illərdən
soraqmı gəlib? -
Tanrının nurudu bu sirli
gecə.
Yaşın on beşindən qonaqmı gəlib? -
Saçların qoxulu, ətirli gecə.
Könlümü
titrədən işıq əllərin
Baharı çağlayan bir quş olubdu.
Utancaq, həyalı, uşaq əllərin
Toxunub çiynimə
bihuş olubdu.
Dayanaq beləcə
könül-könülə,
Min illik yol qalsın gündüzə qədər.
Aya istəmirəm, ay yaxındadı,
Gəl gedək
ən uzaq ulduza qədər.
Uzansın bu gecə sonsuza qədər...
Gərək olmur
Boşla
getsin boş öyüdü,
Ürəksizdə ürək olmur.
Kim tanımır yaş söyüdü,
Əyiıləndi, dirək olmur.
Nə deyəsən,
bu mizana,
Yazını əyri yazana.
Milyon yığa, min qazana,
Çörəksizdə çörək olmur.
Dünyanın
oyunu çoxdu,
Yalanları yağlı oxdu,
Mərdin
sözü "hə"di,
"yox"du,
Onda "baxaq-görək"
olmur.
Orxan Paşa, öyrət bizə,
Doğruları söylət bizə.
Qeyrət
heç vaxt qeyrətsizə
Lazım gəlmir, gərək olmur.
Minarəli bir şəhər
Dəniz
qırağında
minarəli
bir şəhər,
Dalğalanır xəyalımda
axşam-səhər...
Sevimliydi
o şəhərin
tez-tez
yağmur tökən
buludlu göyləri,
quzeyinə
bir az mamır çökən
qızıl kərpicli
evləri,
qırmızı kirəmidli
damları,
havasına, suyuna
oxşar
adamları.
...Sehirli minarəsi
bir ayrıydı ancaq,
bir ayrıydı
minarənin
yanında
qalmaq;
bir ayrıydı
ondan umud almaq,
işıq almaq.
İllərdi...
illlərdən
bəridi
getmir gözlərimin
önündən
kərpicli-kirəmidli
o yağmur şəhəri,
getmir
sehrli minarəçiylə
başlanan axşamı,
açılan səhəri...
Ürəyindən öpdüyüm
Bilsən,
necə ürəyimə düşübsən,
Darıxanda biləyindən öpdüyüm.
Dalğalanıb yaxınımdan keçəydin,
Havasından, küləyindən öpdüyüm.
Harda
qaldı öz-özünə küsməyin,
Qübarlanıb sərin-sərin əsməyin?!
Gözəliymiş hərdən asıb kəsməyin,
Tənbehindən, gileyindən öpdüyüm.
Necə çəkim bu verdiyin möhnəti?!
İndi
mənəm dərdlilərin
söhbəti...
Yarasına sığal çəkib
xəlvəti
Ağrısından, göynəyindən öpdüyüm.
Nisgilimi
gizlədirəm qələmdə,
Günahsızdı öldürən də, ölən də.
Tər geyinib, tər bəzənib gələndə
Baxışımnan kürəyindən öpdüyüm.
Orxan
Paşa, uçub körpüm-dirəyim,
Heç demirmi hanı könlü kövrəyim?!
Ürəyindən nigarandı ürəyim,
Ürəyinmə ürəyindən öpdüyüm...
Yuva kimi
Sağıma-soluma
keçib
bir bəhanəylə
əyilirsən çiynimə;
ilıq
öpücüklər
səpirsən boynuma -
ovsun
kimi,
dua
kimi.
Mən də içimə çəkib səsimi
uduram
doymadan
bənövşə
ətirli nəfəsini -
işıq
kimi,
hava kimi.
O ilıq öpücüklər
boyu
canıma-qanıma
yayılırsan
loğman
kimi,
dərman kimi,
dava kimi,
şəfa
kimi.
Beləcə hər gün
sığınıb
gizli göz yaşına,
dolanırsan
uçuna-uçuna
ürəyimin başına
-
qonub
isinmək istədiyin
yuva kimi...
Məhərrəm Qasımlı
Ədəbiyyat qəzeti.- 2018.-
4 avqust.- S.14-15.