Sahib ASLANZADƏ - 1957-ci ildə Şəmkir rayonunun Zəyəm-Cırdaxan
kəndində anadan olub. Uzun illərdir
ki, mətbuatda şeirləri ilə çıxış edir.
"Alnıma yazılan yazı" adlı şeirlər kitabı çap olunub. Hazırda Tümen vilayətində
yaşayır. Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür.
Əlində qalmışam
Əlində qalmışam bu
yerin, göyün,
Əlində qalmışam dostun, tanışın.
Əlində qalmışam azı
min löyün
Ağacın, otların, torpağın,
daşın.
Əlində qalmışam "dəli"
qızların,
Əlində qalmışam dilli qızların.
Əlində qalmışam dəli
şeytanın,
Əlində qalmışam Qalaktikanın.
Əlində qalmışam bir
para kəndin,
Qorxuram...
Qorxuram, dilinin altında qalam.
Deyimmi
Cuna çəkdi ağ
dumandan başıma,
Dağ ürəkli
bu dağlarım deyimmi?
Xalı
sərdi gül-çiçəkdən
qarşıma,
Min soraqlı bulaqlarım
deyimmi?
Məni
görcək həyalandı
bənövşə,
Sal qayalar bir dayaqdı bu ərşə.
Əl uzatsam çatarammı günəşə?! -
Cökə, palıd ayaqlarım deyimmi?
Elə dedim, kimsə məni qınadı,
Qonur daşlar
əllərimdə xınadı.
Bir qulaq as, təbiət də bənnadı,
Leysan yağış
barmaqları, deyimmi?
Küləyin nə vecinə
Bir dəli külək hərlənir
Yerlə göy arasında.
Hərlənir qaramıza düşüb:
Aramıza düşüb,
Sıramıza düşüb,
Kimisə yoracaq.
Bir dəli külək hərlənir
Bağçada - bağda .
Yarpağa nə var,
Xəzəl olacaq.
Budağa
nə var,
O ki, var
Bir - birini yolacaq.
Bir dəli külək bu meşəni "talayıb",
Ağacları var köndələn,
Ağacları var göydələn.
Biri küləklərin quyruğudu,
Biri ilahi buyruğudu.
Yazıq
pöhrələrin gününə,
Yazıq körpələrin gününə.
Küləyin nə vecinə,
Ələsdi, Vələsdi...
Dizini daş aparan oğlan
Məmməd Araza
Dizini daş apardı,
Gözünü yaş aparmadı.
Şalvarından dizi çıxmadı...
çıxmadı...
Neynim...
Payını "qardaş" apardı,
Dərdini aparmadı.
Dərdi
sözə-soya baxmadı...
baxmadı...
Neynim...
Əlim boş deyil
Dünyanın işləri dizimin
üstdə,
Kəsib ata billəm "qızıl" düyməni.
Kirpiyim
ox olub gözümün
üstdə,
Qan-xata hərləyir
elə bil məni.
Bir dostun dilində yalan tutmuşam,
Dilinin altında ilan tutmuşam,
Töküb ortalığa ağarda billəm.
Dünyanın işləri dizimin
üstdə,
Dünyanın üstünə çətir
tutmuşam.
Bir sevinc qısılıb gözümün üstdə,
Çoxdandı bir ilıq sətir tutmuşam-
Bir rədif göynəyir,
Əlim boş deyil.
Çoxdandı boğulur qulağım
səsdə,
Mən bu düşüncədə,
Mən bu həvəsdə.
Bir başım açılsa,
Bir yana çıxsam,
Boğazdan yuxarı dediyim
sözün,
Tutub yaxasından
hesab çəkərdim.
Adam var, yığılıb bir qarış olub,
Dizinə çırpacaq qarşıma
çıxsa.
Dünyanın işləri qat-qarış
olub,
Qan örtüb kiminsə gözünü yoxsa...
Dünyanın işini desəm
birbəbir
Qorxuram dünyanın
səbri daralar.
Bir oğlan dünyanı bilmək istəyir,
Dünyanın işini nə bilmək olar.
Hələ deyəsiyəm,
Hələ sözüm var,
Çoxdandı özümü mən ovutmuşam.
Dünyanın işini nə bilmək olar,
Yalandan qeydimə
qalan tutmuşam.
Hələ deyəsiyəm,
Nələr, nələr var,
Qayıdıb təzədən gedim bu yolu.
Hələ bilmədiyim bilməcələr
var,
Hərlənir dünyanı gözü yumulu.
Əlim
ürəyimin üstündə
durmur,
Hələ deyəsiyəm,
Nələr, nələr var.
Onadan dünyadan gör, nələr umur,
Dildə qabar olmuş saniyələr var.
Dünyanın işləri dizimin
üstdə,
Bir rədif
göynəyir dilimdə
mənim.
Dünyanı böyütdüm gözümün
üstdə,
Dünya fırlanmadı əlimdə
mənim.
Dərdin alım,
bu dərdləri danlama
Xış əkmişəm - ya
torpağım bellənib,
Söz əkmişəm
- ya dilimdi dillənib.
Gözlərim də gilələnib,
göllənib,
Dərdin alım, bu dərdləri
danlama.
Yanan yerdən tüstü çıxar, qınama,
Eh, özün bil, unamırsan, unama.
Birdən
elə xəbər çatar anama,
Dərdin alım, bu dərdləri
danlama.
Bu dərdlərin ucbatından
böyüdüm,
Bu dərdləri görüb
yaman söyündüm.
Nələr oldu nəsihətim,
öyüdüm,
Dərdin alım, bu dərdləri
danlama.
Bəlkə elə göyərəsi,
bitəsi,
Bəlkə elə ötəsidir, ötəsi.
Bəlkə elə görəmmədim
bir kəsi,
Dərdin alım, bu dərdləri
danlama.
Ya mən əkib-becərmişəm
bu gülü,
Ya kim verər
bunu mənə könüllü...
Güllər hələ oyanmayıb,
mürgülü,
Dərdin alım, bu dərdləri
danlama.
Sahib ASLANZADƏ
Ədəbiyyat qəzeti.- 2018.-
4 avqust.- S.29.