Vətən
torpağı
Keçilməzdi,
müqəddəsdi tütyə kimi...
Saf sulu çayları axa-axa,
Həyat
dolu yolları
uzana-uzana,
birləşdirir kəndləri, şəhərləri -
Birliyə
çağırır hamımızı!
Əkin
yerləri çörək yetişdirir,
Ağaclar bitirir.
Küləyi,
mehi qəlbimizə
rahatlıq, həyat gətirir.
Bulaqlarının
başında əsən nanə yarpağı deyil,
hərəsi bir insanın ürəyidir.
Vətən
torpağını qoruyan, yaşadan
insanlar
onun dayağıdır, dirəyidir.
Həyalı buludları zirvələrin örpəyidir.
Elə-belə
torpaq deyil
Vətən
torpağı -
Mənəvi,
dini dəyərlərimizin
əbədi yuvasıdır,
həm
də örtüyüdür -
Vətən
torpağı...
Sən ağ
örpəkli cavanəzən...
Çiçəklərin
ziyəsinə qarışır
dağ
çayının şır-şır səsi.
Bu
axının köçündə -
Daşlar
papaqlı göbələklər kimi
Görünür saf suların içində.
Sən
bir gözəl cavanəzən -
ağ
örpəkli...
Təbiətin
xoş çağında
elə
bil qarışmısan bu mənzərəyə.
Ləçəklərin,
suların titrəyişində
əksin
bərq vurur dən-dən...
Nə
olsun ki,
Sovulmuş
gəncliyin
xəzəlli gövşənlik kimi
uzanıb
gedir -
hamının gözünün qabağında.
Yenə də
sakit yaşaya bilmirsən
Çağırıram,
gəlmirsən,
Çünki
yolundakı o çinar -
İşarət
barmağı kimi
Sənə uzaq bir biyabanlığı göstərir.
Mənim
yox,
Onun sözünə baxırsan.
Yuxuların
- bulanlıq göy üzü kimi...
Xatirə
dolu siyah buludlara
gah
batırsan,
gah
çıxırsan...
Neçə
illər əvvəlki
bahar
suları axmır,
bahar
çiçəklərinin məsum baxışları
tez-tez
üzünə çıxmır.
Xəzəlli,
çiskinli bir payız
Gəzir
aramızda -
Yoxsa
eşidərdin səsimi,
Tanıyardın üzümü.
Qurumuş... yaşıl ağac
Bir
ağac gördük -
Qədd-qamətli.
Ləbbadəsi başdan-başa uca, dik.
Ayağından
başınacan
Həmişəyaşıl
sarmaşıq bürümüşdü onu -
ayırmaq da olmurdu heç
öz rəngini,
növünü.
Yaxınlaşıb
gördüm ki...
Qurumuş,
ölmüş ağacdı!
Amma
yaşıllıq içindəydi -
Başdan-başa, sərasər.
Gendən
baxanlar ona
həsəd çəkirdilər:
- Həmişə
yamyaşıldır bəxtəvər!
Onun
içindən heç kimin yox idi xəbəri -
Nakam, şəhid oğul basdırmış ana kimiydi.
Özü
çoxdan ölmüşdü,
Qalan quru nəfəsi idi.
Ayaq üstə idi həmişə.
Ruhu gəzirdi,
dolanırdı
yarpaq
açmırdı,
xəzəl tökmürdü,
danışmırdı, dinmirdi,
Dünya ona yuxu idi.
Bayırdan
teyxa yaşıllıq işində idi
yay,
qış -
İçindən heç kimin xəbəri yox idi.
Su
Hər
şey dövr eləyir dünyada -
aylar,
illər, fəsillər
insanlar,
nəsillər...
Alimlərin
qənaəti budur:
Dünya
yaranışından hələ
Təmiz
su gəlməyib yer üzünə!
Təmiz
su keçməyib
nə
süzgəcdən,
nə
daşdan.
Hamısı
dövr edən sudur -
Təkcə...
göz
yaşlarından başqa!
Sən mənə elə bir
ümid ver ki...
