Vüsalı üçün ağlaram,
gəlib çıxınca
can çıxar,
Fərağı ilə yanbayan qiyamət ağ
yalan çıxar.
Üzün xəyal edib qəzayə vermişəm
namazları,
Haçandı görməzəm günəş
haçan batar, haçan çıxar.
Ölüm yəqindi ayədən,
di gəl ki, can verən zaman
Bir incə
busə bəxş edər yəqinimiz güman çıxar.
Atar niqab,qaşını görəndə qəlbi
qan tutar,
Məsəldi xəlq içində
kim, qılınc
çıxanda qan çıxar.
Çox
ol məkanı cənnətin soruşdum istiqamətin,
Könül, cavab çox çətin, izahı laməkan çıxar.
Yolunda ol pərivəşin qocalsa Fəxri qəm deyil,
Girən behişt kuyinə çıxanda növcavan
çıxar.
Əşrəf Fəxri
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.17.