Ey dil, cəmaətin
dediyi söz qələt deyil,
Bülbül kimi fəğan eləmək bir sənət deyil.
Canan ümid verir yenə, hicranə döz deyir,
Billahi, zülmdür
bizə bu, mərhəmət deyil.
Bir səhvdir o rəhmsizə
mail olmağım,
Heç səhvi anlamaq özü də pis cəhət deyil.
Eşq əhlini bəlaya salan bivəfalara,
Yalvarmağın - yaxarmağın heç məsləhət deyil.
Əşrəf, eşitmişəm yenə
çöllərdi məskənin,
Güldürmə aləmi, başıva yer qəhət deyil.
Əşrəf Pirşağı
Ədəbiyyat qəzeti.- 2018.-
11 avqust.- S.17.