Sən mənə
elə bir zirvə göstər -
Deyim ətəyində
bitən
hansı
çəmənliyin çiçəyidir.
Sən mənə
elə bir çiçək göstər -
Deyim onun
yanından uçan, keçən
hansı
tərəflərin kəpənəyidir.
Sən mənə
elə bir kəpənək göstər -
Deyim
qanadlarındakı
hansı
laləliyin tozudur.
Sən mənə
elə bir bulaq göstər -
Deyim onun
aynasındakı
hansı
qızın çöhrəsidir, üzüdür.
Sən mənə
elə bir ümid ver ki...
Bilim
hansı buludun
yağışından su içir.
Sən mənə
elə bir bulud göstər -
Deyim ki, hər
gün
hansı
çayın-sərhəddin
nisgilindən keçir.
Həyətimizə
elə bir vergi ver ki...
Gecələr
ərşə bülənəndə
Yağışların
kədərli səsi -
Səhər yusun onu güllərin ətri, rahiyəsi.
Sən mənə
elə bir sevgi ver ki...
Sinnimin bu
çağında -
Təzədən
cavanlaşım
Şeirlərimin qabağında.
Neftçalada bir ev
var...
Ədəbiyyat xadimi
İmamverdi Əbilovun xatirəsinə
Neftçalada
bir ev var -
kürsülü, yığcam bir ev.
Uzaqdan
bilinir ki,
halallıqla tikilib -
Daşına,
hörgüsünə
Qələm tutan barmaqların sığalları çəkilib.
İmamverdi
müəllimlə
ayrılıq vadisində
yığılmışıq biz bura -
yolları yora-yora...
Hamı qəmli-qüssəli
salırdı yola
Ədəbiyyatımızın
cəfakeşini -
Böyük
bir kişini!
Onun
yazı, qonaq otağının
saysıq-hesabsız kitabları
hüznlə susmuşdular.
Məktublar,
xatirələr
muzey
sükutuna dalmışdılar.
Bir
ömür qədər uzun,
hüznlü sakitliyin qoynunda nələr vardı,
nələr...
Öz
gürcəsinə görə
arı
pətəyi kimi dolu, bötöv bir ömrün
mənalı səhifələri -
vərəqlənirdi gözümüzdə
birər-birər...
Bir insan
ruhu dolanırdı otaqlarda
qonaqların arasında
Azərin,
Etibarın, Şahinin
gözlərinin qarasında...
***
Həyətə
çıxanda
Çardaqdakı
qocaman tənəyə baxdım -
Budanmamışdı
o il.
Yasın
qırxını saxlayan
sadiq
dost idi elə bil -
tük
basmışdı üz-gözünü...
Üzgün mehtərin
nağılı
Xatirələr
dastançısı olan
gümüşü qovaq,
O kimdir? -
təntik
bir qoca
Səndən
ayrılaraq
Gedir!...
Quyruğu
düyünlü, yorğun
yabı
kimi -
xırda,
löhrəm yerişi ilə...
Gərməşöv
kollarının yanından keçə-keçə...
Uzaqlarda
yovşan qoxulu
bir gecə...
gedir!...
Dolaşır
ayaqlarına
xatirə
xəyal qırıqları,
Arxada biçənək, otlaq yerləri,
örüşlər.
Xəzəl
örtmüş cavanlıq
ayrılıqlar, görüşlər...
Çıxmır
yadından hələ də
Xırmanda
əlində kürək
Sovruq
atmaq istəyəndə
Dönük
çıxan tale-külək...
İndi
ona çöçün gəlir
Bir vaxt kəhər
atı kimi hörüklənməyi,
İçində
boğulan kişnərtiləri...
Nələri, nələri.
Üzgünlüyə,
susuzluğa dözə-dözə
çıxır dərədən təpəyə
düşür yamacdan düzə -
gedir!...
Yolda ona
buludlar ilgilənir
yağışlar baş çəkir.
Qürub
közərə-közərə qoşulur ona -
yana-yana.
Gözgörəti
tənhalığı,
daldalanan
cavanlığı
qərq
olur ilğıma.
