Yoxluğundan başqa yoxdur heç nəyi mən heç kimin,
Dərdim ilə dərdi olmaz heç zaman tən heç kimin.
Səndən özgə qəm
deyildir yoxluğu bir kimsənin,
Həm məni
etməz cahanda varlığı şən
heç kimin.
Ya bu itki yarəsi
gec köz qoyar, ya qoymaz
heç,
Kaş, əzizi
köçməsin dünyadan
erkən heç kimin.
Dərd
deyil dərd çəkməyim, dərdim
çəkimlik dərd
deyil,
Çəkməsin başı bunu nə dost, nə düşmən, heç kimin.
Olmasaydı çəkdiyim dərdim,
sənin dərdin əgər,
Dərdi salmazdı mənim saçlarıma dən, heç kimin.
Sən bir öylə şəxssən, eşqin
mənim ruhumdadır,
Ki, o yerdə
eyləməz sevdası
məskən heç
kimin.
Nə o
əllər, nə o gözlər, nə o sözlər yoxdusa,
Yoxdusa o, yoxsan
ağlında, Vəli,
sən heç kimin.
Vəlixan Vəli
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.17.