Klassik missiya
Ədəbiyyatın klassik missiyası dəyişməzdir. Üzərində
forma və məzmun etibarilə nə qədər eksperimentlər
aparılsa da,
mənafelərə alət
edilsə də, ədəbiyyatın
insan ruhuna təsiri öz ilkin praktik halını
qoruyub saxlayır, duyğu dolu enerjisi ilə maddiyyat dənizində boğulan ruhumuza yaşamaq həvəsi verir, ümüd qaynağı olur. Bu bir yazarın cəmiyyətə xidmətindən
əlavə həmin yazarın cəmiyyətin
bir mənsubu tək faydalı ola bilməsinin
də göstəricisidir.
İnsanları bədii ifadələrin
sehri ilə nağıllar aləminə
aparmaq, onları xəyalları ilə görüşdürmək, arzuların
şirinliyindən müvəqqəti
olsa da məst
edə bilmək, gərək ki bu dünyanın müqəddəs vəzifələrindən
biridir. Yaşamaq yarışındakı bu "nəfəsdərmə"lər
olmasa insanlıq ölümə, insanlar isə ağaclara - "əcdad"larının yanına
qayıtmağa məhkumdur.
AYB-nın Xəzər
bölməsi Bakı
və Bakıətrafı
qəsəbələrdə yazıb-yaradan şairlərin
məbədidir desəm,
yaxşı təşbih
olar. Qapısı fikrindən, yolundan,
tərzindən asılı
olmayaraq hər bir qələm əhlinə açıqdır,
Bakı ədəbi mühitinə xidmət üçün yaradılsa
da, sərhədsizdir.
2017- ci ilin
sonlarında şairlərimizi
tanıtmaq niyyətilə
"Xəzər təzkirəsi"
almanaxını oxucuların
ixtiyarına verdik. Qeyd etmək lazımdır ki, kitabda otuz altı
yazarımızın əsərlərindən
nümunələr yer
alıb, bu "şeir bağçası"nda
hər ətrdə, hər rəngdə çiçək var. Bəzən
"ədəbiyyat necə
olmalıdır" sualı
ilə rastlaşanda vermək istədiyimiz cavab elə budur: rəngarəng, fərqli, insani, bir "tənqidçi"nin
fikrinə tabe olmayan, standart olmayan, bir udum
ədalətə, bir
içim mərhəmətə
xidmət edən.
Bundan əlavə Buzovnada yerləşən bölməmizdə
hər həftə "Poeziya klubu" və "Tərcümə
klubu" fəaliyyət
göstərir. Bu ədəbi yığıncaqlarda
şeirlər oxunur, təhlil edilir, klassik Azərbaycan ədəbiyyatının böyük
simalarının yaradıcılığı
şərh olunur.
Tərcüməçi-şairlərimiz Sovet dönəmində
ideoloji səbəblərdən
tərcümə edilməmiş
və bəzən də ümumiyyətlə
oxucuların tanımadığı
şair və filosofların əsərlərini
və ya onlardan parçaları tərcümə edərək
ədəbiyyatımıza qazandırır, xəzinəmizi
zənginləşdirirlər. Gənc şairlərimizdə, əsasən,
əruz ölçülü
şeirlərə özünəməxsus
yanaşma, yeni ölçülərə meyil,
klassik ahəngi pozmadan yeni ifadə
və obrazların gətirmək həvəsi
onu deməyə əsas verir ki, XXI əsr yeni ruhlu klassik
şeirin hakim oldugu ədəbiyyat əsri olacaq.
Tanışlıq üçün şairlərimizdən bir neçəsinin yaradıcılğından
nümunələri təqdim
edirik.
Arif Buzovnalı
AYB Xəzər bölməsinin sədri
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.17.