Yulğunluqlar
boyunca
çay
kimi üzülə-üzülə.
Hopur, qarışır qumsallığa.
Çatmır
harayına,
Arxada qalan ömrü, həsrəti, qəhəri.
Baxanda elə
bilirsən onun
Nə
axşamı varmış,
nə səhəri...
Bir şairi sevən
qadın haqqında
Bir
şairin adını daşıyan
Küçə
ilə gedən görürəm
orta
yaşlı bir qadını.
Çoxdan
tanıyıram onu,
unutsam
da indi adını -
yaxınlaşıram, salamlaşıram,
ordan-burdan danışırıq -
qırıq-qırıq...
Elə
bil
heç
o zamankı adam deyil,
Bir vaxt
vardı o şairdən danışardı
sevinci,
dərdi, bəliri
ancaq o
idi.
Ancaq onun haqqında eşitmək istəyərdi.
O
şairin şöhrəti-şanı
onun
üçün hər şeydən əzəl idi.
Hər görəndə məndən onu xəbər
alardı.
Qulağımı yağır eləmişdi.
Bu
xanım
O zaman
cavan idi, gözəl idi.
Hiss
edirdim ki ürəyində
Gəzdirir
o şairin
sevgisini,
sevgi
dolu misralarının səsini.
Həm də...
Baxmazdı
söhbətlərin
ağına, qarasına,
hərdən deyinərdi qarasına.
Dünyanın
işinə bax,
Qəribə gərdişinə bax.
Kim deyə
bilər ki,
Həmin
şair indi Fəxri xiyabanda
qulağıdinc "yaşayır"...
Həmin
universitetin küçəsi
indi onun
adını daşıyır.
O
zamankı tələbə qız,
İndiki
orta yaşlı qadın
Yenə də
həmin küçə ilə gedir...
Bəlkə
də heç bilmir indi
Bu
küçənin adı nədir!..
Əncir ağacları - ibadət
yerim
Hər səhər
obaşdan
bəzən də axşam,
gəlib
həyətimizdəki beşbarmaqlı yarpaqları olan
Əncir
ağaclarının altında əllərimi
Allaha
uzadıram -
dua edirəm,
şükür
deyirəm.
Elə bil toxunuram göylərin yeddi qatına.
Burda dualarım
yerinə yetir,
Ətrafımda dostlarım çoxalır.
Düşmənlərim
uzaqlarda itir.
Ana xislətlidir,
Ana
dualıdır əncir ağacları -
gül
açmır
Xırda-xırda
yarpaqların altında
Ana kimi
doğur balalarını
Qoruyur, böyüdür barını.
Hərdən
mən dua edəndə
gözlənilmədən yellər əsir
elə
bil ayaq səsləri eşidirəm -
kim isə
harasa tələsir.
Cavan
şivələr
Şəbnəm
təravəti ilə baxır üzümə...
Deyirəm, ay Yel baba,
Dualarımı
ulu Tanıya çatdır -
Yellər
güclənir birdən,
sanki səda
gəlir göylərdən…
Axşamlar
Ay,
gündüzlər Günəş
saat kəfkiri
kimi görünür gözlərimə.
Yarpaqların titrəyişi
qarışır dualı sözlərimə -
Bilirəm,
yaxın düşməyəcək mənə
Kəhanət,
ruh təxsiri.
Qeyb olacaq
ömrümdən
həyatımın günahları,
təqsiri…
Ağ üzüm -
"İzabella"
Süfrə
üzümüdür -
İzabella
adında,
Ucaboylu,
gözəl qadın kimi
qalıb
çox adamın yadında.
Zəngin
süfrələr
gözəl ziyafətlər üçündür.
Şərab
da çəkirlər ondan -
Sirkə
də
Doşab
da!
Ağbəniz
xanıma oxşayır bir suyu
bu
ağ üzümün -
Sinəsində
kəhrəba boyunbağısı
gilə-gilə,
düzüm-düzüm...
Ona vəfalı
olsan
doşab
olar -
şirinliyini dadarsan.
Qısqandırsan
-
Sirkəyə
dönər, yandırar içini
od
tutarsan.
Qədrini
bilsən -
Həmişə
bir yerdə danışıb-gülsən,
ziyafətlərə aparsan,
məclisləri bəzəyər -
ağ
şərab kimi.
İşıqlandırar
hamının çöhrəsini, üzünü
süfrə üzümü -
bütün ömrü uzunu.
Minalanmış yerlərdən
keçirəm
Dilim
söz,
ayağım yer tutandan -
üstümdə Allahın kölgəsi
bir də
anamın duası,
minalanmış yerlərdən keçirəm.
Nə
yolları bir-bir ayırır,
nə də
bir-bir seçirəm.
İstehkamçı
olmasam da
hələ düşməmişəm minaya -
Ümidəm
bir Allaha,
bir də
Anaya.
Bilirəm
yollarım doludur -
kor
göstəbəklər kimi
böhtan,
şər minalarıyla.
Uzaqdan-uzağa
ilan xofu kimi
qəlbimə sirayət edir -
hara gəlirəm
gəlir,
hara
gedirəm gedir.
Yetərincə
tələ qorxusu var
ot-əncər basmış kollarda.
Elə
bil anbaan, dəqiqə-dəqiqə
gözləyirəm
bir
partlayış dəmini.
Yovuşa
bilmirəm sakitliyə
tapmıram heç cür rahatlığın çəmini.
Hiyləgər
təbəssümlü çiçəklər
bir də
səfalət qoxusu var yollarımda.
Mən
bir pətək həyatından çıxsam da
tək-tənha gedirəm yolun
ağını, qarasını -
ona
görə seçmişəm ki təkliyi
minaya
düşəndə özüm çəkim bəlasını.
Çox
sonralar bunu dərk etmişəm -
Demə,
həmişə dost minalarının
arasıyla getmişəm.
İlişsəm
də bir çoxuna
Partlayış səsini eşidən olmayıb.
Yaralarım
hələ də sağalmayıb -
görmüşəm ağrısını,
acısını.
Amma bilirəm
bir az uzaqlarda
öz
doğma torpağımda - Qarabağımda
düşmən minaları qıvrılıb yatır -
əfi
ilanlar kimi.
Onların
vahiməsi məni tez-tez oyadır
gecə
yatdığım yerdə.
Düşmən
minalarının ləpiri, izi…
Nə ola bilər?!
Xəyanət,
ölüm, zəhər!
Amma vaxt gələr
Təmizlərik
o yerləri,
Toxum, ağac əkərik.
Düşmən minalarını təmizləmək
asandır.
Görünməyən
dost minaları
Üzə
gülən gizli düşmən kimidir -
Xəyanət onların ömür yoludur.
Tanklarla
vuruşmağa nə var -
Gizli
minalar qorxuludur!
Əyriçay
Bütün
çaylar axıb gedir
həm
düzünə,
həm əyrisinə.
Gah gurhagur,
gah nazilə-nazilə.
Dağların,
dərələrin arasından
səhərlərin işığından
gecələrin qarasından...
Hərəsinin
də öz adı, öz yeri,
öz
yatağı.
Amma...
Şəkidə
bir çay da var -
adını Əyriçay qoyublar.
Onunla üz-üzə durdum axşamçağı.
Gördüm
gileylidir verilən bu ada:
- Bəyəm
düpbədüz axan çay var bu dünyada?
Niyə mənim
adım
Əyriçaydır?
Dedim: - Qəm
yemə,
dərdini daha heç kimə demə!
Sən də
səsli-küylü, arxalı-baxarlı
Araz,
Kür olsaydın,
həmişə dolu, iti axarlı,
gur
olsaydın
deməzdilər, -
Əyriliyini üzə vurmazdılar.
Şəffaf,
dupduru, düz qəlbini qırmazdılar!
Dinmədi
Əyriçay -
axıb
getdi.
Uzaqlara
tutdu üzünü,
heç
elə bil eşitməmişdi sözümü.
Tahir TAİSOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 11
avqust.- S.18-19.